“Neftin adamı”
Ekran əsəri Azərbaycan neftini fərqli prizmadan təqdim edir
“OD Media production” şirkətində “Neftin
adamı” adlı qısametrajlı sənədli
filmin çəkilişləri
tamamlanıb. Filmin qəhrəmanı
tanınmış rəssam,
neftlə əsrarəngiz
sənət əsərləri
yaradan Sabir Çopuroğludur.
Rejissor Seyran Mahmudoğlu bizimlə söhbətində
bildirdi ki, ekran əsərinin əsas ideyası Azərbaycan neftini fərqli yanaşma ilə təqdim etməkdir: “Rəssam Sabir Çopuroğlunun boyası neftdir. Üstəlik, əksər vaxtı
o, əsərlərini fırça
ilə yox, barmaqları ilə işləyir. Neftlə çəkilən
rəsmlər dünya
üçün də
çox maraqlıdır.
Öncə bu məqamı
qabartmağı düşünürdüm.
Qəhrəmanla daha yaxından tanış
olduqdan sonra məlum oldu ki, neft onun
həyatında daha önəmli rol oynayır. Çünki xam neftlə
uzun müddət işlədiyindən bu, onun səhətinə də təsir edib. Bunun müalicəsi isə
Naftalan neftidir. Burada artıq iki məqam yarandı: neft qəhrəmanın sənəti,
özünü təqdim
etmə vasitəsidir,
onun işi, peşəsidir. Digər tərəfdən, isə neft onun
sağlamlığına xidmət
edir. Bir sözlə, filmin
qəhrəmanı “insan
və neft” bağlılığının canlı nümunəsidir”.
Film həm
də Azərbaycan neftini fərqli prizmadan təbliğ edir. Bu zamana
qədər neftin sənaye üçün
vacib tərəfləri
önə çəkilib.
“Neftin adamı”
filmində neftin insan həyatında oynadığı rol qabardılır.
Seyran Mahmudoğlu daim maraqlı mövzu axtarışında olduğunu
bildirdi: “Televiziya üçün süjet hazırlamalı idim və daim insanların
marağını çəkən
mövzular axtarırdım.
Bu axtarışlar mənim rəssam Sabir Çopuroğlu ilə tanışlığıma
zəmin oldu. O, təkcə neftlə sənət əsərləri
yaradan rəssam kimi deyil, eyni
zamanda bir insan kimi də
maraqlıdır. Yaşam tərzi,
düşüncəsi, insanlara
münasibəti də
film üçün maraqlı
material oldu”. “Neftin adamı” sənədli filmi müşahidə xarakteri
daşıyır. Filmin qəhrəmanı
müxtəlif vaxtlarda,
fərqli məkanlarda
lentə alınıb.
Təbiiliyə xüsusi önəm
verilib, filmdə göstərilən heç
bir hadisəyə müdaxilə edilməyib.
Çəkilişlər Bibiheybət neft
mədənində, rəssam
Sabir Çopuroğlunun
emalatxanasında və
Naftalanda aparılıb.
Çəkilişə Naftalandakı “Çinar
Hotel & Spa Naftalan” mərkəzi
də dəstək olub. Həmin mərkəzdə rəssamın əsərləri
sərgilənir. Rəsmlər ora gələnlərin diqqətini çəkir.
Filmdə qonaqların marağını
əks etdirən məqamlar da əksini tapıb.
Rejissor filmin Yaponiya,
Türkiyə, Rusiya, İtaliya, Yunanıstanda keçiriləcək festivallara
təqdim ediləcəyini
bildirdi.
Sonda onu da qeyd
edək ki, filmin ssenari müəllifi Esmira Eyyub, operatoru Əli Sultanov, səs rejissoru Elşən Aslanov, qrafika işlərinin müəllifi İbrahim Kərim, postprodakşn mərhələsinin dizayneri
Kseniya Diadorovadır.
Reyhan İsayeva
Mədəniyyət.-
2012.- 29 avqust.- S. 7.