Xidmət sahəsinin
təşkilinin peşəkarlıq meyarları
Mingəçevir Turizm
Kollecində “Xidmət sahəsinin təşkilinin peşəkarlıq
meyarları” mövzusunda elmi-praktiki
konfrans keçirilib.
İştirakçılar əvvəlcə kollecin
foyesində tələbələrin əl işlərindən
ibarət sərgi ilə tanış olublar.
Konfransda kollecin direktoru, professor Əyyub Əyyubovun “Xidmət sahələri üçün ixtisaslı kadr hazırlığı” mövzusunda məruzəsi dinlənilib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin əhəmiyyətindən, Mingəçevir Turizm Kollecində təhsil alan gənclərin peşəkar kadr kimi formalaşması üçün reallaşdırılan işlərdən danışıb. O, təhsil ocağının xarici ölkələrdə fəaliyyət göstərən təhsil ocaqları ilə sıx əməkdaşlıq əlaqələri yaratdığını, kollecin müəllim və tələbələrinin bir sıra beynəlxalq tədbirlərdə fəal iştirak etdiyini vurğulayıb.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Sahib Əliyev “Azərbaycan turizminin inkişafı və xidmət sahələrinin formalaşdırılması”, “Kür” Olimpiya İdman-Tədris Mərkəzinin icraçı direktoru Elnur Hacıyev “Hotel və idman xidmətinin təşkili”, kollecin müəllimlərindən Ceyhun Abdullayev “Azərbaycanın bölgələrində turizmin inkişafına imkan verən təbii və coğrafi şərait”, Xanım Məmmədova “Xidmət sahəsinin təşkili üçün xarici dil tədrisinin rolu” və Şahsuvar Heydərovun “Turizm və nəqliyyat xidmətlərinin yaxşılaşdırılmasında bəzi vacib məsələlər” mövzularında məruzələri dinlənilib. Kollecin tələbələrindən Tural Kərimov “Regionlarda turizmin sürətli inkişafı peşəkarlığın göstəricisidir”, Çinarə Məmmədova “Turizmdə nəqliyyat xidmətinin təşkili meyarları”, Elşad Səmədov “Restoranlarda banket və qəbulların təşkilində xidmətin özəllikləri”, Ehtiram Əliquliyev “Nömrə və yerlərin bronlaşdırılmasında müasir texnologiyanın tətbiqi”, Zeynəb Mütəllimli “Mehmanxanalarda nömrələrə sanitar-gigiyenik tələblər”, Aytən Mirzəyeva “Azərbaycanın turizm marşrutları və ekskursiya işinin təşkili” Pərvin Mirzəyev “Təhlükəsizliyin yüksək səviyyəli təşkili xidmətin əsas meyarıdır” mövzularında çıxış ediblər.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2012.- 5 dekabr.- S. 9.