Ankarada ulu öndər
Heydər Əliyevin xatirəsinə həsr olunmuş
simfonik konsert
Azərbaycanın Türkiyədəki
səfirliyi və Hacettepe Universiteti
Ankarada ulu öndər
Heydər Əliyevin vəfatının 9-cu ildönümü
ilə bağlı simfonik konsert
təşkil edib.
Mərasimdə Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev, Prezident Administrasiyası Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, Azərbaycanın və Türkiyənin mədəniyyət və turizm nazirləri Əbülfəs Qarayev və Ərtoğrul Günay, təhsil naziri Misir Mərdanov, digər rəsmi şəxslər, elm və incəsənət xadimləri iştirak ediblər.
Konsertdən əvvəl çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” adlandırdığı Türkiyə və Azərbaycanın xalqlarının dahi şəxsiyyətin əziz xatirəsini birgə yad etdiklərini vurğulayıb.
Türkiyənin
tanınmış dirijoru, maestro
Burak Tüzünün
idarə etdiyi Hacettepe
Universitetinin simfonik orkestrinin müşayiəti ilə solistlər
- Xalq artisti Fərhad
Bədəlbəyli, skripkaçı Toğrul
Qəniyev Türkiyə bəstəkarı Cemal
Erkin və görkəmli Azərbaycan bəstəkarı
Fikrət Əmirovun simfonik əsərlərini
ifa ediblər.
Mədəniyyət.- 2012.- 14
dekabr.- S. 3.