Xəzərdən Xəzərə könül yolları

 

   Anadolunun “cazibə mərkəzi”ndə unudulmaz görüşlər

  

   Qəzetimizin ötən sayında xəbər verdiyimiz kimi, 2-4 fevral tarixlərində Türkiyənin Elazığ şəhərində “Elazığ-Bakı mədəniyyət və sənət görüşükeçirilib. Türkiyə Cümhuriyyəti Baş nazirliyi yanında Xaricdə Yaşayan Türklər və Əqraba Toplular Başkanlığı, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Elazığ Valiliyi, Bələdiyyə Başkanlığı, Mədəniyyət və Turizm İdarəsi, Fırat Universiteti, Elazığ Ticarət və Sənaye Evi, “Manas” nəşriyyatı, o cümlədən Azərbaycan Yazıçılar Birliyinin iştirakı ilə təşkil olunan tədbir ölkəmizin müstəqilliyinin bərpa edilməsinin 20 illiyinə həsr olunmuşdu.

  

   Tədbirdə Azərbaycandan geniş nümayəndə heyəti - Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli, şöbənin İnformasiyareklam sektorunun baş məsləhətçisi Aslan Cəfərov, Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, filoloq Asif Rüstəmli, Elazığda mühacirət ömrü yaşamış böyük şairimiz Almas İldırımın yaradıcılığının tədqiqatçısı Hacıağa Almaszadə, şair Əjdər Ol, antik əşyalar üzrə mütəxəssis Şahid Həbibulla, ədəbiyyat və incəsənət nümayəndələri, media mənsubları iştirak edirdi.

   “Elazığ-Bakı mədəniyyət və sənət görüşü” çərçivəsində Elazığda Azərbaycan parkı və Şəhidlər abidəsinin təntənəli açılış mərasimi keçirildi. Ötən il Quzey Kıbrıs Türk Cümhuriyyətində keçirilən IV Türk dünyası ədəbiyyat dərgiləri konqresində “Türk dünyasında 2012-ci ilin ədəbiyyat adamı” seçilmiş Xalq yazıçısı Anara Fırat Universitetinin “Fəxri doktorudiplomu təqdim olundu. Bundan başqa, Elazığın “Manas” nəşriyyatı tərəfindən çap olunan “Cəfər Cabbarlının həyatı, sənəti və mücadiləsi” və Azərbaycanın “Ozan” nəşriyyatı tərəfindən çap olunan “Elazığ çələngi” kitablarının təqdimat mərasimi, Almas İldırıma və Füzuliyə sayğı gecələri keçirildi.

   ...Bakıdan bizi qardaş ölkəyə qar yola saldı, Türkiyənin qoca şəhəri İstanbulda da bizi ağappaq qar qarşıladı. Nə soyuq, nə şaxta Anadolunun söz, sənət, mədəniyyət beşiyi sayılan Elazığa - Almas İldırımın ikinci vətəninə getmək istəyimizin qarşısını ala bilmədi. Bu dəfə xəyalən yox, gerçəkdən Elazığa “ucduq”. Mədəniyyətin, incəsənətin, ədəbiyyatın qovuşduğu bu məkanda isə bizi qar yox, günəşli gün qarşıladı. Sanki Elazığa yaz gəlmişdi...

   ...Elazığla Bakı çoxdan qardaşlaşıb. Bu iki diyarı bir-birinə vətən həsrətli mühacir şair Almas İldırımın taleyi, vətən yanğısı ilə od tutub yanan şeirləri, dərdləşdiyi kiçik Xəzər gölübu torpaqdakı silinməz izləri bağlayır. Onda hələ keçilməz sərhədlər iki qardaş ölkəni bir-birindən ayırırdı, onda hələ kommunizmin orağı xalqları keçmişindən qoparırdı. Tarixin bu sərt və amansız döngəsində Almas İldırım ölümün gözünə baxa-baxa öz şeirlərində türk dünyası ilə qürur duyur, türkçülüyü sevə-sevə təbliğ edirdi. Belə bir zamanda ağrılara, acılara, təqiblərə məruz qalan şair sonda Elazığa üz tutdu:

  

   qoynunu, uzaqdan gəlmişəm, çox yaslıyam,

   Eli, yurdu çalınmış bir qərib Qafqazlıyam.

  

   Bu torpaq Almas İldırımı öz balası kimi bağrına basdı. Kədərli taleyi, işıqlı arzuları, inamı, əqidəsi ilə Almas İldırım Azərbaycanla Türkiyənin ortaq övladı oldu...

  

   Kiçik Xəzərdən böyük Xəzərə

  

   ...Zaman zaman içindən axıb keçdi. Almas İldırıma və Almas İldırımlara qənim kəsilən sovet rejimi tarixin səhnəsindən silindi. Heç nəyi unutmayan tarix boxçasında gizlətdiyi həqiqətləri üzə çıxardı. Ancaq illər boyu Elazığ vilayəti həsrət və vətən şairini heç unutmadı. Almas İldırımın xatirəsinə həsr olunmuş gecələr keçirdi, kitablarını nəşr etdi.

   1992-ci ildə Elazığda “Fırat şeir axşamları” adı ilə bir şeir gecəsi keçirildi. Sonralar “Xəzər şeir axşamları” adı ilə keçirilən bu tədbir türk dünyasına səs saldı. İlk dəfə 5 dekabr 1992-ci ildə Elazığın mədəniyyət adamı Fikrət Məmişoğlunun xatirəsinə həsr olunan “Xəzər şeir axşamları”nda Azərbaycandan professor Ələddin Məmmədoğlu, 1993-cü ildə dastan şairi Niyazi İldırım Gəncosmanoğlunun xatirəsinə həsr olunmuş gecədə Xalq şairi Nəbi Xəzri iştirak etdi. 22-25 sentyabr 1995-ci ildə “Xəzər şeir axşamları” Doğu Türküstan davasının böyük mücahidi İsa Yusif Alptekinin xatirəsinə həsr olundu.

   2004-cü ildə isə “Xəzər şeir axşamları” “Kiçik Xəzərdən böyük Xəzərə” adı ilə Azərbaycanın paytaxtında - Bakıda gerçəkləşdi. “Uluslararası Xəzər şeir axşamları” 22-24 sentyabr 2005-ci il tarixlərində Almas İldırımın xatirəsinə həsr olundu. Bu gecədə 20-yə yaxın türkdilli ölkənin nümayəndəsi iştirak edirdi. 2008-ci ildə keçirilən gecə Xalq şairi Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuşdu...

   20 ildən bəri təşkil olunan “Xəzər şeir axşamları” iki qardaş xalqın ədəbiyyatını, milli-mənəvi dəyərlərini bir araya gətirmək istiqamətində böyük layihələrə imza atıb. 2006-cı ildə Elazığda fəaliyyətə başlayanManastürkdilli xalqlarının ədəbiyyatının təbliğində böyük işlər görməkdədir. 2007-ci il Elazığda “Almas İldırım ilielan olunurşairin 100 illik yubileyi yüksək səviyyədə qeyd edilib. Ənvər Arasın “Xəzərdən Xəzərə Almas İldırım” kitabı “Manas” nəşriyyatı tərəfindən çap olunub. Elazığ Bələdiyyə Məclisinin qərarı ilə şəhərin küçələrindən birinə Almas İldırımın adı verilib. 2007-ci ildə Azərbaycanda da Almas İldırımın 100 illiyi Prezident İlham Əliyevin sərəncamı ilə yüksək səviyyədə qeyd olunub.

   2008-ci ildə Bakıda fəaliyyət göstərən “Ozan” nəşriyyatı ilə Elazığ “Manas” nəşriyyatı birlikdə “Elazığ çələngi” kitabını nəşr edib və 2010-cu ildə Bakıda elazığlı qonaqların iştirakı ilə kitabın geniş təqdimat mərasimi keçirilib.

   Azərbaycanla Türkiyəni, Elazığla Azərbaycanı, sadəcə, tarixləri, mədəniyyətləri, qədərləri deyil, həm də sevgiləri, sevdaları, türküləri birləşdirir. Bu birlikdə Elazığın ayrıca bir yeri var...

  

   Elazığda Azərbaycan parkı

  

   Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş “Elazığ-Bakı mədəniyyət və sənət görüşü”ndə daha bir tarix yazıldı. Elazığın Cümhuriyyət məhəlləsində Azərbaycan parkı və Azərbaycan şəhidlərinin xatirəsinə ucaldılmış heykəlin təntənəli açılışı oldu.

   Açılış mərasimində Elazığ valisi Muammer Erol çıxış edərək, Elazığ bələdiyyəsi tərəfindən salınan Azərbaycan parkı və park içərisində 1918-ci ildə Bakının erməni daşnakları və bolşeviklərdən azad olunması zamanı həlak olan iki elazığlı əsgərin şərəfinə ucaldılmış şəhidlər abidəsinin açılışını önəmli hadisə kimi dəyərləndirdi. Azərbaycanla Elazığ arasındakı qardaşlığın, dostluğun bundan sonra da davam edəcəyini bildirdi.

   Elazığ Bələddiyyə Başkanı Süleyman Salmanoğlu çıxışına böyük şairimiz Bəxtiyar Vahabzadənin misraları ilə başladı:

   Bir ananın iki oğlu,

   Bir amalın iki qolu.

   O da ulu, bu da ulu,

   Azərbaycan-Türkiyə.

   Bələdiyyə başkanı çıxışında bu gün Elazığ şəhərində Krım türklərinin əfsanəvi lideri olan Mustafa Cəmiloğlu parkına, Qazaxıstan Akmola parkına, böyük qırğız yazıçısı Çingiz Aytmatov parkına, Azərbaycanın Türkiyənin ortaq övladı olan Almas İldırım prospektinə, Azərbaycan şairi Bəxtiyar Vahabzadə prospektinə Azərbaycan parkı Azərbaycan şəhidlər abidəsinin əlavə olmasından məmnunluq duyduqlarını dilə gətirdi. İki ölkənin birliyi, diriliyi üçün çalışanlara öz təşəkkürünü bildirdi.

   Mərasimdə Türk Ədəbiyyatı Vəqfi Başkanı Servet Kabaklı tarixi köklərə söykənən Azərbaycan-Türkiyə münasibətlərindən söz açdı, tariximizi vərəqlədi, zaman-zaman xalqın azadlığı müstəqillik yolunda canını qurban verən şəhidlərimizin xatirəsini andı, 20 ildən bəri keçirilənXəzər şeir axşamları”nın mədəniyyətimizin, incəsənətimizin, ədəbiyyatımızın inkişafında önəmli yeri olduğunu qeyd etdi. “Tük dünyasının şeir paytaxtı”na çevrilən Elazığda keçirilən hər görüşün iki qardaş ölkə üçün yeni tarixlər yazdığını bildirdi bukönül görüşü”nün memarlarına Türkiyədən Azərbaycandan əmək dəstək verən rəsmi qurumların nümayəndələrinə öz təşəkkürünü bildirdi.

   Azərbaycan parkı parkın içində Azərbaycan şəhidlərinin şərəfinə ucaldılmış heykəlinin açılışında iştirak edən Xalq yazıçısı Anar tarixin ən çətin anlarında bir-birinə dayaq olan Azərbaycan Türkiyə qardaşlığından söz acdı. Türkiyənin ən gözəl guşələrindən biri olan Elazığda keçirilənXəzər şeir axşamları”nda iki ölkənin mədəniyyətinin, ədəbiyyatının qovuşduğunu bildirdi qeyd etdi ki, bu gün Elazığda Azərbaycanın nişanələri çoxdur. Xalq yazıçısı Elazığda Azərbaycan parkını yaradanlara, o cümlədən Azərbaycan bütövlükdə türk şəhidlərinin ruhuna abidəni ucaldanlara bütün azərbaycanlılar adından öz təşəkkürünü, minnətdarlığını bildirdi. “Biz Elaziğı sevirdiksə, indi bu sevgi birə-beş artdı,- deyən türk dünyasının böyük yazıçısı çıxışını bu sözlərlə bitirdi:

   Əziz, gözəl Elaziğ,

   Səni görməyənlərə, yazıq...

  

   (ardı gələn sayımızda)

  

   Təranə Vahid

   Bakı-Elazığ-Bakı

 

   Mədəniyyət.- 2012.- 10 fevral.- S. 8.