Mədəniyyət fədailəri: İsmayıl Həqqi

 

   Tiflis Azərbaycan teatrının yaranmasında, inkişafında, xüsusən təşkilatlanmasında əməyi olan ziyalılardan biri də İsmayıl Həqqidir. O, mədəniyyət tariximizə mühərrir, mürəttib, aktyor, habelə mollanəsrəddinçi kimi daxil olmuşdur.

   İsmayıl Səməd oğlu Həsənzadə (Həqqi) ötən əsrin əvvəllərində Tiflisdə yaşayan və fəaliyyət göstərən, habelə müəyyən məqsədlə buraya gələn ziyalılar - Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Ömər Faiq, Hüseyn Ərəblinski, Əliqulu Qəmküsar, Mirzəli Abbasov, Əziz Şərif və başqaları ilə dostluq etmiş, yaradıcılıq ünsiyyəti qurmuşdur. Yeri gəlmişkən, qeyd edək ki, İsmayıl Həqqi 1930-cu illərdə böyük satirik şairimiz Mirzə Ələkbər Sabir haqqında xatirələrini qələmə almış və dərc etdirmişdir.

   O, 1884-cü ildə Tiflisdə anadan olub. Əmək fəaliyyətinə mürəttib kimi başlayıb. Bakıda «Kaspi» mətbəəsində, Tiflisdə «Şərqi-Rus» mətbəəsində işləyib. Sonralar «Molla Nəsrəddin» jurnalının mətbəəsində çalışıb.

   İsmayıl Həqqi «Molla Nəsrəddin»də həm mühərrir kimi fəaliyyət göstərib. Jurnalda özünün şeir felyetonları ilə çıxış edib. Həm Tiflis ziyalıları, həm «Molla Nəsrəddin»in müəllifləri əməkdaşları arasında böyük nüfuzu olub. Buna görə Cəlil Məmmədquluzadə Tiflisdə olmayanda jurnalı Əliqulu Qəmküsar Məmmədəli Sidqi ilə birlikdə İsmayıl Həqqiyə tapşırarmış.

   Müasirlərinin xatirələrindən məlum olur ki, İsmayıl Həqqi həm aktyor kimi fəaliyyət göstərib. Eyni zamanda Tiflis Azərbaycan teatrının təşkilatlanması inkişafı üçün fəal çalışıb.

   Məlumdur ki, 1912-ci ildə Tiflisdə bu teatr üçün xüsusi bina - «Auditoriya» açılmışdır. «Auditoriya»nın açılış mərasiminin hazırlanması keçirilməsində Əbdürrəhim bəy Haqverdiyev, Firidun bəy Köçərli, Hüseyn bəy Mirzəcamalov, Həbib bəy Köçərlinski başqa ziyalılarla birlikdə İsmayıl Həqqi yaxından iştirak etmişdir. Məhz həmin il «Auditoriya»nın səhnəsində, şəhərin digər teatrlarının binalarında truppa çoxsaylı tamaşalar göstərmişdir.

   Professor Əziz Şərifin «Keçmiş günlərdən» kitabından: «Səhnədə birpərdəli gülməli komediya, vodevillərlə yanaşı, «Yağışdan çıxdıq, yağmura düşdük», «Hacı Qara», «Müsyö Jordan dərviş Məstəli şah», «Pəhləvanani-zəmanə», «Bəxtsiz cavan», «Zorən təbib», «Tamahkarlıq düşmən qazanar» sair bu kimi iri əsərlər göstərilirdi ki, bu tamaşalarda əsas iştirakçılar Mirzəli Abbasov, Mirseyfəddin Kirmanşahlı, Həbib Köçərlinski, Sadıqbəyov, İsmayıl Həqqi, Mirzəxan Quliyev başqalarından ibarət idi». Mənbələrdə İsmayıl Həqqinin Hacı Qara obrazını böyük məharətlə yaratdığı xüsusi qeyd edilmişdir.

   Professor Əziz Şərifin xatirələrindən məlum olur ki, Tiflis Azərbaycan teatrının 1913-1914-cü illər mövsümü türk dramaturqu Namiq Kamalın «Zavallı cocuq», «Vətən» «Akif bəy» əsərlərinin tamaşaları ilə başlamışdır. Həmin səhnə əsərlərində Mirseyfəddin Kirmanşahlı, Həbib Köçərlinski Əbülfət Vəli ilə birlikdə İsmayıl Həqqi çıxış etmişdir.

   «Akif bəy» tamaşası barədə böyük sənətkarımız Hüseyn Cavidin «İqbal» qəzetinin 9 oktyabr 1913-cü il tarixli sayında «Müxbir» imzası ilə «Tiflisdən teatr, yaxud sənəti-tamaşada təbəddül tərəqqi» adlı məqaləsi dərc edilmişdir. Hüseyn Cavid məqalədə əsəri tamaşanı təhlil etmiş, aktyorların oyununu, o cümlədən İsmayıl Həqqinin ifasını yüksək dəyərləndirmişdir.

   Məqalədə oxuyuruq: “İmdi artistlərə gələlim. Akif bəy rolunu ifa edən Kirmanşahski cənablarının (Mirseyfəddin Kirmanşahlı - A. B.) tərzi-tələffüzü aydın, səmimi aldığı vəziyyətlər tamamilə yerində olub, heç bir qüsur nəzərə çarpmayırdı. Müşarileyh hənuz gəncdir. Məsləkində daha ziyadə ciddiyyət göstərəcək olursa, Qafqazımız ciddən qiymətdar bir artist qazanmış olacaqdır.…

   Əsəd bəy rolunu ifa edən Abbasov cənablarına gəlincə, mumileyh sənəti-tamaşada ibraz etdiyi iqtidardan başqa, tələffüzündəki ahəng üslubda bəhlə bir səlasət vardı ki, adətən İstanbul artistlərini xatırladırdı...

   Şahin bəy rolundakı Ələsgərov cənabları da vicdanlı bir məmur, xeyirxah bir arxadaş qədər ifayi-vəzifə edirdi. Hələ meyxanaçı - M.X.Quliyev cənabları (Mirzəxan Quliyev nəzərdə tutulur - A.B.) Türkiyənin cəstü çalak rum meyxanaçılarından əsla seçilməyirdi. Yüzbaşov cənablarının sərxoşluqdakı məharəti, Əliyevin tərəddüdlü qorxaqca vəziyyəti, İsmayıl Həqqi əfəndinin şətarətli halları laübali qəhqəhələri ayrı-ayrı birər qiyməti-haiz idi”.

   Tiflis Azərbaycan teatrı truppasının iki yerə - iki cəmiyyətə, hətta ayrı-ayrı qruplara ayrılması onların ayrı-ayrılıqda çıxış etməsi barədə «Mədəniyyət»in oxucularına məlumat vermişik. Görkəmli ədibimiz Əbdürrəhim bəy Haqverdiyev bu cəmiyyət qrupları birləşdirmiş, yaratdığı yeni teatr cəmiyyətinə yeni istedadlar cəlb etmişdir. Həmin vaxt məhz yazıçının təşəbbüsü ilə cəmiyyətin idarə heyətinə seçilənlərdən biri İsmayıl Həqqi olmuşdur.

   Gürcüstanın Xalq artisti İbrahim İsfahanlının xatirələrindən: “Böyük ədib Əbdürrəhim bəy Haqverdiyevin Tiflisdə olmasından istifadə edən hər iki cəmiyyətin nümayəndələri onunla görüşdülər, hər iki cəmiyyətin iclası oldu, həmin iclasda hər iki cəmiyyət birləşdi. Haqverdiyevin təklifi ilə cəmiyyəti idarə etmək üçün heyət seçildi. Heyətə daxil olanlar: Əlimirzə Nərimanov, İsmayıl Həqqi, Ələkbər Seyfi, Əsgər Naxçıvanlı, Həsən Səbri» (Şurəddin Məmmədli. «İbrahim İsfahanlı». Tbilisi, 1997, səh. 56).

   İsmayıl Həqqinin cəmiyyəti idarə edəcək heyətə daxil edilməsi onun təşkilatçılıq qabiliyyətinə malik olması ilə əlaqədardır aktyorun bu keyfiyyəti Əbdürrəhim bəy Haqverdiyevə məlum idi.

   Cəlil Məmmədquluzadə 1910-cu ildə məşhur el aşığı Nəcəfqulunu bir neçə aşığı Qarabağdan Tiflisə dəvət etmiş, Gürcü Əyanları Teatrında Qarabağ aşıqlarının Tiflis Azərbaycan teatrının aktyorları ilə birlikdə «El aşıqlarının konserti» keçirilmişdir. Həmin konsertin əsas təşkilatçılarından biri İsmayıl Həqqi olmuşdur.

   Bununla yanaşı, o, Tiflisdə yaşayan ziyalıları tez-tez bir yerə toplayar, öz evində onların iştirakı ilə müxtəlif məclislər təşkil edərdi. Belə məclislərdən biri - 1914-cü il martın 11-də İsmayıl Həqqinin öz evində təşkil etdiyi məclis barədə professor Əziz Şərifin gündəliyinə sonradan qələmə aldığı xatirələrinə istinadən «Mədəniyyət»in oxucularına məlumat vermişik. Həmin məclisdə Hüseyn Cavid, Hüseyn Ərəblinski, habelə Tiflisdə yaşayan ziyalı aktyorlardan Mirzəli Abbasov, Əliqulu Qəmküsar, Mirseyfəddin Kirmanşahlı, Əşrəf Yüzbaşov, Nadir İbrahimov, Məmmədtağı Ələsgərov, Seyid Şuşinski bir çox başqaları iştirak etmişlər. Elə bu fakt özü İsmayıl Həqqinin Tiflis ziyalıları arasında böyük nüfuza malik olduğunu, sayılıb-seçildiyini sübuta yetirir.

   O vaxtlar Şeytanbazar məhəlləsində, azərbaycanlıların toplaşdığı «Auditoriya» ilə yanaşı, başqa bir mədəniyyət mərkəzi - qiraətxana da fəaliyyət göstərirdi. Burada yeni çap olunmuş qəzet jurnalları oxumaq mümkün idi. Qiraətxana Bakı Tiflisdə, habelə Türkiyə Rusiyada çıxan qəzet-jurnalları alırdı.

   Şeytanbazar məhəlləsində üçüncü bir mədəniyyət mərkəzi vardı. Bu, İsmayıl Həqqiyə məxsus «Şərq» mətbəəsi idi. Professor Əziz Şərif xatirələrində yazır ki, İsmayıl Həqqi öz qardaşı köməkçisi ilə birlikdə burada kiçik sifarişlər çap edir, bəzən broşür kitabçalar buraxırmış. Əziz Şərifin rus dilindən tərcümə etdiyi «Rəhm çeşməsi» adlı kitabça da 1912-ci ildə burada çap olunmuşdur. Bütün bunlarla yanaşı, «Şərq» mətbəəsi azərbaycanlı ziyalıların ən çox toplaşdığı məkan, görüş yeri olmuşdur.

   Əziz Şərifin «Keçmiş günlərdən» kitabından: «Mətbəənin (İsmayıl Həqqiyə məxsus «Şərq» mətbəəsi - A. B.) kantoru bizim üçün bir klub kimi idi. Bir adamla görüşmək, bir kəsdən xəbər tutmaq, mədəniyyət aləmindən təzə bir məlumat almaq sair bu kimi işlər üçün hamımız Həqqinin kantoruna qaçar həmişə burada öz arzumuzu yerinə yetirərdik. Bir sözlə desək, Tiflis azərbaycanlılarının mədəni mərkəzi Həqqinin kantoru idi. Gündəliyimdəki qeydlər bunu, məncə, aydın göstərir».

   Müasirlərinin yüksək qiymətləndirdiyi, professor Əziz Şərifin «Tiflisdə yaşayan azərbaycanlı ziyalıların sevimlisi, ağsaqqalı, ruhu, vicdanı» adlandırdığı İsmayıl Həqqi repressiya qurbanı olmuş, «vətən xaini» damğası ilə həbs edilmiş, 1938-ci ildə güllələnmişdir. 1957-ci ildə ona bəraət verilmişdir.

 

 

   Adilxan Bayramov,

   filologiya elmləri doktoru

 

   Mədəniyyət.- 2012.- 29 avqust.- S. 12.