Ölkəmiz Moldovada
kitab sərgisində təmsil olunur
Azərbaycan Moldovanın paytaxtı Kişineuda
keçirilən XXI Beynəlxalq Kitab Salonu ənənəvi beynəlxalq kitab sərgisində təmsil olunur.
Moldova Milli
Kitabxanasında təşkil edilən sərgi avqustun
31-dən sentyabrın 4-dək davam edəcək.
Bu barədə avqustun
30-da Kişineuda keçirdiyi
mətbuat konfransında Moldova Milli Kitabxanasının direktoru
Aleksey Reu məlumat verib. Onun sözlərinə
görə, sərgidə 18 ölkədən 5 mindən çox adda kitab nümayiş etdiriləcək.
Bu il tədbir Milli Kitabxananın yaradılmasının 180
illiyinə və İon və Doyna Aldya-Teodoroviçlər İlinə həsr
olunub.
XXI Beynəlxalq Kitab Salonu
II Milli kitab və qiraət
festivalı çərçivəsində keçirilir.
Festival Moldovanın kitabxanalar
olan bütün
yaşayış məntəqələrini əhatə edir.
Moldovadakı kitab
bayramında ölkəmizi təmsil edən nümayəndə
heyətinə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının beynəlxalq əlaqələr
üzrə direktor müavini
Mələkxanım Hacıyeva, mədəni-kütləvi
işlər şöbəsinin redaktoru
Şəhla Həmidova, Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat,
reklamın təşkili və informasiya
şöbəsinin məsləhətçisi Faiq
Xudanlı daxildir.
Bu barədə Milli Kitabxanadan verilən məlumatda bildirilir. Qeyd olunur ki, nümayəndə heyəti
beynəlxalq sərgi ilə yanaşı,
Moldova Milli Kitabxanasının
180 illik yubileyində də iştirak edəcək.
Azərbaycan Milli
Kitabxanası beynəlxalq
əlaqələrin inkişafına,
genişləndirilməsinə xüsusi önəm verir.
Kitabxanadan
bildiriblər ki, sentyabrın 5-dən 8-dək direktor
Kərim Tahirov Avrasiya Kitabxanaçılar
Assambleyasının XIV ümumi
iclasında və
Belarus Milli Kitabxanasının
90 illik yubileyində iştirak etmək məqsədilə Minsk şəhərində
səfərdə olacaq.
Mədəniyyət.-
2012.- 31 avqust.- S. 4.