Azərbaycan «Milyardıncı turist»
aksiyasında iştirak
edib
Dekabrın 13-də dünya
üzrə 2012-ci il ərzində turist sayı 1 milyard nəfərə çatıb. Dünya Turizm Təşkilatının
təşəbbüsü ilə həmin gün simvolik olaraq dünya üzrə milyardıncı
turistin beynəlxalq səyahət tarixi kimi qeyd olunub.
Təşkilatın üzvü kimi
Azərbaycan da «Milyardıncı turist» aksiyasına qoşulub.
Bununla əlaqədar dekabrın
13-də Heydər Əliyev
Beynəlxalq Hava Limanında mərasim keçirilib.
Mədəniyyət
və Turizm Nazirliyinin Turizm şöbəsinin Turizmin
marketinqi və təbliğatı sektorunun
müdiri Vüqar Şıxəmmədov bildirdi
ki, 13 dekabr tarixində «Azərbaycan Hava Yolları»nın
Bakı-London aviareysi ilə uçan hər bir sərnişin
dünya üzrə səyahət edən milyardıncı turist ola bilər: “Bu rəqəm simvolik hesab olunur. Mədəniyyət və Turizm Nazirliyi «Azərbaycan Hava Yolları» ilə birgə bu aksiyada iştirak
edir. Bakı-London 007 nömrəli reysinin hər bir sərnişini özünü milyardıncı
turist hesab edə bilər”.
Sonra aviareysin qeydiyyatdan
keçən hər bir sərnişininə milli geyimli qızlar
tərəfindən sertifikat
və gül dəstələri təqdim
olundu. Sertifikatda aksiyanın qısa
məramı, aksiyanı
təşkil edən iştirakçı təşkilatların
rəhbərlərinin imzası
əks olunmuş təbrik qeyd olunmuşdu.
Qeyd edək ki, AZAL-ın Bakı-London aviareysi ilə
«Airbus-320-200» təyyarəsi Heydər Əliyev Beynəlxalq Hava Limanından saat 19:05-də
yola düşüb.
Qeyd edək ki, Dünya
Turizm Təşkilatı
ekspertlərinin hesablamalarına
görə, bu ilin ilk 6 ayı ərzində dünyada, xüsusilə Avropa ölkələrində tüğyan
edən maliyyə böhranına baxmayaraq, turizm sahəsində 5,2 faiz artım müşahidə olunub. Nəticədə ilk dəfə olaraq
dünya üzrə turist sayı 1 milyard nəfərə çatıb.
Ceyhun
Mədəniyyət.-
2012.- 14 dekabr.- S. 2.