“Tərk etmə məni” filmi təqdim edilib
Görkəmli
alim, həkim, bəstəkar, seleksiyaçı
Mir Kazım Aslanlının
100 illiyinə həsr
edilmiş “Tərk etmə məni” tammetrajlı sənədli
filmi respublikamızın
cənub bölgəsinin
tamaşaçılarına təqdim olunub. Filmin ssenari müəllifi və rejissoru, professor Aydın Dadaşovdur. Müəllif təqdimatdan
sonra “Cənub TV”nin “Müzakirə”
verilişində qonaq
olduğunu və tamaşaçıları maraqlandıran
sualları cavablandırdığını
deyib. Rejissor filmin xarici dillərə də tərcümə ediləcəyini
bildirib.
Mədəniyyət.-
2012.- 29 avqust.- S. 7.