Səslər fəlsəfəsinin Vaqifi

 

   Mustafazadə Vaqif! Bütün səslər fəlsəfəsinə vaqif. Keçmişlərdən qoca, gələcəklərdən gənc Vaqif. Milli məqsədinə çox gec, amma çox güc çatacağını lap ilk notlardan bilən arif, şimşək-infarkta qədər sənətinə qarşı yönəldilən bütün ildırımları baiskarların özləri üçünavtobumeranqa çevirmiş müəllif...

  

   O özündən çox, “özgələr” üçün əkib-becərən, yalnız sənət büdcəsinə işləyən “ adamı”, yeniliklər, orijinallıqlar təsərrüfatı “fermeri idi. Ona sənət altruisti də demək olardı. Yəni hər tərəfdə dayanıb heç bir tərəfə qarşı çıxmadan beynəlxalq sənət ordusuna qoşulub, tezliklə də ümumdünya sənət generalitetinə daxil edilən böyük mədəniyyət əsgəri!

  

   Nikbin və bədbin adaş-rəqəmlər...

  

   Biri - 16 mart, o biri - 16 dekabr. Əvvəlki 1940-da, sonrakı 1979-da. Birinin ünvanı İçərişəhər, o birininki məzar...

   Nağıla bənzətsək, o heç qırxıncı qapıya da yetişə bilmədi. Amma ağıla vursaq, bu yaşda gedib dünyanın o başına yetdi.

   O, anadan olanda Bakı - bayır şəhər İttifaqansambl”ı daxilində II Dünya müharibəsinə hazırlaşır, vurhay neft çıxarır, “urra!” sədalı sosialist əməyi yarışları keçirir, sosializmyallı”larına qol götürüb kommunizmə doğru yol gedirdi. Bu proletar şəhərinin bir qədər elitar-utilitar İçərişəhəri isə öz Vaqif doğumu ilə irəlidəki müharibənin gələcək qənimətlərindən az qiymətli önəmli olmayan əbədi bir mədəniyyət fontanı vurmasından, humanitar qələbə bünövrəsi qoymasından xəbərsiz idi.

   Onun bu dünyaya gəlişilə paralel, İçərişəhərindardalan”, “tin”, “bıçaq”, “qədeş”, “cayıl”, “zorxana s. kimi məhəlli jarqonlar arsenalınacazadlı dünyəvi bir termin gəlişirdi. Bu qədim, çadralı, yarıaerodrom”, yarı motalpapaq, hasar-basarlı şəhərin adamları, bayır şəhərinstilyaqa”larına, yerli gəlmə yekəxanalarına, intelligentlərinə yendirmək istəməyən qeyrətli cayılları bir onda ayıldılar ki, çöl şəhər, gen dünya artıq onlarınməhəllə uşaqları”ndan birinə sayğıda, sözün böyük mənasında yenməkdədirlər. Gördülər ki, onların bütöv bir planet hesab etdikləri qala divarları bu məhəllə uşağına darlıq edir.

   Baxdılar ki, bu qonşu gedir. Əldən gedirmənasında yox - sənətqoçu“luğuna, milli şöhrət ovçuluğuna gedir. Bu getməklər onun 18 yaşından - Asəf Zeynallı adına Musiqi Məktəbinə qədəmlərindən, sonra da bir-birinin ardınca yaradıb başçılıq etdiyiOrero\" ansamblından, “Qafqazcaz üçlüyündən, “Leyli”, “Sevilqadın vokal-instrumental, “Muğam” instrumental ansambllarından başlamışdı.

   Sonralar çəkiləsi bir filmin (“Bir cənub şəhərində”) baş qoç qəhrəmanları olası o məhəllilər eşidirdilər ki, dillər Vaqifdən yaman danışır. Qəzetlər Qız qalasından beş yazanda, bir Vaqif Mustafazadənin qala konsertlərindən bəhs edir. Oxuyurdular ki, “köhnəBəhram Mənsurov Şərq üçün kimdirsə, yeni Vaqif Mustafazadə dünya üçün odur. Odur ki, buobrazovannıqonşunun evindən caz səsi gələndə daha bir az əvvəllərki kimi bir-birinə baxıb göz eləmirdilər. Həmişə onları uyudan muğam parçalarını indi onun pianinosundan eşidəndə söz eləmirdilər. Əksinə, tarixən bu parçaları dinləyərkən tərpənən başlarınınsırasınaayaqlarını da qoşurdular. beləliklə, bu təkrarsız koloritli, mifik inşa-mənşəli qapalı şəhər öz stixiya-qınından çıxır onun baniliyilə, bu gün tez-tez işlətdiyimiz ifadə ilə desək, dünyaya inteqrasiya edirdi...

  

   Onun barlı barmaqları...

  

   Təkcə barmaqlarımı?..

   Yox, o barmaqları bara gətirən bağban könlü, çıraqban duyğuları vardı Vaqifin. Onun könlü dünyatutumlu birantenatimsalında idi. O, sədaları hamı kimi tutsa da, əks-sədanı yalnız özü kimi qaytarırdı. Özgə səsləri özümüzünküləşdirmək, öz ritmlərimizi özgələrə sevdirmək mahiri idi.

   Deyirlər, musiqinin dili, tərcüməsi, vətəni yoxdur. Düz deyirlər. Amma bu, Vaqifə qədər beləymiş Vaqifdən sonra da, hələlik belədir. Vaqif buyox”ları nisbi birvarilə varlandırdı: öz istedad elçiliyilə dünya musiqisinin ən cavancazqızını Avropa vətənindən Şərq məmləkətinə gətirdi ona səs-səda aləminin ən qədimini - muğam avazları da calayıb, sənətimizçün özgə vətənlər fəth etdi. Vaqifə qədərcazsözünəvızeləyənlərimiz, “mızqoyan bəzi ziyalılarımız indi onunŞur”una, “Heyratı”sına tar-kaman dəsgahlarından azmı heyrətlənirlər?! Hətta, obraz-frazalılıqdan çox uzaq olan birisindən eşitmişəm ki: “Vaqifin cazı adamın ürəyinicızz!” eləyir”.

   Amma yaxşı, adınacazdeyilən buyığma komanda”nın təsisi-təşkilatçılığında bizim bircə qəlb, bircə könül oyunçu-çalançımız da olmayıbsa, bucızzməsələsi nədir belə? Deməli, məsələnin məğzi bu musiqiesperanto”sunun tərcüman-tərcüməçiliyindədir. Vaqifin könüllaboratoriya”sının, improvizə institutunun bəşəri takt aktındadır...

   Onun əlləri əllə toxunulan, gözlə görünən obraz deyildimi? Hələ bəzi məqamlardatək əldən səs çıxmazməsəlini inkar etməsini demirəm. O əllər - realizmdə portretə, sürrealizmdə tabloya, “ifratizm”də peyzaja mövzu deyildimi? O əllər pianinonun şirmayi dil-“cücələri”nə sənət dəni səpirdi, “bülbül”lərini cəh-cəh etdirirdi, əcəl dəcəlliyindən tamamlaya bilmədiyiMuğamsimfoniyasındaŞahnaz”ına naz, “Sevil”inə yaz çiləyirdi, Füzuli qəzəllərində nakam getmiş Leyliyə nəğməli Məcnunluq edirdi...

   Onun əli... Yox, onun əllərinin əlalığından qədər desək , hədəfə yetəsi deyilik. Simi dəyişək. Dəyişək döyüşməkladında deyək ki, “təkaçılan”ları iləqaz vurub, qazan dolduranmusiqiçilərdən fərqli olaraq, onun əli gətirmirdi. Bu xalqın klassik sənət ənənələri dəryasında özüyçün bir ada-“ansamblyaratmağa çalışaraq, caz vurub, hələlik təkəmseyrək ürəklərə həzz doldururdu. Yuxarıdakı adamı”, “fermerbənzətmələrimə rəğmən, bu gəlirsiz təsərrüfatın məxarici az olsun deyə, süpürgəçiliyindən tutmuş - toxuculuğuna, sürücülüyünə, hörücülüyünə, hər xırda-xırmançılığına qədər hamısını özü icra edirdi. Hər yeni əsərinin akkordu da ki, rekord!..

   ...Ömrün akkordu isə günbəgün yaxınlaşırdı. Daşkənd qastrolunun “16 dekabr 1979-cu il hadisəsi”nə az qalırdı. Amma hələ o tarixə qədər sənət hadisələri, ona münasibətəsər”ləri vardı.

   Bu “əsər”lərdən biri bu idi ki, AzTV-nin o vaxtkı sədr-ağsaqqalı bığlarını qırxdırmayacağı təqdirdə onun ekrana çıxmasına yasaq qərarı vermişdi. Dost-tanışları danışırdılar ki, həmin yaradıcı qurum sədrinin bubığ senzi” “əsər”i Vaqifin əsərləri qədəryaşayacaq”...

   ...Daşkənd hadisəsinə gedəngedər-gəlməzyola qədər hələ çox silinməz qollar vardı. Bunlardan “Tallin-66”, “Tbilisi-78”, “Monte-Karlofestivalları idi ki, hər üçünün laureatı oldu. Biri Monakoda (1978) keçirilən 8-ci Beynəlxalq Caz Festivalı idi ki, “Əzizəni gözləyirəm” (“Sənsiz”) musiqisinə görə birincilik mükafatı qazandı. Gün, ay, illə ölçülməyən uğurları isə daha çox oldu. O, dünya miqyasında yeni musiqi erası kimi hallandırılan caz-muğam sintezini yaratdı. Adı - özündən xəbərsiz - Azərbaycan Muğam-Caz Hərəkatının memarı çağırıldı. Saysız fortepiano konsertləri, muğam-caz kompozisiyaları yaratdı ki, onlardan ikisi cazın vətəni Amerikanı qocaman Şərq xəyalatına daldırdı. Yeni caz mizan-düzəni ilə bütün dünya zövqünü fəth elədi.

   Daşkənd tərəfdən əsən hadisə yellərininsığalıisə artıq onun üzündən ürəyinə keçirdi. Düşüncə, duyğu ilmələrini fortepianoya ötürən ali əllər, şirmayi barmaqlar qos-qoca istedadla süslənmiş cavan bir ömrün son akkordlarını vurmaqda idi. Milyonlarla ürəyi öyünclə döyündürən, fitrətən titrədən bir ürək, nəhayət, “16 dekabr 1979-cu iltarixini çalıb, dayandı...

   Sağlığında aldığı Əməkdar incəsənət xadimi adına ölümündən sonra Azərbaycan Dövlət mükafatı da əlavə olundu. Daha sonra isə daha böyük, “əbədinominasiyalı bir mükafatla təltif olundu ki, bu da - bütün yaradıcı ömrü boyu, məlumanlamaq dərdi”ndən (R.Rza) heç kəm olmayan anlanılmaq azarı çəkmiş bu əbədigənc dahiyə bütöv xalq məhəbbətidir.

   Ondan yalnız elə o şedevrlər yox, canlı Əzizə Mustafazadə əsəri qaldı. Hansı ki, bir zaman, neçə vaxtdır xariclərdə bizim necə sənətkarlara malik olduğumuzun növbəti bir görkü olan o qızdan beş-on günlük ayrılıq bikefliyi musiqi mədəniyyətimizə çox bonuslu bir nəf -

  

   Sənsiz

  

   şedevrini gətirmişdi...

   Ədəbiyyatda, incəsənətdə, “şanlı məktub”namələrdəsənsizmotivasiyalı ərzi-hallar çox olub olacaq. Deməli, ikinci şəxsin təkləri əbədi baş qəhrəman? Bəs, birinci şəxsin - xüsusən indiki halda - cazda Birinci Şəxsin -

  

   Təki?!.

  

   Yəni, adam bu məqamda istərdi ki, Vaqifin avtoportret motivli belə bir əsəri olaydı: “Mənsiz”...

  

   Tahir Əhmədalılar

 

  Mədəniyyət.- 2012.- 14 dekabr.- S. 11.