Şimşək
çaxımlı “dəli”-dolu yağımlı...
Sözləri zərif, misraları, bəndləri hakim, səsi qəhrəman Tofiq Bayram
Bu nəqli-məntiqi
“hökm”ümün onun çağdaşları, müasirləri
tərəfindən yüzə-yüz təsdiqlənib,
düzə-düz hesab ediləcəyinə əminəm. Hətta onların arasında şairin - Azərbaycan
Radiosunun (1926) və Televiziyasının (1956)
yaranmalarının 50 və 20 illikləri münasibətilə
yazdığı şeiri “Mehdi Hüseyn küçəsi!”
- deyə necə gurladığını, “Gərək elə
yanım!” ülfətlərini, “Ay gecikən məhəbbətim!”
xiffətlərini nə sayaq hayqırdığını
xatırlayıb, “təkrarsız tribun”, “qiraət atomu” kimi
epitetlər işlətmədiyimdən yana məni
qınayanlar da olacaq...
O, bir çox possovet tərənnümçülərə nisbətdə “naxələf” sələf kimi tanınıb, nisbi vəsfkar olub. Kremldəki hər rəhbərə qahmar çıxmaq, mövcud ideologiyaya “qələm-rəncbərlik” etmək, “Leninin kitablarına baxmaq” yarışmalarında “dəstədən geri” qalıb. Ümumən, sospoet ədiblərlə müqayisədə az yazıb. Amma nəyə əl, hansı mövzuya qol qoyubsa, saz yazıb. Könlünün çəminə nələr keçibsə, hər birinin məna cəmini tamamlamağa, məzmun “suyunu” son damlasınadək çəkib çıxarmağa çalışıb.
Amma yuxarıdakı fikrin son sözünü - “çalışıb”ı - “qəlyanaltı” zikr kimi, əsas nüansa “avans” olaraq qəbul etməli. Axı, onun bütün fizio-geo-bio-ideologiyalarını verdiyi, hər cikini-bikini, hətta çəyirdəyini, bəzən lap “dartıb ciyərini çıxardığı” mövzular da olub.
Məsələn?
1) Hər Azərbaycan insanının həyatında bircə kərə çalınan məlum havanın əkiztayını - mətn gəlin-bacısını yaratdığı “Vağzalı”!
2) “Dərsə gedən bir uşaq”dan tutmuş sevgi-məhəbbətin qış-dış dövrlərində görüşə uçar quş kimi yürüyən cavanlaradək (hətta kommunizmə tələsən lap böyüklərə qədər) hamını yıxan buz üstdə “əsl kişi oyunu” adlandırdığı xokkey (“Əsrin oyunu”).
3) Əksəriyyətin etiraf etməyə çəkinib-utandığı, bir qismin ömrü boyu öz ürəyində qövr etdirdiyi, qəlpqəlblilərinsə heç vecinə almadıqları “retro”-sevgi mövsümünü bütün duyğu nüansları, həsrət-xiffət fəsillərilə - gülü-çiçəyi, cız-cızdağı, hicr-xəzəli, qar-çovğunu ilə verdiyi “Ay gecikən məhəbbətim!”..
“Məsələn”ə çoxsaylı misallar gətirmək mümkün olsa da, atalar sayı qədəri bəs etdi, məncə. Həm də bu gözəl şairimizin təqdimatı ilə bağlı başqa məsələlər də var, axı. Bu fani dünyaya gəlimi, “qəni-qəni gözəl dünya”dan xəyal-dünyaya gedimi var. İyirmi altı yaşında “Ana təbəssümü” adıyla çap etdirdiyi otuz altı səhifəlik ilk kitabı, ölümündən az əvvəl - ən gec nəşr edilmiş “Ay gecikən məhəbbətim” adlı son (12-ci) kitabı, Aleksandr Tvardovskidən, Rəsul Həmzətovdan, qardaş xalqlar poeziyasından ana dilimizə çevirdiyi gözəl, dostlarının təbirincə, “Tofiqləngər tərcümələr”i var. Deyim ki, şairin Rəsul Həmzətovdan tərcümələri o illərin hadisəsi kimi qiymətləndirilərdi. Geniş ürəkli, saf-sadədil Tofiq Bayram Rəsul Həmzətovun Azərbaycan tanıtımına bir igid ömrü həsr etmişdi. Böyük Səməd Vurğunla dostluqlarına bir övlad fəxarət-sədaqətilə yanaşan Tofiq onun yaradıcılığından ibarət tərcümələrindən üç yüz dörd səhifəlik bir kitab nəşr etdirmişdi. Adı da ki belə: “Dostları qoruyun” (?!). “Əziz dostum məndən küsüb, incidi”, “Dost gedib, özümə gələ bilmirəm, ...Gözümün yaşını silə bilmirəm” kimi misralar qoşub-coşan o şair isə, sonralar məlum Qarabağ hadisələrinin başlanğıcında Azərbaycan həqiqətini erməni yalan-yamanlarına satmaq cəhdləri etdi...
A.Tvardovskinin “Yaddaşın hökmü” poemasının tərcüməsi də o vaxt ədəbi ictimaiyyət içərisində “ilin tərcüməsi” kimi səs çıxarmışdı və bu ciddi işinə görə, “məşhur avtor”un əsərinin “ikinci müəllifi” kimi qiymətləndirilən Tofiq Bayram 1988-ci ildə Azərbaycan Dövlət mükafatına layiq görüldü.
O dövrün “partiya və hökuməti” bütün düşüncələrində azad, hərəkətlərində sərbəst Tofiq Bayramı bir qiymətləndirirdirsə, xalq, qələm dostları onu beş sevib əzizləyirdi. O, “sözü qələmində”, qəlbi dilində, gözü əlində şair-insan kimi tanınırdı. Kağız-qələm aləmindən əlavə, ömür-gün, yaşam-qoşam tərzi də ərz edir ki, həyatın reallıq zəlzələ-vəlvələləri onu ailə-şəcərə ənənələrindən yayındıra bilməyib.
Ailədən aləmə
1934-cü ilin son ayında Əmircanda doğuldu, 1991-ci ilin aprelində elə o yurdun məzarlığında dəfn olundu. Ömrünün son üç-dörd ilində ürəyinin başında gəzdirdiyi Qarabağ dərdi ilə birgə gömüldü torpağa. Sinəsində şair ürəyi - hər digər görəvlilərdən daha həssas, daha kövrək bir qəlb daşıması azmış kimi, “...yaddançıxmaz Qarabağ” onu daha da kövrəldib kükrətmişdi. Xısın-xısın danışan bəzi həmkarlarına “orijinal”ındakından bir az da artıq, bir qədər də zildən gurlayırdı hərdən. “Kremlin valı, Bakının yalı ilə üstümüzə hürənlər”, “qızlarının gözü həmişə başıpapaqlılarımızda, dığalarının gözü torpaqlarımızda!” kimi poetik-replik sözlər işlədərdi ermənilərin ünvanına.
Bu poetik-replik acıqnamələr onun malik olduğu dərin, dəqiq məlumatlardan doğurdu. Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsini bitirmişdi. Əmək fəaliyyətinə - hər dövrün ayıq-oyaqlıq, “qaynar-qazan”lıq rəmzi olan mətbu orqanlardan birində - “Azərbaycan müəllimi” qəzetində şöbə müdiri kimi başlamışdı. Sonra Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində redaktor, Opera və Balet Teatrında ədəbi hissə müdiri “Ulduz” jurnalı, “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyalarında şöbə müdiri, “Yazıçı” nəşriyyatında baş redaktor müavini. Daha sonra - ömrünün sonunadək yaradıcılıq “vəzifə”lərində çalışan şair ilk olaraq Lope de Veqanın “Hiyləgər məşuqə” pyesinin tərcüməsilə, yuxarıda dediyim kimi, qüdrətli “ikinci müəllif” kimi də tanınmışdır.
Əlli yeddi illik ömrün otuzdan bir az çoxunu yazıb-yaratdı Tofiq Bayram. Lakin sözə, ilhama o qədər məsuliyyətlə yanaşdı ki, vur-tut on iki kitab yaza bildi. Hər an, hər gün çox düşünüb daşınsa da, qələmə hələm-hələm yaxınlaşdı. Lap bir mahnıda deyildiyi kimi; “üç gündən bir, beş gündən bir”. Görünür, elə buna görədir ki, hər ay bir kitab göbələkləyənlərə nisbətdə daha oxunaqlı, daha tez-tez yad edilir bu şair. Şeirləri ürəklərə işləyəndir bu şairin. “Ürək” dedim, yaranmışların ən müqəddəslərinə həsr etdiyi bir şeiri yadıma düşdü: -
“Qadın ürəyi”
Şairin gur-gur döyüntülərlə nəzmə çəkdiyi bu ürəyi “tıp-tıp” nəsr fraqmentlərilə təqdim etmək istər könül. Özü də “niyə məhz bu şeir?” deyib, “duymam-bilməm” eləməyin, dəyərli oxucularımız! Ona görə ki, bu ürəyin sahibləri dünya əhalisinin yarıdan çoxunu təşkil edir (azlıq çoxluğa tabe). Kitabxanalarda, məktəblərdə, bizi yedirib-içirən yeməkxanalarda, təlim-tərbiyəxanalarda çalışanların, hamının yolunda alışanların çoxu bu ürəyin daşıyıcılarıdır. Elə hər cür sənət əsəri yapan kişilərin də ilham gərəyi - qadın ürəyi...
Necə rəhmlidir, necə amansız,
Necə mehribandır qadın ürəyi!
Sən onu sındırsan, bil ki, a
qansız,
Ağlayan kamandır
qadın ürəyi.
“Qansız”! İstənilən
hakim-məhkəmə hökmündən daha sərt, daha pərt
səslənmirmi? Bəs sonra?
...Güldürsən,
ömürlük səadətindir,
Söndürsən,
yanmağı bir də çətindir.
O, əsl qayğının, məhəbbətindir,
Sevgisiz zindandır
qadın ürəyi.
“Səadət”ə bax!
Ömürlük səadət... Bu səadəti
qazanmaqçün heç bir fiziki əməyə, zəhmətə,
var-dövlətə, zər-zibaya ehtiyac yox. Sadəcə,
“güldürsən”...
Güldürsən
bu həbibi-təbibləri, neyləyirsən əlaci-həbləri?
Onunla dünyadır sənə qəfəs
də,
Onsuz heç yaşama
bu torpaq üstə.
Sevən bir ürəyə
axır nəfəsdə
Ən gözəl dərmandır
qadın ürəyi.
Görəsən biz
neyləmişik, neyləyirik ki, yarların yarısı
“onlar” olur, yarısı “biz”lər?
Onu alçaldan da, ucaldan da biz,
Dərd verib, vədəsiz
qocaldan da biz.
Qədrini biləndə bu cahanda
biz,
Həmişə
cavandır qadın ürəyi.
“Uman yerdən küsərlər”.
Bunu analar yox, atalar deyib. Amma o ataları
analar doğub, axı! Bu şairin sələfi də bir
yaxşısını deyib: “Adın şərəflidir sənin
- ey qadın, “Dahilər anası” çağrılır
adın!”
Bəzən gül tək solar
acı bir sözdən,
Ağlayar xəlvəti,
gülsə də üzdən.
Bəzən uşaq kimi bir ürəksizdən
Məhəbbət
umandır qadın ürəyi.
Aşağıdakı bəndi
daha bir dahinin “Ya göründüyün kimi ol, ya olduğun
kimi görün” sözlərini xatırlayaraq oxumalı:
Bir namərd əlindən zəhər
içəndə,
Keçirər
ömrünü o, yas içində.
Bəzən ən qiymətli libas
içində,
Nalədir, fəğandır
qadın ürəyi.
Qoşmalarda “tapşırma”
adlı bir termin var. Bu şeirdə isə şair
xitabi-tapşırma edir:
Sənsiz əl çəkərəm
arzudan, kamdan,
Nə çıxar
sevgisiz - sənsiz ilhamdan?
İncitsən, dözərəm,
Tofiq Bayramdan
İncimə, amandır, qadın
ürəyi!
Tofiq Bayram
yaradıcılığından yazmaq bir çətindir, onu
oxumaq isə on asan, on beş xoş!
Onu oxuyandan sonra bilirəm
nə hisslər, hansı duyğular keçirəcəksiniz.
Ən azı, aydın dil-üslubu, təzə-tər ifadələri
sizdə apaydın poetik aləm yaradacaq, sayın poeziyasevərlər!..
Tahir Abbaslı
1934-cü ilin son
ayında Əmircanda doğuldu, 1991-ci ilin aprelində elə o
yurdun məzarlığında dəfn olundu. Ömrünün son üç-dörd ilində
ürəyinin başında gəzdirdiyi Qarabağ dərdi ilə
birgə gömüldü torpağa. Sinəsində
şair ürəyi - hər digər görəvlilərdən
daha həssas, daha kövrək bir qəlb daşıması
azmış kimi, “...yaddançıxmaz Qarabağ” onu daha da
kövrəldib kükrətmişdi.
Xısın-xısın danışan bəzi həmkarlarına
“orijinal”ındakından bir az da artıq,
bir qədər də zildən gurlayırdı hərdən. “Kremlin valı, Bakının yalı ilə
üstümüzə hürənlər”,
“qızlarının gözü həmişə
başıpapaqlılarımızda, dığalarının
gözü torpaqlarımızda!” kimi poetik-replik sözlər
işlədərdi ermənilərin ünvanına.
Bu poetik-replik
acıqnamələr onun malik olduğu dərin, dəqiq məlumatlardan
doğurdu. Azərbaycan Pedaqoji
İnstitutunun tarix fakültəsini bitirmişdi. Əmək fəaliyyətinə - hər
dövrün ayıq-oyaqlıq, “qaynar-qazan”lıq rəmzi olan
mətbu orqanlardan birində - “Azərbaycan müəllimi” qəzetində
şöbə müdiri kimi başlamışdı.
Sonra Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri
Komitəsində redaktor, Opera və Balet Teatrında ədəbi
hissə müdiri “Ulduz” jurnalı, “Ədəbiyyat və incəsənət”
qəzeti redaksiyalarında şöbə müdiri,
“Yazıçı” nəşriyyatında baş redaktor
müavini. Daha sonra - ömrünün sonunadək
yaradıcılıq “vəzifə”lərində
çalışan şair ilk olaraq Lope de Veqanın “Hiyləgər
məşuqə” pyesinin tərcüməsilə, yuxarıda
dediyim kimi, qüdrətli “ikinci müəllif” kimi də
tanınmışdır.
Əlli yeddi illik ömrün
otuzdan bir az çoxunu yazıb-yaratdı Tofiq
Bayram. Lakin sözə, ilhama o qədər məsuliyyətlə
yanaşdı ki, vur-tut on iki kitab yaza bildi. Hər an, hər gün çox
düşünüb daşınsa da, qələmə hələm-hələm
yaxınlaşdı. Lap bir mahnıda deyildiyi kimi;
“üç gündən bir, beş gündən bir”. Görünür, elə buna görədir ki, hər
ay bir kitab göbələkləyənlərə nisbətdə
daha oxunaqlı, daha tez-tez yad edilir bu şair. Şeirləri ürəklərə işləyəndir
bu şairin. “Ürək” dedim, yaranmışların ən
müqəddəslərinə həsr etdiyi bir şeiri
yadıma düşdü: -
“Qadın ürəyi”
Şairin gur-gur
döyüntülərlə nəzmə çəkdiyi bu
ürəyi “tıp-tıp” nəsr fraqmentlərilə təqdim
etmək istər könül. Özü də “niyə
məhz bu şeir?” deyib, “duymam-bilməm” eləməyin, dəyərli
oxucularımız! Ona görə ki, bu ürəyin
sahibləri dünya əhalisinin yarıdan çoxunu təşkil
edir (azlıq çoxluğa tabe). Kitabxanalarda,
məktəblərdə, bizi yedirib-içirən yeməkxanalarda,
təlim-tərbiyəxanalarda çalışanların,
hamının yolunda alışanların çoxu bu ürəyin
daşıyıcılarıdır. Elə hər
cür sənət əsəri yapan kişilərin də
ilham gərəyi - qadın ürəyi...
Necə rəhmlidir, necə
amansız,
Necə mehribandır qadın
ürəyi!
Sən onu sındırsan, bil ki, a
qansız,
Ağlayan kamandır
qadın ürəyi.
“Qansız”! İstənilən
hakim-məhkəmə hökmündən daha sərt, daha pərt
səslənmirmi? Bəs sonra?
...Güldürsən,
ömürlük səadətindir,
Söndürsən,
yanmağı bir də çətindir.
O, əsl qayğının, məhəbbətindir,
Sevgisiz zindandır
qadın ürəyi.
“Səadət”ə bax!
Ömürlük səadət... Bu səadəti
qazanmaqçün heç bir fiziki əməyə, zəhmətə,
var-dövlətə, zər-zibaya ehtiyac yox. Sadəcə,
“güldürsən”...
Güldürsən
bu həbibi-təbibləri, neyləyirsən əlaci-həbləri?
Onunla dünyadır sənə qəfəs
də,
Onsuz heç
yaşama bu torpaq üstə.
Sevən bir ürəyə
axır nəfəsdə
Ən gözəl dərmandır
qadın ürəyi.
Görəsən biz
neyləmişik, neyləyirik ki, yarların yarısı
“onlar” olur, yarısı “biz”lər?
Onu alçaldan da, ucaldan da biz,
Dərd verib, vədəsiz
qocaldan da biz.
Qədrini biləndə bu cahanda
biz,
Həmişə
cavandır qadın ürəyi.
“Uman yerdən küsərlər”.
Bunu analar yox, atalar deyib. Amma o ataları
analar doğub, axı! Bu şairin sələfi də bir
yaxşısını deyib: “Adın şərəflidir sənin
- ey qadın, “Dahilər anası” çağrılır
adın!”
Bəzən gül tək solar
acı bir sözdən,
Ağlayar xəlvəti,
gülsə də üzdən.
Bəzən uşaq kimi bir ürəksizdən
Məhəbbət
umandır qadın ürəyi.
Aşağıdakı bəndi
daha bir dahinin “Ya göründüyün kimi ol, ya olduğun
kimi görün” sözlərini xatırlayaraq oxumalı:
Bir namərd əlindən zəhər
içəndə,
Keçirər
ömrünü o, yas içində.
Bəzən ən qiymətli libas
içində,
Nalədir, fəğandır
qadın ürəyi.
Qoşmalarda “tapşırma”
adlı bir termin var. Bu şeirdə isə şair
xitabi-tapşırma edir:
Sənsiz əl çəkərəm
arzudan, kamdan,
Nə çıxar
sevgisiz - sənsiz ilhamdan?
İncitsən, dözərəm,
Tofiq Bayramdan
İncimə, amandır, qadın
ürəyi!
Tofiq Bayram
yaradıcılığından yazmaq bir çətindir, onu
oxumaq isə on asan, on beş xoş!
Onu oxuyandan sonra bilirəm
nə hisslər, hansı duyğular keçirəcəksiniz.
Ən azı, aydın dil-üslubu, təzə-tər ifadələri
sizdə apaydın poetik aləm yaradacaq, sayın poeziyasevərlər!..
Tahir
Abbaslı
Mədəniyyət.-
2012.- 19 dekabr.- S. 12.