Gənc
rəssam Ülvi Musayevin
sərgisi
Fevralın 2-də “LN Art Centre” qalereyasında gənc rəssam
Ülvi Musayevin sərgisi açıldı. Sərgi Mədəniyyət
və Turizm Nazirliyinin Gənclər Günü münasibətilə
keçirdiyi “Gəncliyin səsi” festivalı çərçivəsində
təşkil olunub.
Tədbirdə
çıxış edən Mədəniyyət və Turizm
Nazirliyi İncəsənət şöbəsinin Təsviri və
dekorativ sənət sektorunun müdiri Qalib Qasımov gənc rəssamın
əsərlərinin məziyyətlərindən, diqqətçəkən
cəhətlərindən danışdı: “Ülvi Musayev
istedadlı gənc rəssamlarımızdandır. Mədəniyyət
və Turizm Nazirliyi hər zaman belə gənclərə dəstək
olur. Gənclər Günü münasibətilə Ülvi
Musayevin fərdi sərgisinin təşkili də buna
sübutdur”.
Gənc rəssamın atası Əli
Musayev də oğlunun uğuruna sevindiyini dedi, onun
yaradıcılığına verilən qiymətə, sərginin
təşkilinə görə Mədəniyyət və
Turizm Nazirliyinə minnətdarlığını bildirdi.
Ülvi Musayev Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının məzunu, Rəssamlar İttifaqının
gənclər bölməsinin üzvüdür. Bir çox sərgidə
maraqlı əsərlərlə iştirak edib.
Sərgidə Ülvi Musayevin 40-a
yaxın əsəri nümayiş olunur.
Reyhan
Mədəniyyət.- 2012.- 7 fevral.-
S.2.