SabirabaddaKitabxanalar ili

 

Sabirabadda 2012-ci ilin “Kitabxanalar ili” elan edilməsi ilə bağlı rayonun Mədəniyyət və Turizm Şöbəsində geniş tədbirlər planı hazırlanıb. Tədbirlər çərçivəsində rayonun Mərkəzləşdirilmiş Kitabxana Sisteminin maddi-texniki bazasının gücləndirilməsi, fondun yeni nəşrlər və informasiya daşıyıcıları ilə zənginləşdirilməsi, “Tam mətnli” elektron kitabxananın yaradılması, kitabsevərlərin mütaliə marağını artırmaq məqsədilə kitab sərgilərinin təşkili nəzərdə tutulur.

 

 

Mədəniyyət.- 2012.- 29 avqust.- S. 7.