Heydər Əliyev Sarayında dahi rəhbərin anım mərasimi

 

   Ulu öndərin vəfatının ildönümü münasibətilə onun adını daşıyan sarayda anım mərasimi təşkil olunub. Əvvəlcə dahi rəhbərin həyat və fəaliyyətini əks etdirən kitablara və fotostendə baxış keçirilib.

 

   Tədbiri Heydər Əliyev Sarayının direktoru, Əməkdar mədəniyyət işçisi Fərhad Babayev açaraq ümummilli liderin müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsində əvəzsiz xidmətlərindən danışıb, onun əsasını qoyduğu dövlətçilik siyasətinin bu gün uğurla davam etdirildiyini vurğulayıb. Qeyd olunub ki, Heydər Əliyev respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın tərəqqisi, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu doğma yurdun dünyada tanınması üçün misilsiz xidmətlər göstərib. Mərasimdə çıxış edənlər ulu öndərin ölkəmizin inkişafı naminə gərgin fəaliyyətindən, mədəniyyətimizə göstərdiyi qayğıdan danışıblar.

   Tədbirdən sonra Heydər Əliyev Sarayının kollektivi ümummilli liderin Fəxri xiyabandakı məzarını ziyarət edib.

 

Mədəniyyət.- 2012.- 12 dekabr.- S. 4.