Qarabağ tarixindən bir yarpaq: Cuvarlı və Cuvarlılar
Jurnalist-etnoqraf Ənvər
Çingizoğlu və tədqiqatçı Rafiq Mahmudovun
“Cuvarlı və Cuvarlılar” adlı kitabı bu günlərdə
çapdan çıxıb. Kitabın elmi redaktoru tarix elmləri
doktoru Əli Məmmədov, redaktoru Nazim Əlifov, rəyçiləri
tarix elmləri doktoru, professor Nərgiz Quliyeva və tarix elmləri
üzrə fəlsəfə doktoru, dosent Mahal Qacardır.
Kitab Azərbaycan xalqının
etnogenezində, iqtisadiyyatında, maarif və mədəniyyətində
önəmli rol oynayan Cuvarlı kəndindən (Füzuli
rayonu) və Cuvarlılar (Cuvarlinskilər) soyunun ömür
yolundan bəhs edir. Kitabda bu nəsillə bağlı XVIII,
XIX, XX yüzilliklərdə Qarabağda, xüsusilə
Cuvarlı kəndində baş verən önəmli olaylar
arxiv materialları və həyat salnamələri əsasında
qələmə alınıb. Kəndin demoqrafik mənzərəsi
yaradılıb. Kitab giriş və beş fəsildən ibarətdir.
Nəşrdə Qarabağın zəngin,
maraqlı və dramatik keçmişə malik Cuvarlılar
soykökünün təxminən 300 ili əhatə edən
dövrü ilk dəfə tarixi-bioqrafik şəkildə
araşdırılıb. Eyni zamanda kəndin əsasını
qoyan Cuvarlılar nəslindən, bu nəslin Azərbaycan
xalqına bəxş etdiyi istedadlı sənətkarlardan,
görkəmli elm, incəsənət xadimlərindən və
nəhayət sadə, zəhmətkeş övladlarından bəhs
edilir.
Savalan Fərəcov
Mədəniyyət.-
2012.- 29 avqust.- S. 12.