“Rəsmləri
ürəyi ilə çəkən sənətkar”
Astara Tarix-Diyarşünaslıq
Muzeyində respublikamızın tanınmış
ziyalıları, sənət adamları ilə müntəzəm
görüşlər, maraqlı tədbirlər
keçirilir. Bu günlərdə muzeydə Rəssamlar
İttifaqının üzvü Firudin Quliyevin əsərlərindən
ibarət sərginin və “Rəsmləri ürəyi ilə
çəkən sənətkar” adlı tematik tədbirin təşkili
də bu qəbildən idi.
Tədbir
iştirakçıları sərgi ilə tanış
olmuş, rəssamın yaradıcılığı ilə
bağlı məruzə və çıxışları
dinləmişlər. Qeyd olunub ki, rəssamın son iyirmi il ərzində
dini mövzularda çəkdiyi əsərlər, həmçinin
müqəddəs “Qurani-Kərim”in ayrı-ayrı surələrinə
aid 50-dən çox rəsmi sənətsevərlər tərəfindən
yüksək qiymətləndirilib.
Tədbirdə Astara şəhər
məscidinin axundu Hacı İlqar Həsənov, iş
adamı Kərbəlayi Nizami Məmmədov, Əməkdar
müəllim Heybət Hüseynov, muzeyşünas-etnoqraf Əfqan
Şəfiyev və başqaları çıxış edərək
rəssamın dini-əxlaqi dəyərlərimizin təbliğinə
xidmət edən yaradıcılığından söz
açıblar.
Firudin Quliyev əyalətdə fəaliyyət
göstərən sənətkar olsa da, onun əsərləri
respublikamızda və onun hüdudlarından kənarda
müxtəlif sərgilərdə nüamyiş olunub.
Keçən il Sankt-Peterburq şəhərində
keçirilən beynəlxalq sərgidə rəssamın iki əsəri
mükafata layiq görülüb. 2011-ci ildə və bu il
Rusiya Federasiyasının Tatarıstan Respublikasının
Yelabuqa şəhərində keçirilən VI və VII
beynəlxalq simpoziumlarında Azərbaycanı təmsil edən
F.Quliyevin yeddi rəsm əsəri yerli rəsm
qalereyasının kolleksiyaları sırasına daxil edilib.
Mədəniyyət.-
2012.- 29 avqust.- S. 7.