İslam dünyasının görkəmli mütəfəkkiri

 

   Milli Kitabxanada Seyid Yəhya Bakuviyə həsr olunmuş tədbir

  

   Dekabrın 6-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Milli Kitabxanada XV əsrin görkəmli Azərbaycan filosofusufi alimi Seyid Yəhya Bakuviyə həsr olunmuş tədbir keçirildi.

  

   Tədbiri kitabxananın direktoru Kərim Tahirov açaraq görkəmli şəxsiyyətin həyat və yaradıcılığından danışdı. Qeyd etdi ki, Seyid Yəhya Bakuvi (Şirvani) böyük filosof və görkəmli alim olub. Mütəfəkkirin bütün Şərqdə geniş yayılan əsərlərinin qayəsi insanlar arasında düzlüyün, doğruluğun, təmiz əxlaqın təbliğidir, bu əsərlər düyanın bir çox ölkələrinin fəlsəfi fikir tarixinə təsir edib.

   Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli bildirdi ki, UNESCO-nun Baş Konfransının 36-cı sessiyasında qurumun görkəmli şəxsiyyətlər və əlamətdar hadisələrin yubileyləri ilə bağlı 2012-2013-cü illər üzrə proqramına Azərbaycanın təqdim etdiyi üç yubileydaxil edilib. Beləliklə, dahi Üzeyir Hacıbəylinin "Arşın mal alan" musiqili komediyasının 100 illiyi, görkəmli şairə Məhsəti Gəncəvinin 900 illiyiorta əsrin məşhur filosofuşairi Seyid Yəhya Bakuvinin vəfatının 550 illiyi UNESCO səviyyəsində qeyd olunacaq:Bu fakt göstərir ki, Bakuvi necə böyük şəxsiyyətdir. Görkəmli İslam alimi və mütəfəkkiri olan Bakuvinin əsərləri insanları saflığa, təmizliyə, öz sağlam əqidəsinə sadiq olmağa çağırır. Bu fəlsəfənin əsasında insanın özü-özünü dərk etməsi dayanır.Biz Nizamini, Füzulini tanıdığımız kimi Bakuvinin də yaradıcılığına o dərəcədə bələd olmalıyıq. Hesab edirəm ki, ərəb, farstürk dillərində qiymətli əsərlər yaradan bu dahi insanın sanballı nəşrinin hazırlanmasına ehtiyac var”.

   AMEA Fəlsəfə İnstitutunun əməkdaşı, fəlsəfə doktoru Zöhrə Əliyeva, Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli alimin dünyagörüşünü əks etdirən əsərləri barədə danışdılar. Qeyd olundu ki, müəllif haqqında ən doğru bilgiləri, şübhəsiz ki, öz əsərləri verə bilər. Ancaq müsəlman müəlliflər, adətən əsərlərində özləri barədə az məlumat verirlər. Bakuvi də əsərlərində özündən çox bəhs etmir. Lakin yenə də onun həyatı ilə bağlı bir sıra məlumatlara rast gəlmək mümkündür. Belə ki, o, “Şifaül-əsrar” əsərində müəllimlərini, “Kəşfül-qülub” əsərində Şirvanşah I Xəlilullahı yad edir. Bəzi şeirlərində də həyatı barədə məlumata rast gəlinir. Bakuvinin əsərlərində onun fəlsəfi-dini düşüncəsi və təsəvvüf anlayışı barədə geniş məlumat vardır.

   Sonda tədbir iştirakçıları alimin həyat və yaradıcılığından bəhs edən “Seyid Yəhya Bakuvi” adlı kitab, qəzet və jurnal materiallarından ibarət sərgi ilə tanış oldular.

  

   Ceyhun Zərbəliyev

 

  Mədəniyyət.- 2012.- 7 dekabr.- S. 4.