Yadındamı,
Şam?..
Bir şair isə həmişə
sənə belə deyər və yazardı: “Salam, Kam!..”
O
tələbə-şair dostumuz - Nüsrət Kəsəmənli
öz dost-tostlarını sənin adınla
başlayıb-bağlayardı həmişə - təkrarsız
dostumuz Kamal! Bu, nəinki bizim, onun milyonlarla oxucusunun da
yadındadır...
ADU-nun (BDU) jurnalistika fakültəsinin 610-cu qrupunda hərə hərəni bir ad-ayama ilə çağırardı, səni isə - ömrünü dostlarının da yolunda əritdiyinə görə, “Şam” deyə...
Çox təəssüflər ki, daha bir ildir sənin üzünə yox, əziz xəyal-xatirənə xitab edirik. Özü də - öz imzana əlavə etdiyin bir adla - neçə illər öncə Moskva skinhedlərinin qətlə yetirdiyi nakam Turalının adıyla bahəm, Kamal Tural!
Sənin doğum tarixçəndən 61 il ötdü, Ələmdar oğlu Kamal...
Bizim dostluq çırağımız 41 il yandı, yanım-dönümcül Şam...
Bizi son nəfəsimizədək izləyəcək “aman-ayrılıq”dan düz bir il keçir, “sızlar” tələbəlik simvolu Kam!...
“Aləmi bəzər” günlərimiz...
Bəli, ulu Şəhriyarımızın «ay özümü o əzdirən günlərim» devizli aləmi bəzəyən günlərimiz az olmadı. Lakin «xatirələr» vərinə «axır-uxur» macallarımızdan başlamaq istəyirəm. O dövrümüzdən ki, hamının keçdiyi və keçəcəyi bu ömür fəslini Nazim Hikmət «Başlandı yaşıdlarımın yaprak dökümü» adlandırıb.
Hə, uzun illər bir yerə yığışarkən «cari məsələlər»i çözüb qurtarandan sonra, sənət-peşə sahəmizlə bağlı hərdən, guya «yaradıcılıq üfüqləri»nə də baş vurardıq, axı. Bir kərə də atalar sözü və zərb-məsəllərdən söz düşdü və sən gülə-gülə qayıtdın ki, xəbəriniz varmı «Aləmi bəzər, özü lüt gəzər» məsəli biz jurnalistlərə aiddir? Hər şey və hamı haqda yazırıq, özümüz barədə isə...
Bax, elə məni xeyli vaxtdır uzaq düşdüyüm qələm-kağıza yaxınlaşdıran da sənin qeyri-vizual «jurnalist avtoportreti» kimi səsləndirdiyin o məsəl və bir də son vaxtlar tematik rəngarəngliyilə seçilən, total mədəniyyət kompleksində detal məziyyətlərə də yer ayıran «Mədəniyyət» qəzetinin bu yazını çap edəcəyinə güvən məsələsi oldu. Yəni, qoy bu da olsun «sızlar yada düşəndə ürəyimin telləri» leytmotivli illərə, əbədi tələbə ordusuna mətbu diqqət məziyyəti. Bu ordunun vətəndaş-qələmdaş bir «taqım»ının timsalında xalqa, universal zövqlü oxucu kütləsinə, əlahəzrət informasiya və publisistikanın bəzi kəm-kəsirət daşıyıcılarına media-məhəbbət mədəniyyəti...
İlk günlərimizdən «gülləmə»lər...
C.Cabbarlının Şərifi demişkən, «hansı ki» son illər hər dəfə görüşəndə bir-birimizə xiffətanə üz tutub, öz “pensioner” antenalarımızı həmin o «pioner» çağlarımıza yönəldərdik: «yadındamı», «xatirindəmi» notlarında. Yadındamı, birinci kursda Şərbalanın elçiliyinə getdiyimiz? Qız atası deyib «atan yoxdu-yoxdu, heç olmasa dostlarını gətir ki, səni tanıyım». Biz isə o məclisdə özümüzü necə itirdiksə, tanışetmə məqamında bizi öz təzə «Volqa»sı ilə ora aparmış kolxoz sədri Əsgəri (Mayisin dostu) «bu da bizim şoferimizdir» vəzifəsilə təqdim edib, yeganə pullu dostumuzu iki-üç illiyə itirməli olduq.
Əyyubun incə-zərifliklər vurğunu Firuz müəllimin mühazirə dəftərinin arasına yekə, yaşıl bir tut yarpağı qoyub, üz qabığına «Arzular gül açır...» yazdığı da yadındamı? Vüsal tarix dərsində: «Hitler SSRİ-yə qarşı ildırım sürətli bir «deşik-deşik» planı hazırlamışdı, lakin elə ilk gün onun qarşısından qara pişik keçdi”. Tofiqdən soruşdular: bəs sənin atan nə işləyir, dedi, «dəllək (bərbər), sən öl». Dedilər, bir şey qazana bilirmi, dedi, «nə qazanacaq ə, 35 dayoğlum var, 45 əmoğlum - hamısı da pulsuz, sən öl! Axırıncının baş-gözün qırxıb qurtarmamış, birincinin üzü təzədən tüklənir, sən öl...»
Qızlarmız bizi hədsiz sevib-sevələsələr də, fağırlara «zülm» edirdik. Nüsrət “birisi”nə yazırdı ki: «Yanağında bir tanrısal «maç»ın var, Akif Dalğın dalğınlıqda saçın var”. Tahir hər dəyqə «Bəsir, ürəyim əsir!» - deyə, nərmənazik Bəsirəni süsən sünbül kimi diksindirərdi. Mayis: «Adını demirəm - eldən ayıbdır, Naz-qəmzə balası - o Naz nazlasın». Yavər: «Hə, məni sevəcəksən, mən sevməsəm də?!.»
Söhbətlərdə, məktublarda, kitablarda...
«Kamal - söhbətlərdə» mövzusu romanlar qədər uzun. Elə «məktublarda» məsələsi də füzun. Lakin aralarında 30 il fərq olan iki məktubdan fraqmentlər vermək vacib. Biri Nüsrət Kəsəmənliyə, o biri bugünkü iş yoldaşım Təranə Gözəlovaya məxsus. Öncə gözəl şairimizin şairanə məktubundan:
«Salam, Kam...
Məni tanıyanların hamısı Səni də tanıyır. Hamı da bilir ki, ən çətin günlərimdə mənim yeganə ümidim sən olmusan. Və mən Sənə çox şey - hər şeydən əvvəl isə bir ömür borcluyam; bu, balaca «hədiyyə» deyil ha, Kam!..
Nüsrət Kəsəmənli, 21 mart 1982».
Təranənin yazı-məktubundan:
«Gözüm yollarda qaldı...
Kamal müəllimi
işlədiyim idarənin direktoru Vaqif Abbasovun vasitəsilə
tanımışam. Oğlum Lənkəranda əsgəri xidmətdə
ikən tez-tez ora gedirdim. Günlərin birində
övladımın bərk xəstələnməsi xəbərini
eşitdim və qatarla yola düşdüm. Möhkəm
yağan qar “bir günə necə gedib, necə
qayıdacağam» fikrimi bir az da gərginləşdirmişdi.
Elə bu
vaxt mobil telefonuma zəng gəldi. Kamal müəllim idi.
Sən demə, Vaqif müəllim məndən
xəbərsiz telefon nömrəmi ona verib ki, görüşək
və mənə kömək etsin. Onun
salam-kalam və mərhəmət dolu sözləri məni
ağlatdı. O:
- Ağlama, ay qız! - dedi - Vaqif hər şeyi mənə
danışıb. Mən də bu saat Lənkərandayam
- qardaşım qızının toyuna hazırlıq
görürük. Qəti narahat olma.
Belə də oldu.
Oğlumu komandirlərə, həkimlərə
bərk-bərk tapşırdı və dönə-dönə
xahiş-minnət etdi ki, qarlı-şaxtalı havada yola
çıxmayım, onların qonaq-qaralı evlərində
gecələyim və sabahısı yola düşüm.
Lakin mən mütləq qayıtmalı idim.
İş elə gətirdi
ki, bir neçə gündən sonra o, məni qardaşı
qızının toyuna dəvət etdi. O toya çox
yerlərdən çox adam gəlmişdi
və hamısı da Kamal müəllimin şəninə
tostlar, təriflər söyləyirdi. Aramızda yaş fərqi
olsa da, mən bu replikamdan qalmadım :
- Ay Kamal müəllim, bəy yalan
oldu, Siz gerçək! Nə çox tərifləyirlər
Sizi... O isə başını aşağı salıb:
«Kasıbın olanından» məsəli, Təranə
xanım...» - dedi.
...Və 2011-ci ilin 14 fevralı! Həmin oğlumun ayın 16-na təyin olunmuş
toyu. Elə həmin gün
dünyasını dəyişəsi Kamal müəllimə
telefon açıb, onu toya dəvət edir və bildirirəm
ki, 16-sı həm də mənim ad günümdür.
O, ölümlə çarpışan bir səslə:
- Ay qız, mən əvəzdən
bir səbət toya, bir səbət də ad gününə
gül gələcək - «Ağ çiçəyim»dən...
Vaqif müəllimin tələbə
dostlarının masasında stullardan biri boş qaldı...
O gündən bir il
keçir. Qar yağır. Vaqif
müəllimin otağına daxil oluram. O da nəsə
yazır. Çox fikirlidir. Mən
bu yazını onun stolunun üstünə qoyub, bu daş
sükutumuzun əriyəcəyi anı gözləyirəm.
Nəhayət, Vaqif müəllim dillənir:
- Kamal yaxşı insan idi... Kamal
yaxşı dost idi... Kamal yaxşı jurnalist idi...
Və hər ikimiz eyni anda dillənirik:
“Allah qəni-qəni rəhmət eləsin”.
Keçək
«kitablarda» bölməsinə. Kamalın adı beş, imzası isə üç kitabda
yaşayır ki, onlardan ən qalın və qalanı «Hadi Rəcəbli
düşüncələr işığında»dır. Kamal Tural - üzərində uzun illər
çalışdığı bu kitabın
çapını görmədi. Elə bil bu, onun ürəyinə
dammış və birinci fəslin ilk səhifəsində
yazmışdı: «Bu nədir belə? İçimdə
tərəddüdlə qətiyyət üz-üzə
dayanıb. Biri «başla, yaz!» deyir, o
biri «dayan!».
Nə olar, məni üzməyin, mənimlə
düşünüşməyin, ey düşüncələrim!
Mən qarşımda və qismətimdə
açılan çətin, amma həm də irfani yollar
ayrıcındayam. Axı, bir
çoxlarının ömür yoluna çıraq tutan Hadi
Rəcəblinin ömür yoluna kitab aynası tutmamaq
olarmı?
Amma budur,
ağrılarla ağırlaşmağa başlamış
öz ömrüm də bu yandan pıçıldayır ki,
mənə çox da bel bağlama. Bu mətləbin məna
yükü çox ağırdır - sənin çiynin
buna tab gətirərmi, gətirməzmi?..»
Bu kitabı səhifələdikcə
Kamal Turalın öz obrazı da parlayır, amma son vərəqlərə
doğru qürub etdiyi də hiss olunur. Ömrü
uzunu ətrafına xoş ovqatlar bəxş edən Hadi Rəcəbli
bu serial proseslərdə öz major nüansları ilə onu
nə qədər həyata səsləsə də,
sağalmaz mərəz əziz dostumuzu «heyhat»a çəkirdi.
Hadi müəllimin: «Ana, bu, Kamal müəllimdir, bizlərdəndir,
qonşu Vilvan kəndindəndir. Bizim MM-in
redaksiya-nəşriyyat şöbəsində baş məsləhətçi
işləyir. Bu qədər istedadı olsa da,
yarızirək, yarıtənbəldir, «bezdelnik» və
«bezdennik»dir” kimi zarafatlarını içdə ufultulu,
üzdə isə - bizə xoş getsin deyə, gurultulu
gülüşlərlə qarşılayardı...
Son (?!.)
Son 5-6 il idi ki,” fani dünya”
dalağımız sancdığından, hər yeni il «yanvarın 1-i, saat 1, Baksovet» parollu «mütləq
görüş» keçirirdik. Sən o dəhşətli
ağrılarla 2011 görüşümüzə də
üzügülər gəldin. Səninçün
sonuncu, bizimçünsə «Allahbilir»inci
görüşümüzə...
O görüşdə sənin
tutqun üzünün işıqlanması üçün ən
yüksək «volt»lu xatirələri
xatırlamağa çalışdı hamı. Bir ara kefin necə açıldısa, dedin, Vaqif,
tələbəlikdəki ləqəblərimizi bir-bir de, bir
az da gülək. Mən də dərhal başladım: «Nazir»
Yavər (Əbülhəsənli), “Dastan” Şəmistan (Nəzirli),
“Məzə” Mayis (Kazımov), “Mahal” Kamal (Rəhmanlı-Tural),
“Sənöl” Tofiq (Abdullayev), “Vəsair” Tahir (Abbaslı),
“Aşiq” Əyyub (Mehdiyev), “Ləzgi” Xalid (Məmmədov) və...
(ləzgi demişkən)
özümünkünü “diməz”!..
Bu son vurğuma da uğundun və
dedin ki, Vaqif, sən hamımızın şahidi olduğumuz əhvalatları
daha məzəli “oformit” edirsən, bir az
da övladlarımızın toylarındakı macəralarımızdan
de gəlsin.
Mən öz
oğlumun Şirvanda keçirilən toy məclisindən
(2004) başladım. Hamımız yorulub
oyun meydançasını tərk etdikdən sonra, onun
musiqiçilərə yaxınlaşıb, təzə
abzasdan əlini şəstlə cibinə ataraq, təzə
bir hava sifariş verdiyini, ertəsi gün Kürüstü
restoranda ikən mənə verdiyi qəribə sualı
xatırlatdım. Sonuncu xatirəyə
hamımız güldük. Belə ki, o, həmin vaxt
yatağına sığmayan Kürə mahal-zaval bir
baxışla nəzər yetirib, mənə belə bir sual
vermişdi:
- Vaqif, adam bu
Kürə düşsə, boğular?
Mənim bu “prikol”, amma çox
ciddi tərzdə verilmiş sual qarşısında susub
qaldığımı görən Tofiq:
- Bu sualı ancaq hadisə baş
verdikdən sonra cavablandırmaq olar, sən öl! - dedi. Məzə
Mayis özünəməxsus üslub və tonda əlavə
etdi:
- Hə, Kamal, boğular,
boğular... Sonra da gedib Xəzərdə təzədən doğular...
Tofiqin oğlunun
toyunda isə özü o ki var danışıb, mikrofonu Mayisə
verdikdən sonra təzədən alovlu nitqə
başlamasını xatırladıb, son vaxtlar həftədə-ayda
bir kərə gülməyən bu dostumuzu əməlli-başlı
qəşş elətdirdim. Sonra
qayıtdı ki, bəs o “Şəki-şəkilli” Akif niyə
mən getdiyim səfərlərdən yaxa qurtarmağa
çalışırdı? Mən də elə Akifin ləhcəsiylə
qayıtdım ki, haindi səninlə getdiyimiz yerlərdə
bütün maddi-mədəniyyət abidələrinə,
muzeylərə baş çəkmək üçün bizi
bir gün əlavə qalmağa məcbur və məhkum
etdiyin üçün!...
O son
yığışmamızdakı son sual-cavabımız da
yadındamı, Şam? Soruşdum ki, daha nəsə yazmaq
fikrindəsən, ya yox, dedin, bu “vəfalı” xəstəliyim
yaxamı buraxsa, tələbəlik dövrümüzdəki
Bakı ilə bugünkü Bakının yer-göy fərqi
haqda bir kitab bağlayardım...
Burada yazmadıqlarım da
yadındamı, Kam, Şam?..
Bütün ömrü uzunu
düşüncələrindən gözəllik,
xeyirxahlıq cənnəti dalğalandıran dostumuz, Tanrı
səni cənnətməkan eyləsin!..
Vaqif Abbasov,
Dövlət Arxivi Sirvan
filialının direktoru
Yadındamı,
Şam?..
15.02.2012
Bir şair isə həmişə
sənə belə deyər və yazardı: “Salam, Kam!..”
O tələbə-şair dostumuz -
Nüsrət Kəsəmənli öz dost-tostlarını sənin
adınla başlayıb-bağlayardı həmişə - təkrarsız
dostumuz Kamal! Bu, nəinki bizim, onun milyonlarla oxucusunun da
yadındadır...
ADU-nun (BDU) jurnalistika fakültəsinin
610-cu qrupunda hərə hərəni bir ad-ayama ilə
çağırardı, səni isə - ömrünü
dostlarının da yolunda əritdiyinə görə,
“Şam” deyə...
Çox təəssüflər
ki, daha bir ildir sənin üzünə yox, əziz xəyal-xatirənə
xitab edirik. Özü də - öz imzana əlavə
etdiyin bir adla - neçə illər öncə Moskva skinhedlərinin
qətlə yetirdiyi nakam Turalının adıyla bahəm,
Kamal Tural!
Sənin doğum tarixçəndən
61 il ötdü, Ələmdar oğlu
Kamal...
Bizim dostluq
çırağımız 41 il yandı,
yanım-dönümcül Şam...
Bizi son nəfəsimizədək
izləyəcək “aman-ayrılıq”dan düz bir il
keçir, “sızlar” tələbəlik simvolu Kam!...
“Aləmi bəzər” günlərimiz...
Bəli, ulu Şəhriyarımızın
«ay özümü o əzdirən günlərim» devizli aləmi
bəzəyən günlərimiz az
olmadı. Lakin «xatirələr» vərinə
«axır-uxur» macallarımızdan başlamaq istəyirəm.
O dövrümüzdən ki, hamının keçdiyi və
keçəcəyi bu ömür fəslini Nazim Hikmət
«Başlandı yaşıdlarımın yaprak
dökümü» adlandırıb.
Hə, uzun illər
bir yerə yığışarkən «cari məsələlər»i
çözüb qurtarandan sonra, sənət-peşə sahəmizlə
bağlı hərdən, guya «yaradıcılıq
üfüqləri»nə də baş vurardıq, axı.
Bir kərə də atalar sözü və zərb-məsəllərdən
söz düşdü və sən gülə-gülə
qayıtdın ki, xəbəriniz varmı «Aləmi bəzər,
özü lüt gəzər» məsəli biz jurnalistlərə
aiddir? Hər şey və hamı haqda yazırıq,
özümüz barədə isə...
Bax, elə məni xeyli vaxtdır
uzaq düşdüyüm qələm-kağıza
yaxınlaşdıran da sənin qeyri-vizual «jurnalist
avtoportreti» kimi səsləndirdiyin o məsəl və bir də
son vaxtlar tematik rəngarəngliyilə seçilən, total mədəniyyət
kompleksində detal məziyyətlərə də yer
ayıran «Mədəniyyət» qəzetinin bu yazını
çap edəcəyinə güvən məsələsi
oldu. Yəni, qoy bu da olsun «sızlar yada
düşəndə ürəyimin telləri» leytmotivli illərə,
əbədi tələbə ordusuna mətbu diqqət məziyyəti.
Bu ordunun vətəndaş-qələmdaş bir
«taqım»ının timsalında xalqa, universal zövqlü
oxucu kütləsinə, əlahəzrət informasiya və
publisistikanın bəzi kəm-kəsirət
daşıyıcılarına media-məhəbbət mədəniyyəti...
İlk günlərimizdən
«gülləmə»lər...
C.Cabbarlının Şərifi
demişkən, «hansı ki» son illər hər dəfə
görüşəndə bir-birimizə xiffətanə
üz tutub, öz “pensioner” antenalarımızı həmin o
«pioner» çağlarımıza yönəldərdik:
«yadındamı», «xatirindəmi» notlarında. Yadındamı,
birinci kursda Şərbalanın elçiliyinə getdiyimiz?
Qız atası deyib «atan yoxdu-yoxdu, heç
olmasa dostlarını gətir ki, səni tanıyım».
Biz isə o məclisdə özümüzü necə
itirdiksə, tanışetmə məqamında bizi öz təzə
«Volqa»sı ilə ora aparmış kolxoz sədri Əsgəri
(Mayisin dostu) «bu da bizim şoferimizdir» vəzifəsilə təqdim
edib, yeganə pullu dostumuzu iki-üç illiyə itirməli
olduq.
Əyyubun incə-zərifliklər
vurğunu Firuz müəllimin mühazirə dəftərinin
arasına yekə, yaşıl bir tut yarpağı qoyub,
üz qabığına «Arzular gül açır...»
yazdığı da yadındamı? Vüsal tarix dərsində:
«Hitler SSRİ-yə qarşı ildırım sürətli
bir «deşik-deşik» planı hazırlamışdı, lakin
elə ilk gün onun qarşısından qara pişik
keçdi”. Tofiqdən soruşdular: bəs sənin atan nə
işləyir, dedi, «dəllək (bərbər), sən
öl». Dedilər, bir şey qazana bilirmi, dedi, «nə qazanacaq ə,
35 dayoğlum var, 45 əmoğlum - hamısı da pulsuz, sən
öl! Axırıncının baş-gözün
qırxıb qurtarmamış, birincinin üzü təzədən
tüklənir, sən öl...»
Qızlarmız bizi hədsiz
sevib-sevələsələr də, fağırlara «zülm»
edirdik. Nüsrət “birisi”nə yazırdı ki:
«Yanağında bir tanrısal «maç»ın var, Akif
Dalğın dalğınlıqda saçın var”. Tahir hər
dəyqə «Bəsir, ürəyim əsir!»
- deyə, nərmənazik Bəsirəni
süsən sünbül kimi diksindirərdi. Mayis:
«Adını demirəm - eldən ayıbdır, Naz-qəmzə
balası - o Naz nazlasın». Yavər: «Hə, məni sevəcəksən,
mən sevməsəm də?!.»
Söhbətlərdə, məktublarda,
kitablarda...
«Kamal - söhbətlərdə»
mövzusu romanlar qədər uzun. Elə
«məktublarda» məsələsi də füzun. Lakin
aralarında 30 il fərq olan iki məktubdan
fraqmentlər vermək vacib. Biri Nüsrət Kəsəmənliyə,
o biri bugünkü iş yoldaşım Təranə Gözəlovaya
məxsus. Öncə gözəl şairimizin şairanə məktubundan:
«Salam, Kam...
Məni
tanıyanların hamısı Səni də tanıyır.
Hamı da bilir ki, ən çətin günlərimdə
mənim yeganə ümidim sən olmusan. Və mən Sənə
çox şey - hər şeydən əvvəl isə bir
ömür borcluyam; bu, balaca «hədiyyə» deyil ha, Kam!..
Nüsrət Kəsəmənli,
21 mart 1982».
Təranənin yazı-məktubundan:
«Gözüm yollarda qaldı...
Kamal müəllimi
işlədiyim idarənin direktoru Vaqif Abbasovun vasitəsilə
tanımışam. Oğlum Lənkəranda
əsgəri xidmətdə ikən tez-tez ora gedirdim. Günlərin birində övladımın bərk
xəstələnməsi xəbərini eşitdim və
qatarla yola düşdüm. Möhkəm
yağan qar “bir günə necə gedib, necə
qayıdacağam» fikrimi bir az da gərginləşdirmişdi.
Elə bu vaxt mobil telefonuma zəng gəldi.
Kamal müəllim idi. Sən
demə, Vaqif müəllim məndən xəbərsiz telefon
nömrəmi ona verib ki, görüşək və mənə
kömək etsin. Onun salam-kalam və mərhəmət
dolu sözləri məni ağlatdı. O:
- Ağlama, ay qız! - dedi - Vaqif hər şeyi mənə
danışıb. Mən də bu saat Lənkərandayam
- qardaşım qızının toyuna hazırlıq
görürük. Qəti narahat olma.
Belə də oldu.
Oğlumu komandirlərə, həkimlərə
bərk-bərk tapşırdı və dönə-dönə
xahiş-minnət etdi ki, qarlı-şaxtalı havada yola
çıxmayım, onların qonaq-qaralı evlərində
gecələyim və sabahısı yola düşüm.
Lakin mən mütləq qayıtmalı idim.
İş elə gətirdi
ki, bir neçə gündən sonra o, məni qardaşı
qızının toyuna dəvət etdi. O toya çox
yerlərdən çox adam gəlmişdi
və hamısı da Kamal müəllimin şəninə
tostlar, təriflər söyləyirdi. Aramızda yaş fərqi
olsa da, mən bu replikamdan qalmadım :
- Ay Kamal müəllim, bəy yalan
oldu, Siz gerçək! Nə çox tərifləyirlər
Sizi... O isə başını aşağı salıb:
«Kasıbın olanından» məsəli, Təranə
xanım...» - dedi.
...Və 2011-ci ilin 14 fevralı! Həmin oğlumun ayın 16-na təyin olunmuş
toyu. Elə həmin gün
dünyasını dəyişəsi Kamal müəllimə
telefon açıb, onu toya dəvət edir və bildirirəm
ki, 16-sı həm də mənim ad günümdür.
O, ölümlə çarpışan bir səslə:
- Ay qız, mən əvəzdən
bir səbət toya, bir səbət də ad gününə
gül gələcək - «Ağ çiçəyim»dən...
Vaqif müəllimin tələbə
dostlarının masasında stullardan biri boş qaldı...
O gündən bir il
keçir. Qar yağır. Vaqif
müəllimin otağına daxil oluram. O da nəsə
yazır. Çox fikirlidir. Mən
bu yazını onun stolunun üstünə qoyub, bu daş
sükutumuzun əriyəcəyi anı gözləyirəm.
Nəhayət, Vaqif müəllim dillənir:
- Kamal yaxşı insan idi... Kamal
yaxşı dost idi... Kamal yaxşı jurnalist idi...
Və hər ikimiz eyni anda dillənirik:
“Allah qəni-qəni rəhmət eləsin”.
Keçək
«kitablarda» bölməsinə. Kamalın adı beş, imzası isə üç kitabda
yaşayır ki, onlardan ən qalın və qalanı «Hadi Rəcəbli
düşüncələr işığında»dır. Kamal Tural - üzərində uzun illər
çalışdığı bu kitabın
çapını görmədi. Elə bil bu, onun ürəyinə
dammış və birinci fəslin ilk səhifəsində
yazmışdı: «Bu nədir belə? İçimdə
tərəddüdlə qətiyyət üz-üzə
dayanıb. Biri «başla, yaz!» deyir, o
biri «dayan!».
Nə olar, məni üzməyin, mənimlə
düşünüşməyin, ey düşüncələrim!
Mən qarşımda və qismətimdə
açılan çətin, amma həm də irfani yollar
ayrıcındayam. Axı, bir
çoxlarının ömür yoluna çıraq tutan Hadi
Rəcəblinin ömür yoluna kitab aynası tutmamaq
olarmı?
Amma budur,
ağrılarla ağırlaşmağa başlamış
öz ömrüm də bu yandan pıçıldayır ki,
mənə çox da bel bağlama. Bu mətləbin məna
yükü çox ağırdır - sənin çiynin
buna tab gətirərmi, gətirməzmi?..»
Bu kitabı səhifələdikcə
Kamal Turalın öz obrazı da parlayır, amma son vərəqlərə
doğru qürub etdiyi də hiss olunur. Ömrü
uzunu ətrafına xoş ovqatlar bəxş edən Hadi Rəcəbli
bu serial proseslərdə öz major nüansları ilə onu
nə qədər həyata səsləsə də,
sağalmaz mərəz əziz dostumuzu «heyhat»a çəkirdi.
Hadi müəllimin: «Ana, bu, Kamal müəllimdir, bizlərdəndir,
qonşu Vilvan kəndindəndir. Bizim MM-in
redaksiya-nəşriyyat şöbəsində baş məsləhətçi
işləyir. Bu qədər istedadı olsa da,
yarızirək, yarıtənbəldir, «bezdelnik» və
«bezdennik»dir” kimi zarafatlarını içdə ufultulu,
üzdə isə - bizə xoş getsin deyə, gurultulu
gülüşlərlə qarşılayardı...
Son (?!.)
Son 5-6 il idi ki,” fani dünya”
dalağımız sancdığından, hər yeni il «yanvarın 1-i, saat 1, Baksovet» parollu «mütləq
görüş» keçirirdik. Sən o dəhşətli
ağrılarla 2011 görüşümüzə də
üzügülər gəldin. Səninçün
sonuncu, bizimçünsə «Allahbilir»inci
görüşümüzə...
O görüşdə sənin tutqun üzünün işıqlanması üçün ən yüksək «volt»lu xatirələri xatırlamağa çalışdı hamı. Bir ara kefin necə açıldısa, dedin, Vaqif, tələbəlikdəki ləqəblərimizi bir-bir de, bir az da gülək. Mən də dərhal başladım: «Nazir» Yavər (Əbülhəsənli), “Dastan” Şəmistan (Nəzirli), “Məzə” Mayis (Kazımov), “Mahal” Kamal (Rəhmanlı-Tural), “Sənöl” Tofiq (Abdullayev), “Vəsair” Tahir (Abbaslı), “Aşiq” Əyyub (Mehdiyev), “Ləzgi” Xalid (Məmmədov) və... (ləzgi demişkən) özümünkünü “diməz”!..
Bu son vurğuma da uğundun və dedin ki, Vaqif, sən hamımızın şahidi olduğumuz əhvalatları daha məzəli “oformit” edirsən, bir az da övladlarımızın toylarındakı macəralarımızdan de gəlsin.
Mən öz oğlumun Şirvanda keçirilən toy məclisindən (2004) başladım. Hamımız yorulub oyun meydançasını tərk etdikdən sonra, onun musiqiçilərə yaxınlaşıb, təzə abzasdan əlini şəstlə cibinə ataraq, təzə bir hava sifariş verdiyini, ertəsi gün Kürüstü restoranda ikən mənə verdiyi qəribə sualı xatırlatdım. Sonuncu xatirəyə hamımız güldük. Belə ki, o, həmin vaxt yatağına sığmayan Kürə mahal-zaval bir baxışla nəzər yetirib, mənə belə bir sual vermişdi:
- Vaqif, adam bu Kürə düşsə, boğular?
Mənim bu “prikol”, amma çox ciddi tərzdə verilmiş sual qarşısında susub qaldığımı görən Tofiq:
- Bu sualı ancaq hadisə baş verdikdən sonra cavablandırmaq olar, sən öl! - dedi. Məzə Mayis özünəməxsus üslub və tonda əlavə etdi:
- Hə, Kamal, boğular, boğular... Sonra da gedib Xəzərdə təzədən doğular...
Tofiqin oğlunun toyunda isə özü o ki var danışıb, mikrofonu Mayisə verdikdən sonra təzədən alovlu nitqə başlamasını xatırladıb, son vaxtlar həftədə-ayda bir kərə gülməyən bu dostumuzu əməlli-başlı qəşş elətdirdim. Sonra qayıtdı ki, bəs o “Şəki-şəkilli” Akif niyə mən getdiyim səfərlərdən yaxa qurtarmağa çalışırdı? Mən də elə Akifin ləhcəsiylə qayıtdım ki, haindi səninlə getdiyimiz yerlərdə bütün maddi-mədəniyyət abidələrinə, muzeylərə baş çəkmək üçün bizi bir gün əlavə qalmağa məcbur və məhkum etdiyin üçün!...
O son
yığışmamızdakı son sual-cavabımız da
yadındamı, Şam? Soruşdum ki, daha nəsə yazmaq
fikrindəsən, ya yox, dedin, bu “vəfalı” xəstəliyim
yaxamı buraxsa, tələbəlik dövrümüzdəki
Bakı ilə bugünkü Bakının yer-göy fərqi
haqda bir kitab bağlayardım...
Burada yazmadıqlarım da
yadındamı, Kam, Şam?..
Bütün ömrü uzunu
düşüncələrindən gözəllik,
xeyirxahlıq cənnəti dalğalandıran dostumuz, Tanrı
səni cənnətməkan eyləsin!..
Vaqif
Abbasov,
Dövlət Arxivi Sirvan filialının direktoru
Mədəniyyət.- 2012.- 15 fevral.- S. 15.