AtaTravelYunanıstanın “Le Grand” turizm şirkətinin tərəfdaşı oldu

 

   Yanvarın 30-da «Excelsior» mehmanxanasında “AtaTravel” MMC-nin Yunanıstanda fəaliyyət göstərən “Le Grand” turizm şirkətinin rəsmi tərəfdaşı elan edilməsi ilə bağlı təqdimat mərasimi keçirildi.

   Turizm agentlikləri rəhbərlərinin, media nümayəndələrinin qatıldığı tədbirdə “AtaTravel” MMC-nin direktoru Vüsal Əliyev, menecer Ərtoğrul Qafarov, “Le Grand” turizm şirkətinin satış və VİP xidmətləri üzrə meneceri Konstantin Konksidis və “Le Grand” turizm şirkətinin nümayəndəsi İrina Sorina iştirak edirdi.

   “AtaTravel” MMC-nin direktoru Vüsal Əliyev bildirdi ki, rəhbərlik etdiyi şirkət 2011-ci ildə “AtaHoldinq” ASC tərəfindən təsis edilib və dünyanın istənilən nöqtəsinə səfərlər üzrə çoxsaylı xidmətlər təklif edir: «Ata Travel» müştərilərə aviabiletlərin, turların, hotellərdə yerlərin əvvəlcədən bronlaşdırılmasını, transferlər, sığorta və viza xidmətləri göstərir. Yunan şirkəti ilə əldə olunan razılaşmaya əsasən, biz Azərbaycan turistlərinin Yunanıstana səyahətlərini, turlarını təşkil edəcəyik. Həmçinin gələcəkdə “Le Grand” turizm şirkətinin imkanlarından istifadə edərək, yunanıstanlı turistləri də ölkəmizə dəvət edəcəyik”.

   “Le Grand” turizm şirkətinin satış və VİP xidmətləri üzrə meneceri Konstantin Konksidis Azərbaycanın turizm şirkəti ilə əməkdaşlığı yüksək qiymətləndirdiklərini bildirdi. Onun sözlərinə görə, hər il dünyanın müxtəlif ölkələrindən Yunanıstana gələn turistlərin sayı artır: «Ölkəmizdə fəaliyyət göstərən turizm obyektlərində bütün turistlərin, o cümlədən Azərbaycandan gələcək insanların qəbulu və onların xoş istirahəti üçün hər bir şərait var”.

   Sonra “AtaTravel” MMC və “Le Grand” şirkətləri arasında əməkdaşlıq əlaqələrinin qurulmasına dair müqavilə imzalandı.

   Tədbirdə qonaqlar arasında “AtaTravel” MMC və “Le Grandturizm şirkətinin Yunanıstanın beşulduzluMitsuf” hotelində 7 gün istirahət etmək üçün ekslüziv səyahət paketinin və “Excelsior Hotel BakununAura” sağlamlıq mərkəzinə ikinəfərlik uduş kartının əldə edilməsi məqsədilə lotereya oyunu da keçirildi.

   Qeyd edək ki, “Le Grand” şirkəti 1985-ci ildə yaradılıb. Şirkət turistlərə Yunanıstanın bütün şəhərlərinə, Krit, Rodos, Koş, Santornis. adalarına turlar təklif edir.

 

 

   Fəxriyyə Abdullayeva

 

   Mədəniyyət.- 2012.- 1 fevral.- S. 6.