Bizim Məmməd”

 

   Moskva Satira Teatrına rəhbərlik edən həmyerlimiz yubileyini qeyd edir

  

   Həmvətənimiz, Rusiyanın Əməkdar mədəniyyət işçisi, professor Məmməd Ağayev 22 ildir ki, Moskva Akademik Satira Teatrının direktorudur. 1924-cü ildə yaradılan teatrın indiyədək 4 direktoru olub.

      Mədəniyyət ocağına rəhbərlik edən həmyerlimiz bu günlər 60 illik yubileyi münasibətilə təkcə dostlarından, həmkarlarından, Azərbaycan diasporunun nümayəndələrindən deyil, ona böyük hörmət və ehtiramla yanaşan məşhur rusiyalı aktyorlardan da təbriklər qəbul edir.

   Rusiyanın tanınmış aktyoru, Satira Teatrının bədii rəhbəri Aleksandr Şirvindt yubilyar haqqında deyir: “Məmməd Hüseyn oğlu bənzərsiz, parlaq şəxsiyyətdir. Əvvəla, o, ömrünü tamamilə teatra həsr etmişdir. Hamıya yaxşı məlumdur ki, teatrın direktoru həm artist, həm də inzibatçıdır. O, teatra sadiq adamdır, onunla mübahisə etmək mənasızdır, aldatmaq mümkün deyildir, ağılsız xərclərə sövq etmək çətindir. Ancaq əgər primadonnadan tutmuş adi rekvizitçiyədək kiminsə yubileyi yaxınlaşırsa, sonsuz fantaziya, geniş ürək, əliaçıqlıq nümayiş etdirir. Məmməd Ağayev həm də yaxşı dostdur. Hamı bilir ki, ona həmişə müraciət etmək olaro, köməyini əsirgəməyəcəkdir. Bu, onun amalıdır”.

   Naxçıvanın Qaraxanbəyli kəndində doğulmuş M.Ağayev uşaqlıqdan aktyorluq peşəsinə həvəs göstərmiş, yeniyetmə çağlarından Naxçıvan teatrında quraşdırıcı, rekvizitçi köməkçisi işləyib. Ali məktəbə sənədlərini hazırlayanda hiss edir ki, ondan böyük aktyor olmayacaq. Ancaq arzusundan belə asanlıqla əl çəkmək də istəmirdi. Odur ki, sənədlərini M.Əliyev adına Azərbaycan İncəsənət İnstitutunun mədəni-maarif işirejissorluq fakültəsinə təqdim edirinstitutu bitirəndən sonra təyinatla Naxçıvana yollanır. Sonra SSRİ Mədəniyyət Nazirliyi yanında ixtisasartırma kurslarını bitirən M.Ağayev Moskva Satira Teatrında staj keçir. Məhz o zaman teatrın kollektivi onun təşkilatçılıq qabiliyyətini qiymətləndirir və teatrda qalıb işləməsini təklif edir. O vaxtdan keçən 33 ilin 22 ilini Məmməd Ağayev teatra uğurla rəhbərlik edir.

   Uğurunun sirri barədə suala cavab verən yubilyar deyir: “Artistləri ürəkdən sevmək və anlamaq lazımdır. Əks halda, teatrda işləmək mümkün deyildir. Aktyorlar çox incə qəlbə malikdirlər. Onların hər biri xüsusi yanaşma tələb edir. Yaradıcı insanlar üçün səmimilik başlıca keyfiyyətdir”.

   M.Ağayev Satira Teatrının 2004-cü ildə Amerikada keçirilən illik teatr müsabiqəsində qalib gəlməsini ömrünün ən yaddaqalan məqamlarından biri kimi xatırlayır. Teatrİlin ən yaxşı teatrı” nominasiyasında qalib gəlmişdi: “Mükafatın təqdim olunduğu məqamda çox böyük iftixar hissi keçirirdim. Əlbəttə, o anda mən təkcə doğma teatrıma verilən yüksək qiymətə görə deyil, Vətənim Azərbaycana və mənə özümü şəxsiyyət kimi tapmaquğur qazanmaq imkanı verən Rusiyaya görə qürur hissi duyurdum. Azərbaycan zəngin mədəniyyətə və ənənələrə malik ölkədir. Sevindirici haldır ki, Rusiyanın aparıcı teatrlarının səhnələrində milliyyətcə azərbaycanlı olan istedadlı artistlər çoxdur. Mən də fəxr edirəm ki, müəyyən mənada unikal olan bu teatrın və bütövlükdə Rusiya teatr sənətinin ənənələrini qoruyub saxlayainkişaf etdirə bilmişik”.

   Həmvətənimizin yubileyi münasibətilə “Bizim Məmməd” hədiyyə bukleti hazırlanıb

 

 

   Mədəniyyət.- 2012.- 31 avqust.- S. 5.