Kitabxana-informasiya sahəsində əlaqələr
müzakirə olunub
Noyabrın 30-da Azərbaycanda səfərdə olan Latviyanın Mədəniyyət İnformasiya Sistemləri Dövlət Agentliyinin direktoru Armans Magoni, “RİX Technologies” şirkətinin satış üzrə direktoru Martins Berzins və şirkətin əməkdaşı Eva Butanedən ibarət nümayəndə heyəti ilə Mədəniyyət və Turizm Nazirliyində görüş keçirilib.
Görüşdə
mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Azərbaycanda
kitabxana sahəsində həyata
keçirilən islahatlar barədə məlumat
verib. İki ölkə
arasında kitabxana-informasiya sahəsində
əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb, kənd
kitabxanalarının müasir mərhələdə
inkişafı, kitabxanaçıların bilik
səviyyəsinin artırılması, bələdiyyə
kitabxanalarının inkişafı və onların oxucu tələbatının ödənilməsində
rolu müzakirə edilib.
Görüşdə həmçinin muzey
işi sahəsində əməkdaşlıqla
bağlı fikir mübadiləsi
aparılıb.
Mədəniyyət.- 2012.- 5
dekabr.- S. 4.