Hotellər üçün yeni standartlar tətbiq ediləcək

 

   Standartlaşdırma, Metrologiya Patent üzrə Dövlət Komitəsi Mədəniyyət Turizm Nazirliyi tərəfindən hazırlanmış «Mehmanxana mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi qiymətləndirmədə meyarların tətbiq edilməsi barədə» Dövlət Standartını təsdiq edib.

  

   Dövlət Komitəsindən verilən məlumata görə, yeni standart dekabrın 10-dan tətbiq ediləcək. Standart «Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı»nın icrasını təmin etmək məqsədilə «Turizm yerdəyişmə vasitələrinin xidmətləri» üzrə Texniki Komitə tərəfindən hazırlanıb.

   Sənəddə mehmanxana mehmanxana tipli obyektlərin qiymətləndirmə meyarlarının tətbiq edilməsinin məqsədləri, xidmətlərin səviyyəsinə dair vahid qiymətləndirmə metodikasının istifadəsi, obyektiv təsnifatın aparılması, təsnifat üzrə xidmətlərin monitorinqinin həyata keçirilməsi, mehmanxana mehmanxana tipli obyektlərin seçimində istehlakçıya kömək göstərilməsi s. məsələlər yer alıb. Standartda mehmanxanaların tipləri, mehmanxana mehmanxana tipli obyektlərin qiymətləndirmə sisteminin təşkili təsnifatın keçirilmə qaydaları geniş əks olunub.

   Mədəniyyət Turizm Nazirliyi Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov bildirdi ki, bu sənəd mehmanxana mehmanxana tipli obyektlərin təsnifatı ulduz dərəcələrinin verilməsi haqqında meyarların istifadə olunması barədə standartdır. Sənəd yeni prinsiplər üzərində qurulub. Avropa standartları, yəniHotelstarsAvropa Mehmanxana Ulduz Təsnifatı Təşkilatının qiymətləndirmə meyarlarına əsaslanan Milli Standart hazırlanıb: «Sənədin hazırlanması zamanı bir sıra beynəlxalq standart normativlərin təhlili aparılıb. Eyni zamanda standartın işlənilməsi prosesində mehmanxana sektoru turizm ictimaiyyətinin rəyləri öyrənilərək bütün məqbul təkliflər nəzərə alınıb. Sənəd Azərbaycan qanunvericiliyinə mehmanxanaların mühitinin reallıqlarına uyğun hazırlanıb. Yeni standartın əvvəlkindən fərqi odur ki, bu sənəddə bal sistemi mövcuddur. Bundan əlavə, yeni standartın meyarları daha sərtdir. Belə ki, artıq mehmanxana mehmanxana tipli obyektə ulduz verilərkən orada təkcə müasir standartlara cavab verən avadanlıqlar yox, eyni zamanda bu avadanlıqların mühəndis, kommunal idarəetmə sistemlərinin effektivliyi nəzərə alınacaq. Yeni standartlarda kadr məsələləri əksini tapıb. Mehmanxanada turizm təhsilli kadrların çoxluğu onun üstünlüyü hesab olunacaq».

   Sektor müdirinin sözlərinə görə, yeni standartlar iki mərhələli olacaq. Sənəd veriləcək mehmanxanalar birinci mərhələdə akkreditə olunmuş auditlər tərəfindən yoxlanılacaq. İkinci mərhələdə isə Mədəniyyət Turizm Nazirliyinin müvafiq komissiyası həmin mehmanxanaya baxış keçirəcək. Sonda isə verilən rəy əsasında mehmanxana təsnifatlandırılacaq: «Əvvəlki standartlarla 300 meyara görə qiymətləndirilmə aparılırdı. İndi bu meyarların sayı 500-ə qədər artırılıb. Hesab edirəm ki, yeni standartlar daha mükəmməl səviyyəlidir. Sənəd mehmanxanalarda göstərilən xidmətlərin keyfiyyətinin yüksəlməsinə, istehlakçıların hüquqlarının qorunmasına mehmanxana bazarında rəqabətin artırılmasına zəmin yaradaraq bu sahədə bir çox məsələlərin tənzimlənməsində müsbət rol oynayacaq».

  

   F.Abdullayeva

 

  Mədəniyyət.- 2012.- 7 dekabr.- S. 6.