Milli Kitabxanada vahid avtomatlaşdırılmış
informasiya sisteminin təqdimatı
Dekabrın 20-də kitabxanaçıların
ümumrespublika müşavirəsi
çərçivəsində Milli Kitabxanada “Vahid avtomatlaşdırılmış kitabxana-informasiya sistemi”nin təqdimatına həsr edilmiş tədbir keçirildi.
Sistem Belçikanın “ACMİS
Group” şirkətinin Azərbaycandakı
rəsmi nümayəndəsi
olan “Ultra” şirkəti
tərəfindən tətbiq
edilib.
İlk olaraq sistemlə
abunə üsulu əyani şəkildə
nümayiş etdirildi.
Sistemin
ilk abunəçilərindən biri isə mədəniyyət
və turizm nazirinin birinci müavini Vaqif Əliyev oldu. Tədbir iştirakçılarına sistemin
tətbiqi ilə əlaqədar geniş və izahlı informasiya verildi. Qeyd edildi ki, “Avtomatlaşdırılmış
idarəetmə sisteminin
tətbiqi” layihəsi
oxuculara kitab verilişi prosesində mühüm yenilikdir.
Elektron kataloq, elektron kitabxana xidmətləri çoxdan formalaşıb.
İndi oxucuya xidmətin avtomatlaşdırılması prosesi
tətbiq edilir. Oxucu şəxsiyyətini təsdiq
edən sənədi təqdim edir və ona elektron
bilet verilir. Oxucu artıq kitabxanada tələbnamə yazmır.
Elektron biletlə avtomatik qeydiyyatdan keçir, elektron kataloqda istədiyi kitabı seçir, sifariş verir, bir neçə
dəqiqə ərzində
kitab tapılır və oxucu kitabın
olduğu zala dəvət edilir.
Müşavirə
iştirakçıları sistemlə tanış
olduqdan sonra qısa müzakirələr
aparıldı. Vaqif Əliyev
“Ultra” şirkətinin rəhbəri
Məhəmməd Zülfüqarlıya
layihə ilə bağlı tövsiyələrini
bildirdi. Qeyd etdi
ki, sistemin tətbiqi günün mühüm tələblərindən
biridir. Bu gün kitabxanalar informasiya məkanları olmaqla bərabər, həm də istirahət mərkəzlərinə
çevrilməlidirlər.
Milli Kitabxananın
direktoru Kərim Tahirov bildirdi ki, layihənin tətbiqi nəticəsində
bütün ölkənin
vahid informasiya-kitabxana
sistemi yaradılacaq və bölgələrdə
fəaliyyət göstərən
bütün kitabxanalar
bu sistemə qoşularaq oxuculara daha səmərəli xidmət göstərəcəklər.
Vahid mərkəzləşdirilmiş kitabxana portalında hər bir kitabxananın
öz saytı yaradılacaq. Layihə yanvar
ayından tətbiq olunacaq və gələcəkdə daha
da genişləndiriləcək.
Lalə
Azəri
Mədəniyyət.-
2012.- 21 dekabr.- S. 5.