“Ən əsası səhihlik və səmimilikdir”

 

   İlqar Paşazadə: “Mədəniyyətimizin, tariximizin, incəsənətimizin təbliğ olunmasına xüsusi diqqət veririk

  

   Bu günlərdə «Mir» Dövlətlərarası Teleradio Şirkətinin (DTRŞ) 20 yaşı tamam oldu. «Mir»in həmtəsisçiləri, Azərbaycan da daxil olmaqla, MDB-nin iştirakçı dövlətləridir. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ölkəmiz MDB-yə daxil oldubununla da Bakıda «Mir» DTRŞ-nin milli nümayəndəliyi fəaliyyətə başladı. 1996-cı ildə dövlət başçısı teleşirkətin İzmir küçəsindəki ofisinin açılışında şəxsən iştirak etmişdi.

  

   Böyük öndərin siyasətinin layiqli davamçısı olan Prezident İlham Əliyev 2012-ci il sentyabrın 24-də «Mir» DTRŞ-nin kollektivinə ünvanladığı məktubda telekanalın genişmiqyaslı humanitar yönümlülüyünü və MDB xalqları arasında sülhün, mehriban qonşuluğun möhkəmləndirilməsində rolunu yüksək qiymətləndirmişdir. Oktyabrın 16-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putin «Mir» DTRŞ-nin Azərbaycan Respublikasındakı milli nümayəndəliyinin direktoru İlqar Paşazadənin teleradio verilişlərinin inkişafındakı böyük xidmətlərinə və uzunmüddətli məhsuldar fəaliyyətinə görə «Dostluq» ordeni ilə təltif olunması haqqında fərman imzalamışdır. «Mir» DTRŞ-nin Azərbaycan milli nümayəndəliyinin əməkdaşları kanalın 20 illiyi ilə əlaqədar olaraq Vergilər, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin, Rusiyanın Azərbaycandakı səfirliyinin fəxri fərmanları ilə təltif olunmuşlar.

    Bu günlərdə Mədəniyyət və Turizm Nazirliyiteleradio şirkətinin milli nümayəndəliyini təbrik etmişdir. Bu münasibətlə nazirliyin mətbuat katibi Zöhrə Əliyeva «Mir» teleradioşirkətinin milli nümayəndəliyinin rəhbərliyi və kollektivi ilə görüşmüşdür. Kollektivə nazirliyin, şəxsən nazir Əbülfəs Qarayevin təbriklərini çatdıran Zöhrə xanım milli nümayəndəliyin bir neçə əməkdaşına Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanlarını, nazirliyin xüsusi hədiyyə paketlərini təqdim etmişdir. Daha sonra kollektivlə səmimi söhbət əsnasında telekanalın fəaliyyətindəki yeniliklər barədə danışılmışdır.

   Biz də «Mir» Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycandakı milli nümayəndəliyinin direktoru, Əməkdar jurnalist, filologiya üzrə fəlsəfə doktoru İlqar Paşazadə ilə görüşüb telekanalın konsepsiyası və gələcək planları haqqında danışmağı xahiş etdik.

   - «Mir» Dövlətlərarası Teleradio Şirkəti 9 oktyabr 1992-ci ildə MDB dövlət başçılarının imzaladığı sazişlə yaradılmışdır. 1993-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan da MDB-yə daxil olmuşbununla da «Mir»in həmtəsisçilərindən biri olmuşdur. «Mir» DTRŞ-nin mənzil qərargahı və onun istehsal bazası Moskvada yerləşir. Teleradioşirkət MDB-nin əsas yayım orqanı qismində yaradılmışdır. Ölkəmizin «Mir» DTRŞ-də tam səlahiyyətli nümayəndəsi Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovdur. O, Azərbaycanın MDB informasiya məkanında layiqincə təmsil olunmasına böyük diqqət verir və qayğı göstərir. Yayım konsepsiyasına müvafiq olaraq teleradioşirkət təsisçi dövlətlərin siyasi maraqları arasında mütənasibliyi ciddi gözləyir və insanların, xalqların heysiyyətinə toxunan sözləri, deyimləri efirə vermir. 2003-cü ildən «Mir» öz tezliyində yayımlanır. İlkin mərhələdə verilişlər gün ərzində 12 saat yayımlanırdı, 2007-ci ildən yayımın həcmi 17 saata çatdırıldı. 2008-ci ilin sentyabrından isə teleşirkət 24 saatlıq yayıma keçdi. Verilişlərin formatını əsas etibarilə informativanalitik proqramlar təşkil edir, MDB və dünya ölkələrində baş verən əsas hadisələr işıqlandırılır. Bundan başqa idraki, əyləncəli və publisistik proqramlaruşaqlar üçün verilişlər də hazırlanır və yayımlanır. «Mir» MDB-nin real, bütün gün ərzində işləyən və məhsulu müasir televiziyaradio verilişləri standartlarına tam uyğun olan azsaylı inteqrasiya layihələrindəndir.

   - İlqar müəllim, telekanalın komandası haqqında nə deyə bilərsiniz? Sizin redaksiya konsepsiyanız necədir?

   - «Mir» DTRŞ yüksək səviyyəli peşəkarlardan ibarətdir. Şirkətdə bir çox xalqların nümayəndələri çalışır. Onların hamısı pariteti gözləməklə vahid, kamil mexanizm kimi işləyir. Kollektivin tolerantlığı məhz onun çoxmillətli olması ilə şərtlənir. Bizim milli nümayəndəliyimizə gəldikdə isə, kollektivimiz əsasən gənclərdən ibarətdir, düzdür, böyük stajı olan təcrübəli mütəxəssislərimiz də var. Bizim üçün ən əsası nəsillər arasında varisliyin saxlanılmasıdır. Təcrübəli jurnalistlər, rejissorlar, operatorlar gənclərlə işləyir, onları öyrədirlər. Buna görə də bizim nümayəndəliyi çox vaxt «jurnalistika məktəbi» adlandırırlar.

   - Sizcə, istənilən teleradio kanalının uğuru nə ilə ölçülür?

   - «Mir», hər şeydən öncə, humanitar yönümlü universal kanaldır. Kanalın verilişləri sırasında ictimai sosial əhəmiyyətli verilişlər böyük yer tutur. Kulturoloji, ölkəşünaslıq uşaq proqramları üstünlük təşkil edir. Qeyd etmək istərdim ki, kanal auditoriyanı nəzərə alaraq bədii filmlərin serialların seçilməsinə xüsusi diqqət yetirir. «Mir» birinci növbədə ailə kanalıdır, buna görə onun efirində bu gün «sərt» adlandırılan bədii filmlərə seriallara yer yoxdur. «Mir»in xüsusi yönümlülüyünü 10 fevral 2010-cu ildə bizim kanala müsahibəsində Prezident İlham Əliyev qeyd etmişdir. Dövlət başçısı kanalı «əvəzolunmaz, maraqlı, idraki», «unikal» «pozitiv» adlandırmışdır. O vurğuladı ki, bizim telekanalın verilişlərinə maraqla baxır kanalın siyasətini «düzgün» adlandırdı. Zənnimcə, bu bizim jurnalistlərin əməyinə verilən ən yüksək qiymətdir.

   - Bu ya digər verilişin süjetinin seçilməsində nədən çıxış edirsiniz?

   - Bizim üçün ən əsası hadisənin səhihliyi əhəmiyyətliliyidir. Kanalımızın «xüsusi» vəziyyəti bizi süjet seçiminə çox böyük diqqətlə yanaşmağa vadar edir, çünki hazırladığımız verilişlər MDB ölkələrinin tamaşaçıları üçün maraqlı olmalıdır. Buna görə başqa kanallar üçün maraqlı olan xəbərlər bir sıra hallarda bizim efirdə getmir, biz həm mədəniyyətimizin, tariximizin, incəsənətimizin təbliğ olunmasına böyük diqqət veririk. Məsələn, deyək ki, ölkəmizin ərazisində aşkarlanmış maraqlı arxeoloji tapıntılar haqqında başqa kanallar ötəri məlumat verirlərsə, biz bu barədə ayrıca veriliş hazırlayırıq. Ayrılıqda götürülmüş hər bir süjetin hazırlanmasına biz daha çox vaxt ayırırıq, çünki bizi daha çox təsvirin keyfiyyəti, televiziyaçıların dediyi kimi, «görüntü» maraqlandırır. Məncə, hazırda ən əsası səhihlik səmimilikdir. Əgər tamaşaçı saxtakarlıq, qeyri-səmimilik duysa, başqa kanala keçəcək. Axı bu gün onun seçimi çox böyükdür. Buna görə kanallar arasında güclü rəqabət gedir özünə sadiq qalmaq vacibdir. Bir neçə il əvvəl kanallar detektivlər, mafiya haqqında seriallar, realiti-şoularla dolu idi. Amma son bir-iki ildə belə film proqramların sayı xeyli azalmışdır. Bunun da səbəbi var: onların reytinqi xeyli aşağı düşüb. Tamaşaçını hazırda idraki verilişlər xoş ailə filmləri daha çox cəlb edir. Məhz bu kimi verilişlər filmlər bizim kanalda üstünlük təşkil edir tamaşaçı auditoriyamız get-gedə böyüyür.

   - İlqar müəllim, yaxın gələcəkdə «Mir» kanalından gözləmək olar?

   - 2013-cü il yanvarın 1-dən yeni «Mir-24» informasiya kanalı efirə çıxacaq. Yeni telekanalın konsepsiyası MDB-nin İqtisadi Şurasında bəyənilib. Perspektivdə «Mir» DTRŞ-nin yeni layihəsi MDB ölkələrinin hökumətləri səviyyəsində bəyəniləcək. Qeyd edim ki, «Mir-24» kanalının yaradılması ideyası Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən «Mir» DTRŞ-nin rəhbərliyi ilə görüşdə təqdir edilmişdir. Sonra bu layihə Moskvada MDB ölkələrinin səlahiyyətli nümayəndələrinin illik iclasında qəbul olunmuşdur. Yeni kanal böyük zəhmət və milli nümayəndəliyin maddi-texniki bazasının yaxşılaşdırılmasını, maliyyə imkanlarının artırılmasını və yeni yaradıcı qüvvələrin cəlb edilməsini tələb edir. Bu işdə biz respublika hökumətinin dəstəyinə ümid bəsləyirik. Mən özüm bunu səbirsizliklə gözləyirəm. Əminəm ki, bu bizə yeni «Mir-24» kanalında beynəlxalq prinsiplərə söykənərək ölkəmizin rəhbərliyinin Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsindəki ədalətli mövqeyini daha geniş işıqlandırmağa imkan verəcək.

   - Yeni ilə qədəm qoyuruq. Qəzetimizin adından kollektivinizi Yeni il münasibətilə təbrik edir, əməkdaşlarınıza cansağlığı, yeni-yeni uğurlar və ölkəmizlə bağlı ən xoş xəbərlər yaymağı arzu edirik.

   - Sağ olun, sizinYeni iliniz mübarək olsun!

  

   Aliyə

 

  Mədəniyyət.- 2012.- 29 dekabr.- S. 7.