Bakıda müasir incəsənət bayramı davam edir

 

   Mədəniyyət və Turizm Nazirliyi, “Yarat!” Müasir İncəsənət Məkanı və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə dekabrın 11-də başlayanAlüminium” V Beynəlxalq Müasir İncəsənət Biennalesi davam edir.

  

   Biennaleyə Rusiya, Türkiyə, Gürcüstan, Litva, Almaniya, ABŞ, Norveç, İspaniya, Mərakeş, Fransa - ümumilikdə 17 ölkədən 50-dək sənət adamı qatılıb. Sənət bayramında ölkəmizin təmsilçiləri də maraqlı əsərlərlə iştirak edirlər. Tədbir çərçivəsində paytaxtın müxtəlif qalereyalarında sərgilər təşkil olunur, layihələr təqdim edilir.

   Dekabrın 13-də belə sərgilərdən biriKiçik Qalartsalonunda açıldı. Burada fotoqraf-rejissor Rauf Məmmədovun çəkdiyi bir neçə sənədli film nümayiş olunurdu. Sənətçinin verdiyi məlumata görə, təqdim olunan filmlər 2010-cu ildə Qırğızıstanda baş verən iğtişaş və silahlı toqquşmalar zamanı lentə alınıb: “Bu mövzuda altı film lentə almışıq. Onlardan dördü burada nümayiş olunur”.

   Filmlərdə silahlı toqquşmaların ən qızğın anları, müxtəlif həyat mənzərələri, damı uçmuş məsciddə mollanın namaz qılması və s. məqamlar əks olunub.

   Sərgi salonunun növbəti zalında rejissor Ziya Şıxlinskinin Azərbaycanla bağlı filmi nümayiş olundu.

  

   * * *

   Dekabrın 13-də daha bir tədbir Azərbaycan Rəssamlar İttifaqının sərgi salonunda keçirildi. Burada Vladimir Nasedkin (Rusiya), Tərlan Qorçu (Azərbaycan), Eli Qlader (Norveç) və digərlərinin maraqlı əsərləri sərgilənirdi. Əsərlər üslubuna, sənət baxımdan həyata yanaşma tərzinə görə bir-birindən fərqlənirdi.

   Norveçli sənətçi Eli Qlader sərgidə video filmlərini təqdim edirdi. O, uzun illər Bakıda yaşadığını və Bakıda, Xəzər dənizində gedən dəyişiklikləri izlədiyini bildirdi: “Burada yaşayan insanlar işlərinin ardınca gedir, lakin dəyişikliyin bəzən fərqinə də varmırlar. Bu şəhərdə böyük tarix var - neft bumu dövrü, ardınca gələn sovet quruculuğu və artıq müstəqillik dövrü. Zaman keçir, ola bilsin ki, insanlar dəyişmir, lakin ətraf mühit daim dəyişməkdədir”.

   Qonaq filmlərində ətraf mühit mövzusuna toxunub və insanın mühitə etdiyi təsi, bunun əvəzində mühitin insanaverdiyini göstərməyə çalışıb.

   Vladimir Nasedkinin kompozisiyaları da maraq doğururdu. Onun işlərində mətn və xırda qayaya bənzər təsvirlər bir araya gəlir. Bu da bir kitabın səhifələrini xatırladan kompozisiya yaradır. Qravürlərdə təsvir olunan konkretlik diqqət çəkir. Tərlan Qorçunun əsərlərində isə Qobustan rəsmlərini xatırladan milli ornamentlər yer alırdı. Əsərlər maraqlı işıq prinsipi ilə yığılıb.

  

   Reyhan

 

   Mədəniyyət.- 2012.- 14 dekabr.- S. 2.