Azərbaycan Kitabxanaçılarının Respublika Müşavirəsinin qətnaməsi

 

   20 dekabr 2012-ci il tarixində keçirilən Kitabxanaçıların Ümumrespublika Müşavirəsinin iştirakçıları müvafiq sahədə mövcud olan məsələni müzakirə edərək təsdiqləyir ki, Azərbaycanda müasir şəraitdə kitabxana siyasətinin konsepsiyasını işləyib hazırlayarkən ilk növbədə səmərəli və praktiki əsaslara malik olan araşdırmalar aparılmalıdır.

   Söhbət kitabxana sistemindən gedəndə bu sistemin daxil olduğuonun təsir göstərə biləcəyi iki əsas proses göstərilməlidir: əvvələn, sözün ən geniş mənasında insanların təhsili və ikincisi, mədəni transformasiya və biliklərin idarə edilməsi prosesləri.

   Kitabxana siyasətində ilk addım kitabxanaların cəmiyyətdə kompleks sosial missiyasını anlamaqdanbu missiyanın həyata keçirildiyi funksiyaların konservativ sistemindən imtina etməkdən ibarət olmalıdır.

   - Kitabxanalar ölkənin mədəni və ictimai həyatında əsas yerlərdən birini tutmalıdır.

   - Bu məqsədlə kitabxana işinin ictimai məkanla əlaqəsinin qəbul edilməsi zəruridir. Müşavirə iştirakçıları bir daha təsdiqləyir ki, kitabxana - ictimai dialoq yerlərindən biridir.

   - Kitabxana təkcə müxtəlif xarakterli məlumat massivlərinin saxlanması və onların yerinin dəyişdirilməsi üçün istifadə edilən «fayl-server» deyilkitabxana işi təkcə informasiya axınları ilə işləməklə məhdudlaşmır.

   Yeni mərhələdə kitabxanalar müəyyən etməlidirlər:

   - Bu gün hansı biliklərə (məzmununa, formasına və mənbələrinə görə) güclü tələbat var və hansı biliklərə sabah tələbat yaranacaqdır, ölkənin və ayrıca bir ərazinin əhalisi mədəniyyətdən nə gözləyir?

   - Hansı bilik sahələri daha dinamikdir və hansı sahələrdə durğunluq yaranmaqdadır?

   Müşavirə iştirakçıları hesab edir ki, kitabxanalar uzunmüddətli layihələrinin həyata keçirilməsi yolu ilə, həm də;

   - Tədqiqatçılar, məktəblilər, tələbələr, ictimai liderlər üçün layihələşdirmə sahəsində məsləhət xidmətləri;

   - Kitab nəşr edən təşkilatlarla kooperasiya;

   - Azərbaycanda Kitabxana xidmətlərinin inkişafı necə təşkil edilə bilər.

   Müşavirə iştirakçıları qeyd edir ki, kitabxanalar sərgilərin, seminarların, konfransların, müəlliflərlə görüşlərin, kütləvi mühazirələrin, dinləmələrin, ustad dərslərinin, bir sözlə, kitabxananı yerli cəmiyyətlərin həyatına inteqrasiya edən bütün tədbirlərin həyata keçirilməsi formalarında fəaliyyətini genişləndirməlidir.

   Qeyd edirik ki, ölkənin mədəni həyatının müstəqil bir institutu olan kitabxana şəbəkəsinin təşəkkülü prosesində məqsədli maliyyələşdirmə ünvanlı yardım mexanizmlərindən istifadə edilməlidir. Kitabxanaların qonşu profilli təşkilatlarla birlikdə həyata keçirdikləri, kitabxanaları ictimai həyatın müxtəlif sahələrinə inteqrasiya edən, yəni sahəvi məhdudluğu aradan qaldıran bilik resurslarına əsaslanan sosial əlaqələrin inkişafına xidmət edən layihələri xüsusilə dəstəklənməlidir. Kitabxanaların fəaliyyət şəraitinin yaxşılaşdırılması üçün ən sadə yollar - kommunal ödənişlərin azaldılması mətbu nəşrlərin kitabxanalara kitabxanalardan göndərilməsi üçün güzəştli tariflərin tətbiq edilməsi kimi sadə üsullar var. Hər bir konkret halda bu cür qərarlar əks əlaqə ilə müşayiət olunmalıdır.

   Perspektiv inkişaf istiqamətləri üzrə Kitabxanaçıların Ümumrespublika Müşavirəsinin təklifləri:

   Kitabxana mədəniyyətin normal fəaliyyətinin zəruri şərti olan xüsusi sosial təsisatdır. Kitabxanalar olmasa, mədəniyyətin yaddaşı həmişəlik itirilə bilər.

   Müşavirə iştirakçıları hesab edirlər ki;

   - Kütləvi kitabxanalar şəbəkəsinin inkişaf etdirilməsi sadəcə olaraq kiminsə şəxsi istəyi ya dövlətin səxavətlilik təzahürü deyil, XXI əsrdə ölkəmizin istiqlalını milli müstəqilliyini təmin edən strateji müdafiə məsələsidir. Kütləvi kitabxanalar şəbəkəsi mədəni baxımdan ümummilli birliyə xidmət göstərməklə ölkənin bütün ərazisini səmərəli şəkildə əhatə etməlidir. İndi başlıca vəzifə - qloballaşmaqda olan dünyada öz simamızı, öz spesifikamızı qoruyub saxlamaqdır;

   - Respublikanın kitabxana-informasiya sahəsinin informasiya əsri olan XXI əsrin tələblərinə uyğun modernləşdirilməsi və inkişafı da başlıca vəzifədir. Bu işdə kitabxanalar təkcə qabaqcıl dünya ölkələrində yaradılmış modellərə oriyentasiya etmək yolu ilə deyil, öz bənzərsizliyini qoruyub saxlamaq istiqamətində inkişaf etməlidir. Kitabxana mədəniyyətin yaddaşını qoruyub saxlamaq, habelə yeni biliklər istehsal edib, mədəniyyətin gələcək inkişafını əvvəlcədən görən idrak vasitəsinə çevrilməlidir. Kitabxanaların vasitəsilə mədəniyyətin inkişafı, intellektual tərəqqisi, müasir dövrün tələblərinə uyğunlaşma qabiliyyəti təmin edilməlidir;

   - Azərbaycanda kitabxanalar vasitəsilə ölkənin güclü intellektual potensialının yaradılması, əhalinin bütün təbəqələrinin müxtəlif biliklərə və informasiyaya olan tələbatının operativtam ödənilməsi mümkündür;

   - Kitabxanalar əhalinin bütün kateqoriyalarına informasiya xidməti göstərən intellektual mərkəzə çevrilməli;

   - Ölkə miqyasında intellektual gücün mərkəzləşdirilməsinə nail olmaq;

   - Kitabxanaların maliyyələşdirilməsində Dövlət büdcəsindən başqa donor təşkilatların, qeyri-hökumət təşkilatlarının, adamlarının cəlb edilməsi və bu yolla qarşıda duran problemlərin həll edilməsi zəruridir və vaxtı çatmış məsələdir;

   - Kitabxanaların maddi-texniki bazasının gücləndirilməsi, fondların artırılması və qorunub saxlanması, gələcək nəsillərə çatdırılması, kadrların hazırlanması və yenidən hazırlanması, kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması gündəlikdə duran vacib məsələlərdir.

   Müzakirələr və məsələnin aktuallıq səviyyəsi, kitabxana işi sahəsində fikir mübadiləsi lazımi qərarlar qəbul edilməsini təsdiqləyir.

 

Mədəniyyət.- 2012.- 29 dekabr.- S. 3.