Aşıq
Kamandarın 80 illiyi Tbilisidə qeyd olunub
Tbilisidə
Gürcüstanın Mədəniyyət və Abidələrin
Mühafizəsi Nazirliyi, ARDNŞ-nin
dəstəyi və Azərbaycan Mədəniyyət Mərkəzinin
təşkilatçılığı ilə görkəmli
Borçalı aşığı Kamandarın Əfəndiyevin
80 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Gürcüstan mədəniyyət və abidələrin mühafizəsi naziri, yazıçı Quram Odişariya, cəzaların icrası və hüquqi yardım naziri Sozar Subari, ARDNŞ-nin Gürcüstan nümayəndəliyinin əməkdaşı Şövqi Mehdizadə, AMEA Folklor İnstitutunun əməkdaşı Elxan Məmmədli və digər qonaqlar çıxış ediblər.
Mədəniyyət və abidələrin mühafizəsi naziri Quram Odişariya Azərbaycan musiqisi ilə yaxşı tanış olduğunu və Bakıda olarkən milli musiqimizi çox dinlədiyini söyləyib: “Mən sazı çox sevirəm. Dəfələrlə Gürcüstanda yaşayan azərbaycanlılar arasında sazı dinləmişəm. Düşünürəm ki, belə tədbirlər davamlı olacaq. Mən bu məclisdə bəyan etmək istəyirəm ki, nazirlik tərəfindən Aşıq Kamandarın ev-muzeyi qeydiyyata alınacaq və ona status veriləcək”.
Nazir Sozar Subari isə çıxışında gürcü və azərbaycanlıların Gürcüstanda əsrlərlə birgə yaşadığını və Aşıq Kamandar kimi sənətkarın yaradıcılığının həm də hər iki millətin birgə mədəniyyətinin nümunəsi olduğunu bildirib.
Tədbirdə
Azərbaycandan gələn muğam triosu, Gürcüstanda fəaliyyət
göstərən “Ceyran”, “Sarvan” və Rustavidə fəaliyyət
göstərən gürcü
uşaqlarının “Cücələrim” ansamblı müxtəlif
rəqslər nümayiş etdiriblər.
Mərasimdə azərbaycanlı qonaqlarla
yanaşı, Gürcüstan
aşıqları da
çıxış ediblər. Tədbirdə Aşıq Kamandar yaradıcılığından bəhs
edən film nümayiş
olunub.
Mədəniyyət.- 2012.- 5
dekabr.- S. 3.