“Neftin adamı” Finlandiyada mükafata layiq görülüb
Rejissor Seyran Mahmudoğlunun “Neftin adamı” qısametrajlı sənədli
filmi 21-25 noyabr tarixində Finlandiyada keçirilən Beynəlxalq
Təbiət Filmləri
Festivalında (“Wildlife Vassa
International Nature Film Festival”) ölkəmizi
uğurla təmsil edib. Festivalda 50-yə yaxın ölkədən 150-dən çox
ekran əsəri nümayiş olunub.
Azərbaycanlı rejissorun “Neftin
adamı” sənədli
filmi xüsusi mükafata layiq görülüb. Festivalda iştirak
edən Seyran Mahmudoğlu və filmin ssenari müəllifi Esmira Əyyub ekran işinin maraqla qarşılandığını bildirdilər. “Neftin adamı” sənədli filmi Azərbaycan neftini fərqli prizmadan təqdim edir. Filmin qəhrəmanı neftlə
gözəl əsərlər
yaradan rəssam Sabir Çopuroğludur.
Neft həmçinin onun sağlamlığı üçün
də önəmlidir.
O, müalicə olunmaq
üçün mütəmadi
olaraq neft vannası qəbul edir. Bir sözlə, neft
onun həyatında və sənətində hər zaman var.
S.Mahmudoğlunun
sözlərinə görə,
nümayişdən sonra
tamaşaçılar onlara
yaxınlaşıb ekran
əsərindən böyük
təəssürat aldıqlarını
bildiriblər: “Bu həm
tanınmaq, həm də yeni tanışlıqlar,
perspektivlər deməkdir.
Film artıq festival həyatına qədəm
qoydu, ümid edirik ki, uğurları
çox olacaq”.
Rejissorun sözlərinə görə, “Neftin adamı” filmi bu ay Hindistanda təşkil olunacaq “Third
Eye Asian Film Festival”da (“Üçüncü
Göz Asiya Film Festivalı”) da ölkəmizi təmsil edəcək. Filmin quruluşçu operatoru Əli Sultanov, səs operatoru Elşən Aslanov, rəng tərtibatçısı
İbrahim Kərim,
post prodakşn mərhələsində
dizayneri Kseniya Diadorovadır.
R.İsayeva
Mədəniyyət.-
2012.- 7 dekabr.- S. 11.