“Nizami”
sənədli filminin təqdimatı
Dekabrın 18-də Nizami
Kino Mərkəzində Mədəniyyət
və Turizm Nazirliyinin
sifarişi ilə Cəfər Cabbarlı
adına "Azərbaycanfilm\" kinostudiyasında çəkilmiş
"Nizami" sənədli filminin təqdimatı keçirildi.
Nümayişdən öncə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev dahi Nizami Gəncəvinin 870 illik yubileyi ilə bağlı ölkəmizdə və xaricdə bir çox əhəmiyyətli tədbirlərin keçirildiyini vurğuladı. Dahi mütəfəkkirin dünya ədəbiyyatı xəzinəsinə verdiyi töhfələrdən danışdı.
Sonra filmin yaradıcı heyəti səhnəyə dəvət olundu. Ekran əsərinin rejissoru və baş operatoru Rafiq Quliyev filmin ərsəyə gəlməsində yaradıcı qrupla yanaşı, alimlərin, nizamişünasların əməyi olduğunu qeyd edərək hər kəsə minnətdarlığını bildirdi. Filmin ssenari müəllifi, Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin Filmlərin təbliği və qeydə alınması sektorunun müdiri Yusif Şeyxov Nizami Gəncəvi irsinin önəmindən danışaraq filmə yeni faktların əlavə edildiyini bildirdi.
Çıxışlardan sonra film nümayiş olundu. Ekran əsərində Nizami Gəncəvinin əsərlərinin, poeziyasının
musiqidə və rəssamlıqda əksi də təsvir edilir. Həmçinin Nizami ilə
bağlı əlyazmalardan
söz açılır,
alimlərin mütəfəkkirin
yaradıcılığına dair fikirləri verilir.
Filmin operatoru Ceyhun
Quliyev, səs rejissoru Mehman Nadirov, icraçı prodüser Tofiq Musayev, prodüseri Müşfiq Hətəmovdur.
Tədbir zamanı Nizami
Kino Mərkəzinin foyesində
Azərbaycan Dövlət
Rəsm Qalereyası dahi mütəfəkkir Nizami Gəncəviyə həsr olunmuş qrafika əsərlərindən
ibarət sərgi təşkil etmişdi.
Reyhan
Mədəniyyət.-
2012.- 19 dekabr.- S. 2.