Dünya kitabxanalarının qabaqcıl təcrübəsini tətbiq etməyə çalışırıq
Yaşadığımız
sürətli informasiya əsrində kitaba, çap vasitələrinə
diqqətin azalması fikrini tez-tez eşidirik. Bu baxımdan elmi-texniki
yenilikləri, informasiya-kommunikasiya
texnologiyalarını daha tez
qavrayıb mənimsəyən gənclərin oxuya,
mütaliəyə münasibəti xüsusilə önəmlidir.
Yeni nəslin kitaba
marağı necədir, gəncləri mütaliəyə həvəsləndirmək
üçün hansı tədbirlər,
layihələr həyata keçirilir. Bu suallara cavab
almaq üçün
C.Cabbarlı adına Respublika Gənclər
Kitabxanasına üz tutduq.
Kitabxananın direktoru Tahir Sadıqov öncə Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramına uyğun olaraq görülən işlərdən söz açdı: Müasir dövrdə elektron informasiyanın aparıcı olduğunu nəzərə alaraq kitabxanamızda 5 min nüsxəyə qədər yeni ədəbiyyatla yanaşı, elektron kitablar da oxucuların istifadəsinə verilib. Fondumuzda ümumilikdə 125 min nüsxədən çox ədəbiyyat var, ildə təxminən 12-13 min oxucu kitabxanamıza müraciət edir.
Direktor bildirdi ki, kitabxanada rus dili şöbəsinin fəaliyyət göstərdiyi nəzərə alınaraq Azərbaycanda nəşr edilməyən lüğətlər, ensiklopediyalar və digər ədəbiyyatlara olan tələbatı ödəmək üçün Rusiyanın Premyera nəşriyyatı ilə müqavilə bağlanıb. Beş illik müqaviləyə əsasən hər il Rusiyadan 1200-1300 nüsxə ədəbiyyat alınır.
Elektron kitabxana sisteminə keçid oxucuların işini asanlaşdırıb
2009-cu ildən
Gənclər Kitabxanasına
da elektron informasiya sistemi tətbiq edilir. Yaradılmış
elektron kataloqda Ümummilli lider, İdman, Ekologiya, Neft strategiyası adlı məlumat bazaları yer alır. Elektron kataloqda 27 min kitab,
14 minə yaxın dövri mətbuat var.
Gənclər Kitabxanasının veb saytı (www.ryl.az) da 2009-cu ildə yenilənib. Saytda Aktual mövzular, Azərbaycan və dünya kitabxanaları internetdə, Azərbaycanın
turizm gözəllikləri,
Dağlıq Qarabağ
problemi, Gənclər
hərəkatı, İnsan
hüquqları və
digər mövzularda linklər yaradılıb,
həmçinin bu saytdan müxtəlif şəhər və
rayon kitabxanalarının saytlarına
birbaşa keçid imkanı var: Dünya kitabxanaları internetdə linki vasitəsilə istifadəçilər
xarici ölkə kitabxanalarının saytlarına
daxil olaraq onların məlumat bazalarından istifadə edə bilərlər. Məqsədimiz dünya kitabxanalarının
qabaqcıl təcrübəsindən
bəhrələnmək, o təcrübəni kitabxanamızda
tətbiq etməkdir.
Kitabxanaçıların
dilindən eşitdiklərimiz
Biblioqraf Sədaqət Kazımova
1976-cı ildən burada
çalışır. Əvvəllər kitabxanaya
daha çox oxucunun gəldiyini deyən həmsöhbətimin
fikrincə, indi
internet, elektron informasiya
vasitələri oxucu sayına təsir edir: Kitabxanaya daxil olan qəzet
materialı elektron formada yığılıb,
saxlanılır. Bu, oxucuların
dövri mətbuatla tanış olmasını da asanlaşdırır: Hər
hansı elektron
material lazım olanda biblioqrafa müraciət edilir, biz də açar sözü daxil edərək materialı rahat tapıb oxucuya təqdim edirik. İşimiz
məsuliyyətlidir. Bu
sahəyə gələndə
düşünməzdim ki,
kitabxanaçılığa bağlanacağam. Ali məktəbi rus dili və ədəbiyyatı
üzrə bitirmişəm.
Kitabxanada da rus bölməsində işləmişəm.
İndi isə hər iki şöbə üçün çalışıram.
Kitabxanamıza ingilis dilində
də kitablar gəlir. Oxucuya hər vasitə
ilə kömək etməyə çalışırıq.
Mən tələbə olduğum
vaxtlarda Azərbaycan dilində kitab tapmaq çətin idi. Bu gün
bu problem aradan qalxır. Yalnız internet imkanlarının geniş yayılması oxucu sayına öz təsirini göstərir. Amma bir biblioqraf kimi demək istərdim ki, kitab oxuma
mədəniyyəti bir
başqa dünyadır.
Kitabxananın rus şöbəsinin müdiri Natalya Makeyeva 1980-ci ildən kitabxanada çalışır: Bu gün kitabxanaçının yükü çoxdur. İnformasiya axını çox olduğundan gərək geniş məlumatlı olasan, yeni nəşrləri izləyəsən. Bizim kitabxanaya daha çox gənclər gəlir. Ali məktəb tələbələrinə, diplom, kurs işləri yazanlara istiqamət vermək, bir kitab olmadıqda başqasını məsləhət görmək - kitabxanaçı bütün bunları bacarmalıdır. Təəssüf ki, bugünkü oxucular klassik əsərləri az oxuyur. Daha çox müasir ədəbiyyata üstünlük verirlər. Amma mən gənclərə daha çox klassik ədəbiyyatı məsləhət görürəm. Çalışırıq gənclərə bədii ədəbiyyatın maraqlı nümunələrindən təqdim edək.
Kitabxananın elektron imkanları barədə baş kitabxanaçı Səadət Şəfiyeva danışdı: Kitabxanaya daxil olan kitabların qeydiyyatını aparırıq. Həmin kitablar haqqında məlumat saytımıza da əlavə olunur ki, oxucu məlumat əldə edə bilsin. Saytımıza həm yeni, həm də köhnə kitablar haqqında məlumatlar yerləşdirilir. Elektron kitabxana bölməsində seçilmiş bədii ədəbiyyat nümunələri də var. Həmçinin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan və xarici ədəbiyyat nümunələrinin elektron disklərini alırıq. Oxucu həmin disklərdən də istifadə edə bilir.
Gənclər Kitabxanasında mütəmadi olaraq kütləvi tədbirlər, şair və yazıçılarla görüşlər, təqdimatlar keçirilir. Kitabxana sisteminin inkişaf etdirilməsi üçün müxtəlif mövzularda (Kitabxanaların-informasiyalaşdırılması. Elektron kitabxana, Kitabxanaların elektron resurslarının idarə olunması) treninqlər təşkil edilir. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası ilə əlaqədar kitabxana beynəlxalq əlaqələrin qurulması, dünya informasiya məkanına çıxmaq istiqamətində də işlər həyata keçirməkdədir.
Reyhan İsayeva
Mədəniyyət.-
2012.- 19 dekabr.- S. 11.