“Bu dünya
bir qızıl kuzəyə bənzər”
Qazax Rayon Mərkəzi
Kitabxanasında Azərbaycanın böyük şairəsi Məhsəti
Gəncəvinin anadan olmasının 900 illiyi ilə əlaqədar
“Bu dünya bir qızıl küzəyə bənzər”
adlı şeir gecəsi keçirilib.
Mərkəzi
kitabxananın direktoru Solmaz Babanlı tədbiri açaraq qeyd
edib ki, XI əsrin sonları XII əsrin əvvəllərində
yaşamış Məhsəti Gəncəvi Azərbaycan
şairlərinin parlaq nümayəndələrindən
biridir. Onun əsərləri indi də sevilə-sevilə
oxunur, həyata, insana məhəbbət oyadır. Komplektləşdirmə
və kitabişləmə şöbəsinin müdiri Sədaqət
Qasımova şairənin həyat və
yaradıcılığı haqqında məruzə ilə
çıxış edib.
Mədəniyyət və
Turizm Şöbəsinin məsləhətçisi Pəri Məmmədova
bildirib ki, Məhsəti Gəncəvinin xalq şeiri tərzinə
yaxın rübailəri və fəlsəfi məzmunlu
şeirləri Azərbaycan və ümumən Şərq
poeziyası tarixində mühüm rol oynayıb.
Şair-dramaturq Fuad
Babanlı “Kölgə salma ruhuma” adlı kitabında Məhsəti
Gəncəviyə həsr olunmuş “Şeir və Günəş”
poemasından parçalar söyləyib. Fəal oxuculardan
Şahin Mustafayev, Nigar Kazımova, Nicat Qasımov, Orxan Bəxtiyarov,
Fərid Əsgərov, Nərmin Əliyeva və
başqaları şairənin rübailərindən söyləyiblər.
Mədəniyyət.- 2012.- 31 avqust.-
S. 6.