“Gənclərə arzum budur, əsl sənətlə məşğul olsunlar”

 

   Rauf Məmmədov: “Azərbaycan mədəniyyəti o qədər zəngindir ki, onu dünyaya tanıtmaq lazımdır”

  

   Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və “YARAT!” Müasir İncəsənət Məkanının birgə təşkilatçılığı ilə keçirilən “Alüminium” V Beynəlxalq Müasir İncəsənət Biennalesində dünyanın 17 ölkəsindən tanınmış sənət adamları iştirak edirlər. Rusiyada yaşayan həmyerlimiz, rəssam Rauf Məmmədov da sərgiyə maraqlı foto əsərləri ilə qatılıb.

  

   1956-cı ildə Gəncədə anadan olan Rauf Məmmədov Moskvada, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda kinorejissor ixtisası üzrə təhsil alıb. 1985-ci ildə ali məktəbi bitirərək peşəsi üzrə çalışmağa başlayıb. 90-cı illərin ikinci yarısından foto rəssamlığı ilə məşğul olur. İndiyədək əsərləri ABŞ, Almaniya, Fransa, İspaniya, İsveçrə və digər ölkələrdə sərgilənib, Rusiyada, Hollandiyada, Belçikada fərdi sərgiləri təşkil olunub. Azərbaycanda isə əsərləri ilk dəfə nümayiş olunur. O, təəssüratlarını bizimlə bölüşdü:

   - Sevinirəm ki, ilk dəfə Azərbaycanda, doğma vətəndə əsərlərim sərgilənir. Dünyanın bir çox ölkələrində olmuşam. Lakin xarici ölkələrdə əsərlərim sərgiləndiyi zaman deyirəm ki, mən azərbaycanlıyam və bunu qeyd etmələrini istəyirəm.

   - Əsərlərinizin maraqlı mövzusu var...

   - Dini tematika, Bibliya (Tövrat) süjetləri məni çox maraqlandırır. Əsərlərimdə bu mövzuda müxtəlif fraqmentləri əks etdirirəm. Həmçinin Daun sindromlu insanları çəkirəm. Onların siması mənə maraqlıdır. Bu mövzuda əsərlərdən bir neçəsini Azərbaycana gətirmişəm. Ümid edirəm ki, gələcəkdə fərdi sərgim təşkil olunacaq, burada maraqlı işlərimi təqdim etmə imkanı əldə edəcəyəm. Xaricə çox gedirəm, lakin öz yurdumda sərginin keçirilməsinin zövqü bir başqadır.

   - Kolleksiyanızda təxminən nə qədər əsər var?

   - Əsərlərimi heç vaxt saymamışam. Buraya gətirdiyim bəzi əsərlər Fransanın Luvr muzeyində sərgilənib. Məşhur amerikalı aktyor Entoni Hopkins əsərlərimdən bir neçəsini alıb. Dünya şöhrətli müğənni Elton Con iki əsərimi almaq istəyir. Hələlik danışıqlar aparırıq.

   - Bakıdakı sərgi üçün xüsusi bir hazırlamısınızmı?

   - Təəssüf ki yox. Çünki bir üzərində uzun zaman işləyirəm. Bəzən il yarım, iki il vaxt gedir.

   - Film çəkirsiniz....

   - Əsas peşəm kinorejissorluqdur. 1987-ci ildə dostum Yevgeni Ginzburqla birgə “Ölmüş gəmilər adası” filmini çəkdik. İkiseriyalı tammetrajlı bədii film idi bir çox festivallarda mükafat qazandı. 1989-cu ildə birgə “Pışka adlı ruanlı qız” filmini çəkdik. M.Jvanetskinin əsəri əsasında “Hər kəsin bildiyinə şərh” filmini lentə aldım. Bundan başqa, 30-a qədər sənədli filmin müəllifiyəm o filmlər Rusiya telekanallarında nümayiş olunur.

   - Azərbaycanda film çəkmək istərdinizmi?

   - Məmnuniyyətlə. Azərbaycanın Mədəniyyət Turizm Nazirliyi ilə danışıqlar aparılır. Azərbaycan mədəniyyəti o qədər zəngindir ki, onu dünyaya tanıtmaq lazımdır. Dünya Azərbaycan haqqında daha çox bilməli bu zənginliyə heyran olmalıdır.

   - Əgər burada film çəkməli olsanız, hansı mövzuya müraciət edəcəksiniz?

   - Düşünürəm ki, Azərbaycan cazını dünyada daha çox tanıtmaq lazımdır. Bu mövzuda bədii film çəkmək istərdim. Totalitar rejimin hakim olduğu sovet ölkəsində bu cür musiqi necə yarandı? Məhz Azərbaycanda möhtəşəm bəstəkarlar, musiqiçilər yetişdi. Bunun səbəbləri mənə olduqca maraqlıdır və düşünürəm ki, bununla bağlı maraqlı film çəkmək lazımdır.

   - Azərbaycan kinosunu, son illər çəkilən filmləri necə, izləyirsinizmi?

   - Ötən həftə Moskvada “Dolu” filmi nümayiş olundu. Filmi izlədim. “40-cı qapı” filminə də baxmışam. “Dolu” filmi haqqında onu deyim ki, müharibə şəraitində yaşadığımız üçün bu cür filmlərə ehtiyac var. “40-cı qapı” filmi də maraqlı filmdir. Azərbaycanda güclü kino ənənəsi olub. Biz sıfırdan başlamamalıyıq. Bizdən öncə nəyin necə çəkildiyinə həssas yanaşmalıyıq. Yuxarıda adını çəkdiyim filmlərdə maraqlı rejissor tapıntıları var idi. Onları qoruyaraq milli kinonu inkişaf etdirməliyik.

   - Sənətlə məşğul olan gənclərimizə nə arzulayardınız?

   - Gənclərə arzum odur ki, əsl sənətlə məşğul olsunlar. Mən əminəm ki, yalnız incəsənət insanı azad edir, onu xilas edir, zənginləşdirir. Cəsarətli olsunlar, cəsarətli düşünsünlər. İncəsənətdə qadağan olunmuş heçyoxdur. Cəsarətli düşünsələr, ortaya maraqlı əsərlər çıxaracaqlar. Bu da sənət olacaqo zaman inkişaf da baş verəcək.

  

   Reyhan İsayeva

 

  Mədəniyyət.- 2012.- 14 dekabr.- S. 5.