Məmməd Səid Ordubadi musiqi

 

   Görkəmli yazıçı-dramaturq Məmməd Səid Ordubadi Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisidir. O eyni zamanda mahir jurnalist publisist, gözəl şair tərcüməçi kimi tanınmışdır.

  

   Çoxşaxəli ədəbi fəaliyyətinin bir hissəsini bir sıra məşhur opera operettalara yazdığı librettolar təşkil edir. O, Üzeyir HacıbəylininKoroğlu”, Müslüm MaqomayevinNərgiz”, Əfrasiyab BədəlbəylininNizamioperalarının, Fikrət ƏmirovunÜrəkçalanlar”, Səid RüstəmovunBeş manatlıq gəlinmusiqili komediyalarının libretto müəllifidir.

   Ordubadinin musiqi dünyasına Ü.Hacıbəylinin ev-muzeyinin direktoru, Əməkdar incəsənət xadimi, bəstəkar Sərdar Fərəcovla birgə səyahət etdik: “Məmməd Səid Ordubadi ədəbiyyatımıza böyük töhfələr verməklə yanaşı, musiqili teatr sahəsində mühüm xidmətlər göstərib. Bu həm onun dramaturq kimi böyük istedadını göstərir. Operettaların süjetini yazmaq üçün sadəcə dramaturq qabiliyyətinə malik olmaq yetərli deyil. Bu, tamam başqa yanaşma düşüncə tələb edən sahədir. Mətn yazarkən elə hesablanmalıdır ki, musiqi ilə mətn arasında tarazlıq yaransın. Bir sözlə, musiqi sözlə, söz isə musiqi ilə tamamlansın. Bu da yazıçıdan böyük dəqiqlik, incəlik, zövq səriştə tələb edir. Ordubadi uzun müddət əyalətdə yaşamışdı. Onun Bakıya gəlməsində Üzeyir bəyin xidmətləri olmuşdu. O əyalətdən gec gəlsə , öz istedadı əməksevərliyi sayəsində tezliklə böyük nasir kimi tanındı. OrdubadiKoroğluoperasının librettosunun müəllifidir. Lakin ona qədər Ordubadi Üzeyir bəyin marşlarına şeirlər yazmışdı. Onun bu sahədə bacarığını bəstəkarlar yaxşı bilirdilər. Ordubadi Şərq ədəbiyyatına da mükəmməl bələd idi. Ona görə Üzeyir bəyKoroğlu”nun librettosunu məhz ona etibar etmişdi.

   Musiqidə sözün qüdrəti özünü bir daha göstərir. Qüdrətli, hissiyyatlı könülləri duyan şair o sözü məqamında tuta bilir. Sözlə musiqi bir-birini tamamlayanda təsir qüvvəsi ikiqat artır. Bilirsiniz ki, bu yaxınlarda Fikrət Əmirovun 90 illik yubileyini qeyd etdik. OnunAğlasan ağlaram, gülərəm gülsənmahnısının sözləri Ordubadiyə məxsusdur. Həmin mahnıda Ordubadinin gözəl şeriyyətinin vurğunu oluruq:

  

   Gözlərim o qara gözə bənd oldu,

   Saçların boynuma bir kəmənd oldu.

  

   Musiqi ilə sözün vəhdətini dinləyəndə valeh olursan. İllər öncəKoroğluoperasının mətni ilə tanış olanda qarışıq cümlələr məni çaşdırdı. Sonradan bildim ki, əvvəlcə Üzeyir bəy musiqini bəstələyib, Ordubadi isə musiqiyə uyğun mətn yazıb. O, həmin melodiyanın ekvivalent sözlərini necə düzgün qurub. Onu da qeyd edim ki, OrdubadininQılınc qələməsəri əsasında Əfrasiyab BədəlbəyliNizamioperasını yazdı. Orada Ordubadinin şeirlərindən istifadə edilib. Üzeyir bəyinAddımla əsgərmarşının mətni Ordubadiyə məxsusdur. O həm sevgi mövzusunda, lirik janrda, həm vətənpərvərlik mövzusunda gözəl şeirlər yazırdı. Ordubadi musiqili teatra mühüm töhfələr vermiş, dövrünə görə çətin ağır bir işin öhdəsindən gəlmiş sənətkardır”.

  

   Lalə Azəri

 

  Mədəniyyət.- 2012.- 19 dekabr.- S. 13.