İçində fırtınalar qopan fitri istedad

 

   TürkiyəninAnadoluqəzetində Yeni Azərbaycan Yardımlaşma Mədəniyyət Dərnəyinin rəhbəri, professor Əflatun Nemətzadəninİçində fırtınalar qopan fitri istedad: Məryəm Ələkbərli» adlı maraqlı məqaləsi dərc olunub. Məqalə istedadlı azərbaycanlı rəssamın sənətindən, yaradıcılıq məziyyətlərindən bəhs edir. “O, rənglərlə sankiuşaq oyunu» oynayırmış kimi əylənir, içindəki duyğuları beləcə nümayiş etdirir. Rənglərin qovuşması onun ən çox sevdiyi əyləncədir o, istədiyi mövzunu məharətlə yarada bilir”, - deyə müəllif bildirir.

   Məqalədə Avropa sənət tarixçilərindən Paris Müasir Sənət Universitetinin professoru Thierry Dufrene, Berlin Sənət Akademiyasının müəllimi İnge Şmidtin gənc rəssam haqqında söylədikləri dəyərli fikirlər yer alıb. Bildirilir ki, Məryəmi daha öncə heç tanımayan kataloqunu görüb təsirlənən İnge Şmidt Azərbaycana gəlir Məryəmin orijinal əsərlərini öz gözləri ilə gördükdən sonra heyranlığını ifadə edir.

   Müəllif yazır: “Məryəm Ələkbərli çox gənc bir fitri istedaddır. Amma yaşından çox dərin düşünən bir ruha sahibdir. Yolun açıq olsun, Məryəm. Sən sadəcə yeni-yeni əsərlər yarat, fırçanı əlçatmaz zirvələrə qaldır. Zərif barmaqlarının önündə baş əyirəm».

  

   Mehparə

 

  Mədəniyyət.- 2012.- 5 dekabr.- S. 10.