Görkəmli teatr rəssamı

 

   Teatrda rəssam əməyi maraqlı olduğu qədər də, məsuliyyətli işdir. Çünki tamaşanın ərsəyə gəlməsi və uğur qazanmasında onun məxsusi rolu, yaradıcı payı olur. Tamaşa haqqında ilk təəssüratı məhz rəssam yaradır. Pərdə açılanda ilk nəzərə çarpan dekorasiya olur. Səhnə əsərində dövrün ab-havasını tamaşaçıya yerli-yerində çatdıran görkəmli sənətkarlarımızdan biri də istedadlı rəssam Nüsrət Fətullayev olub.

  

   Nüsrət Möhsün oğlu Fətullayev 1913-cü ildə Azərbaycanın füsunkar guşələrindən olan Lənkəranda dünyaya göz açıb. 1920-ci ildə valideynləri Bakıya köçür. O, erkən yaşlarından sənətə maraq göstərir, rəsmlər çəkir. Sonra təhsil aldığı Teatr Texnikumunda daha geniş məkanlara can atır. Bir gün o, Azərbaycan Dövlət Dram Teatrının dekorativ sexinə təcrübəyə gəlir. Bu gəliş onun sehrli bir aləmə qədəm qoymasına sanki yol açır. Burada teatrın rəssamı P.Ryabçikov ilə görüşür. Görkəmli sənətkar gənc rəssama böyük qayğı ilə yanaşır, ona teatrda tərtibatçılığın sirlərini öyrədir. Günlər, aylar bir-birini əvəz etdikcə Nüsrətin fitri istedad sahibi olduğunu yəqin edir...

   Nüsrət Fətullayev müəllimini sonralar belə xatırlayır: “Mərhum Ryabçikov geniş qəlbli bir adam idi. O, mənim ilk yaradıcılıq müvəffəqiyyətlərimə sevinər, milli teatr kadrlarına xüsusi qayğı göstərərdi. Mən yaradıcılığımda onun xidmətlərini heç zaman unutmayacağam".

   O, 1934-cü ildə Teatr Texnikumunda təhsilini başa vurur. Diplom işi kimi böyük yazıçı-dramaturq Cəlil MəmmədquluzadəninÖlülərəsərinə verdiyi tərtibat maraqla qarşılanır.

   Akademik Dram Teatrında fəaliyyətə başlayan gənc rəssamın Aleksandr KorneyçukunEskadranın məhvitamaşasına verdiyi bədii tərtibatı görkəmli sənətkar Sidqi Ruhulla belə qiymətləndirir: “O, bu işi yüksək professionallıqla qurmuşdur”. Bu uğurlardan sonra, 1938-ci ildə o, teatrın baş rəssamı təyin olunur. 1940-cı ildə Nüsrət FətullayevəƏməkdar incəsənət xadimiadı verilir.

   1947-ci ilədək 50-dən çox tamaşaya bədii tərtibat verir, sənət aləmində məşhurlaşır. Onun bədii tərtibatlarındanHacı Qara”, “Molla İbrahim Xəlil kimyagər” (M.F.Axundzadə), “1905-ci ildə”, “Yaşar”, “Sevil”, “Oqtay Eloğlu”, “Aydın” (C.Cabbarlı), “Vaqif”, “Xanlar”, “Fərhad Şirin” (S.Vurğun), “Nizami”, “Dumanlı Təbriz” ( M.S.Ordubadi) s. tamaşaları qeyd etmək olar. 1950-1960-cı illərdə rəssamı olduğuŞeyx Sənan” (H.Cavid), “Nişanlı qız” (S.Rəhman), “Od gəlini” (C.Cabbarlı), “Məhəbbətin hökmü” (C.Məcnunbəyov) digər tamaşalar da böyük maraqla qarşılanır. RəssamŞərqin səhəri” (Ə.Məmmədxanlı) tamaşasına görə Stalin mükafatına (1948), “Mahnı dağlarda qaldı” (İ.Əfəndiyev) tamaşasına verdiyi tərtibata görə isə Azərbaycanın Dövlət mükafatına (1972) layiq görülür.

   İstər Azərbaycan, istərsə rus Avropa klassiklərinin dram əsərlərinə verdiyi tərtibatlar həmişə dərin təhlillə müşahidə olunur. N.V.QoqolunMüfəttiştamaşasının bədii tərtibatı haqqında ədəbiyyatşünas, tənqidçi alim M.C.Cəfərov belə yazır: “Nüsrət Fətullayevin tamaşa üçün verdiyi tərtibat nəzəri cəlb edir. “Müfəttiş”in yeni quruluşda bədii tərtibatda göstərilən tamaşası teatrın yaradıcılığında mühüm bir hadisədir”.

   R.Rza müəllifi olduğuVəfaəsərinin tamaşası barədə yazıb: “İlk dram əsərim olanVəfa”nı yazarkən teatrın gözəl ənənələrini çox yaxşı gördüm. İstedadlı teatr rəssamı Nüsrət Fətullayev digər sənətkarlarla birlikdə mənim arzu etdiyim gözəl bir tamaşa yaratmışlar”.

   1955-ci il iyulun 2-də S.VurğununVaqifpyesi Akademik Dram Teatrının kollektivi tərəfindən Gəncədə oynanılır. Əsərin tərtibatını rəssam işlərini Xalq rəssamı Nüsrət Fətullayev çox inandırıcı təbii boyalarla yaradır. O vaxt professor Nazim Axundov bu barədə yazıb: “Səhnədə Azərbaycan xalqının tarixi memarlıq nailiyyətləri ümumiləşdirilmiş, xüsusən zərif sənət nümunələri olan şəbəkələr bütün mürəkkəbliyi ilə səhnədə canlandırılmışdır".

   Sözsüz ki, hər hansı tamaşaya bədii tərtibat verən rəssam hərtərəfli biliyə malik olmalıdır. Bu sənət həm milli ənənələrə söykənməlidir. Bu barədə Nüsrət Fətullayevin fikirlərinə diqqət yetirmək yaxşı olardı: “Hər hansı bir səhnə əsərinin müvəffəqiyyəti eyni zamanda onun bədii tərtibatının keyfiyyətindən asılıdır. Tamaşada rejissor aktyorların iştirakı ilə yanaşı, rəssamın da əsərə verdiyi bədii tərtibat yığcam təsirli olub, hadisə xarakterlərin məzmunlu çıxmasına kömək etməlidir. Lakin bəzi teatr rəssamlarımız bu mühüm məsələyə kifayət qədər əhəmiyyət vermir, səhnəni əsərdə "oynamayan" yersiz əşyalarla ağırlaşdırırlar. Bu isə pyesdəki əsas məzmunun tamaşaçılara dolğun ifadəli şəkildə çatdırılmasına mane olur. Səhnədə tələb olunan effekti yaratmaq üçün işıqdan da kifayət qədər istifadə etmirik. Halbuki, səhnə dekorları, qrim, kostyum, butafor s. vasitələrlə yanaşı, işıq da hadisələrin səhnə daha real parlaq boyalarla canlandırılmasına kömək edən şərtlərdəndir".

   Nüsrət Fətullayev ömrünün sonuna qədər teatrda bədii tərtibatçı rəssam kimi çalışır. Sənətkar ömrünün müdrik çağında - 74 yaşında (1987) dünyasını dəyişib.

  

   Savalan Fərəcov

 

  Mədəniyyət.- 2012.- 21 dekabr.- S. 15.