“Art Group”da orijinal ideyalar sərgiləndi
Dekabrın
13-də “Alüminium” V Beynəlxalq
Müasir İncəsənət
Biennalesi çərçivəsində
“Art Group” sərgi qalereyasında
almaniyalı və azərbaycanlı rəssamların
işləri nümayiş
olundu.
Tədbirdə
Zigfred Horst, Cemma Səttar, İrina Eldarova, Nazim Şah, Yusif Kətanovun əl işləri, Rüfət
Əsədovun rejissoru
olduğu “Antropologiya”
sənədli filmi təqdim edildi.
Cemma Səttarın əl
işləri orijinal ideya olması baxımından xüsusilə
seçilirdi. O yalnız
notlardan istifadə etməklə Azərbaycanın
görkəmli şəxsiyyətlərinin
- Üzeyir Hacıbəylinin,
Qara Qarayevin, Niyazinin portretlərini yaratmışdı. “Bundan öncə ədiblərin - M.Ə.Sabirin,
Nəsiminin və başqalarının portretlərini
çəkmişəm. İkinci portretlər seriyası isə görkəmli musiqiçilərə həsr
olunub. İnsanların əl işlərimə
böyük maraq göstərməsi məni
sevindirir”, - deyə gənc rəssam bildirdi.
Nazim Şah mürəkkəb,
nar şirəsi və ədviyyat (sarıkök), eləcə
də kəsici əşyalar istifadə edərək yaratdığı
"Zamanın simaları”nı
təqdim etdi.
Babək Ağayev isə
"Relax" əsərində plastik məmulatlardan istifadə etməklə istirahət edən insanın təsvirini yaratmışdı. Yusif
Kətanov, İrina Eldarova, Zigfred Horstun rəngkarlıq janrında təqdim etdikləri əl işləri də maraqla qarşılandı.
Ceyhun
Mədəniyyət.-
2012.- 14 dekabr.- S. 4.