Bakı Dövlət Sirkinin bayram töhfəsi

 

   Afrika yırtıcılarının risklər imperiyası

 

   Yeni il bayramı ərəfəsində sezilən coşqu evimizdə, işdə, cəmiyyətdə xoş ab-hava yaradır. Bayramın məktəblilərin qış tətili günlərinə təsadüf etməsi isə onlar üçün ikiqat sevinclidir. Bu günlər ölkənin mədəniyyət ocaqları uşaqların istirahətini mənalı etmək, onlara əsl bayram əhvalı yaşatmaq üçün müxtəlif əyləncəli tədbirlər, konsert tamaşalar təşkil edirlər. Bakı Dövlət Sirki , həmişə olduğu kimi, uşaqların sevimli məkanıdır. Sirk bu dəfə onları möhtəşəm proqramla heyrətləndirəcək. Afrika yırtıcılarının risklər imperiyasıadlı proqram Bakı manejində ilk dəfə nümayiş olunur.

 

   Bakı Dövlət Sirki 45 yaşını qeyd edir

  

   Azərbaycanda milli sirk sənətinin tarixi çox qədimdir. Hələ qədim zamanlardan xalq oyunlarında, cıdır yarışlarında, kəndirbazların pəhləvanların çıxışlarında bugünkü peşəkar sirkin jonqlyorluq, akrobatika digər janrlarının elementləri mövcud olub. 1945-ci ildə ilk dəfə olaraq Azərbaycanın milli sirk truppası yaradılıb. Hazırkı sirk binası isə 1967-ci ildə istifadəyə verilib. Bu məkanda dünyanın tanınmış xarici sirk truppaları çıxış edib.

   Bakı Dövlət Sirkinin direktoru Vaqif Bağırzadə Yeni il ərəfəsində Bakıya gələn sirk proqramının özəlliklərindən mədəniyyət ocağının 45 illiyindən danışdı: “Proqram olduqca zəngindir, nömrələrin hər birinin fərqli xüsusiyyətləri var. Afrika yırtıcıları - leopard, şir, pantera, puma digər heyvanlarla nömrələr olacaq. Əminəm ki, uşaqların tətil günləri maraqlı sirk şousu ilə yadda qalacaq. Dekabr ayında Bakı Dövlət Sirki binasının istifadəyə verilməsinin 45 ili tamam olur. Afrika yırtıcılarının risklər imperiyasıproqramı həm tamaşaçılara yubiley töhfəmizdir”.

   Dekabrın 27-dən başlanan proqram yanvarın ortalarına kimi davam edəcək. Proqramda Afrika yırtıcılarının nömrələri ilə yanaşı, “Vyana valsıadlı itlərin çıxışı, safsarların xüsusi nömrəsi maraq doğurur. Bakı tamaşaçısının çox sevdiyi hava nömrələri, akrobatlar, jonqlyorlar, kloun digər maraqlı çıxışlar proqramı rəngarəng edir. Afrika yırtıcılarının risklər imperiyasıadlı proqram 2 saatdan artıq davam edir. Bayram günləri daxil olmaqla hər gün bir neçə seansla nümayişlər təşkil olunacaq. Təbii ki, proqramda Şaxta baba Qar qız da çıxış edərək balacaları sevindirəcək.

  

   Sirk artisti üçün alqış ən gözəl hədiyyədir

  

   Afrika yırtıcılarının risklər imperiyası” proqramının son məşqində təşkilatçılar, sirkin rəhbərliyi tərəfindən nömrələrlə bağlı göstərişlər verildi. Xırda detallar yerindəcə həll edildi. Proqrama baxdıqca anlayırsan ki, 5-10 dəqiqəlik çıxışı hazırlamaq üçün illərin zəhməti və səbri tələb olunur. Heyvanları əhliləşdirmək, qəliz akrobatik hərəkətləri etmək olduqca çətindir. Bunun üçün sirk artisti hər gün məşq etməlidir. Digər məqam isə onun həyatının daim qastrollarda, səfərlərdə keçməsidir. Onlar bütün bu çətinliklərə hazır olan insanlardır. Məşq arası səhnə arxasına keçib artistlərin bəzilərinin fikirlərini öyrəndik. Sirk tamaşalarının əvəzsiz iştirakçısı olan kloun budəfəki proqrama da şən əhval qatır. Rusiyalı kloun Andrey Avyoruşkin artıq uzun illərdir sirkdə çalışdığını və ölkəmizə dəfələrlə gəldiyini dedi: “Sirkə gəldiyim zaman çox gənc idim. Sovet dövrü idio zamanlar sənətə münasibət başqa idi. Bu gün isə yeni dövr yaşayırıq. Münasibət də bir qədər dəyişib. Dəyişməyən isə klounun həmişəki kimi uşaqlar tərəfindən sevilməsidir. Peşəmiz insanlara, özəlliklə balacalara gülüş bəxş etməkdir. Burada spesifik məqamlar da var. Səfər etdiyimiz hər ölkənin özünəməxsus mental dəyərləri var. Kloun anlamalıdır ki, buya digər auditoriyanı necə ələ almaq mümkündür. Bizim üçün ən gözəl hədiyyə isə tamaşaçı alqışıdır”.

   Proqramın əsas nömrəsini hazırlayanlardan biri, vəhşi heyvanların təlimçisi Dmitri Kuznetsov bu işin çətinliklərindən danışdı: “Vəhşi heyvanlar doğulandan yanımızda yaşayırlar. Biz onlardan gələcək sirk “artist”lərini böyüdürük. Lakin istənilən heyvanın təbiətini dəyişmək mümkün deyil. Vəhşi heyvan vəhşi olaraq qalır. Digər bir məsələ nümayiş öncəsi heyvanın vəziyyətidir. Bəzən nümayişdən öncə vəhşi heyvanlarda aqressiya baş verir. Təlimçinin əsas vəzifəsi onu sakitləşdirməkdir. İstər manejdə, istərsə də səhnə arxasında yaranacaq hər hansı problemi aradan qaldırmaq təlimçinin borcudur”.

   Bayram günlərində vaxtınızı mənalı keçirmək, uşaqların istirahətini isə yaddaqalan etmək istəyirsinizsə, yolunuzu Bakı Dövlət Sirkindən salın...

  

   Reyhan İsayeva

 

  Mədəniyyət.- 2012.- 29 dekabr.- S. 13.