“Aşağı
Karvansara” ilkin simasına qayıdır
Şəki təkrarsız tarix-memarlıq
abidələrinin zənginliyi
ilə seçilən
şəhərlərimizdəndir. Təsadüfi deyil ki, ulu öndər
Heydər Əliyev Şəkini
”Memarlıq şəhəri”
adlandırmışdı.
Bu memarlıq
abidələrindən biri
də karvansaralardır.
Orta əsrlərdə
şəhərimizdə beş karvansaranın
olması Şəkinin
vaxtilə Yaxın Şərqin mühüm ticarət mərkəzlərindən
olduğunu göstərir.
Təəssüf ki, dövrümüzə
onlardan yalnız ikisi - Yuxarı və Aşağı karvansara gəlib çıxıb. Bu günə kimi öz gözəlliyini, memarlıq üslubunu saxlayan, hazırda mehmanxana kimi istifadə edilən “Yuxarı karvansara” müsafirlərin ən sevimli istirahət yerinə çevrilib.
XVIII-XIX əsrlərdə tikilmiş
“Aşağı karvansara”
özünün funksional
xüsusiyyətlərinə görə başqalarından
seçilir. Böyüklüyü, rahatlığı, səfalı
bir məkanda yerləşməsinə görə
Cənubi Qafqazda tayı-bərabəri yoxdur.
Tikintidə Şəki memarlığının
əsasını təşkil
edən bişmiş kərpicdən, çay daşından, kirəmitdən,
yerli materiallardan məharətlə istifadə
olunması binaya xüsusi gözəllik verir. Burada tağbəndlərdən istifadə edilməsi bu gözəlliyi daha da artırır.
Yolüstü karvansaralardan
fərqli olaraq burada istirahət otaqları ilə yanaşı müxtəlif
görüşlər keçirmək,
müqavilələr bağlamaq
və s. üçün
xüsusi otaqlar da inşa edilmişdir.
8000 kvadratmetrlik
sahəni əhatə
edən “Aşağı
karvansara”nın 242 otağı var. Burada tacirlərin mallarını
saxlamaq, alver etmək, rahat yaşamaları üçün
hər cür şərait olub.
Karvansaranın dörd iri darvazası qonaqpərvərliklə
müsafirlərin üzünə
açılsa da, bağlandıqda alınmaz
qalaya çevrilməsi
Şəki sənətkarlarının
yüksək dünyagörüşünə,
memarlıq bacarığına
malik olduqlarını
göstərir.
Təəssüflər olsun ki, belə bir əvəzsiz
tarixi - memarlıq abidəsindən uzun müddət istifadə edilmədiyindən, baxımsız
qaldığından, təbiətin
şıltaqlıqlarına davam gətirməyərək
aşılanmalara məruz
qalaraq qəzalı vəziyyətə düşmüşdü.
Nəhayət, dövlətimizin tarixi irsimizə qayğısı nəticəsində
hazırlanmış xüsusi
layihə əsasında
2010-cu ilin yanvar ayında “Aşağı
karvansara”da təmir-bərpa
işləri başlandı.
Qışın şaxtasında, yayın qızmarında burada görülən işlər yüksək keyfiyyətlə yerinə
yetirilirdi. Mürəkkəb konstruksiyalı abidənin
bərpasında bütün
işlərin şəkililər
tərəfindən icra
edilməsi, onların
ata-babalarının sənətkarlıq
ənənələrini yaşatması
və sadiq qalmaları alqışlanmalıdır.
Artıq binanın 5 min 197 kvadratmetrlik
dam örtüyü yenidən
quraşdırılaraq kirəmitlə
örtülmüş, 2 taylı
4 darvaza, 170 pəncərə,
128 qapı təzələnmiş,
30 tağbənd qurulmuş,
istinad divarları hörülərək başa
çatdırılmışdır. Bu ilin baharında
qonaqları qəbul etmək üçün
son tamamlama işləri
görülür.
Yeri gəlmişkən, Şəkidəki
digər tarixi abidələrdə - “Yeraltı
hamam”da, M.F.Axundzadənin
ev-muzeyində, Nakam adına mərkəzi
kitabxana binasında aparılan təmir-bərpa
işləri də yaxın müddətə
başa çatacaq.
Əminik ki, yaxın
gələcəkdə Qala
divarları, Şəkixanovların
evi, Ağvanlar hamamı, Dərə hamamı, Giləhli məscidi və digər tarix-memarlıq abidələri də bərpa edilərək xalqın istifadəsinə
veriləcəkdir.
Günel Həsənova,
Şəki Şəhər
“Yuxarıbaş” Dövlət
Tarix-Memarlıq Qoruğunda
mühafiz
Mədəniyyət.-
2012.- 15 fevral.- S. 12.