Gəncliyin səsifestivalı başa çatdı

 

   Fevralın 10-da Beynəlxalq Muğam MərkəzindəGəncliyin səsifestivalı çərçivəsindəButagənclər xorunun konserti keçirildi. Müxtəlif janrlı musiqi nömrələri ilə zəngin repertuar tamaşaçıların alqışları ilə qarşılandı. Tələbələrin himni - “Qaudeamusilə başlanan konsert proqramıCücələrimmusiqi nömrəsi ilə yekunlaşdı.

   Qeyd edək ki, “Butakamera xoru bir çox musiqi janrlarını sintez edərək maraqlı, eyni zamanda müasir çalarlı, performanslı nümayişləri ilə diqqət çəkirdi. Xoru pianoda Emil Əfrasiyab, kontrabasda Ruslan Hüseynov, zərb alətində İsgəndər Ələsgərov müşayiət edirdi.

   Konsert proqramında “Fair Phyllis”, “Ave Maria”, “Walking down the street” s. əcnəbi musiqi nömrələri ilə yanaşı, “Qızların rəqsi”, “Muğam”, “Dağlarda çiçək”, “Bana, bana gəl s. musiqi nömrələri ifa olundu.

   Sonda kamera xorunun bədii rəhbəri dirijoru Elnarə Kərimova çıxış edərək qonaqlara təşəkkür etdi. Xorun yaranması musiqi nömrələrinin ərsəyə gəlməsində köməyi olan hər kəsə minnətdarlığını bildirdi. Qeyd edək ki, “Butagənclər xoru Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə yaradılıb.

  

   * * *

   Fevralın 12-də Azərbaycan Gəncləri Gününə həsr olunmuşGəncliyin səsifestivalına yekun vuruldu. Həmin gün Beynəlxalq Muğam MərkəzindəGəncliyin səsifestivalı çərçivəsində gənc muğam ifaçılarının konserti oldu. Konsertdə Anar Məmmədov, Türkay Məlikova, Orxan Hüseynli, Fizzə Mirzəyeva, Fərhad Allahverdiyev, Əli Hacızadə, Malik Həsənov, Xəyalə Nuruşova, Niyaməddin Babayev, Qızılgül Babayeva, Tuqay İsmayılov Tural Muradlının ifasında muğamlar səsləndi. Gənc ifaçıları tarda Ədalət Behbudov, kamançada Pərviz Fərhadov, balabanda Süleyman Əliyev, nağarada Əlipaşa Talıbov müşayiət etdilər.

   İlk dəfə böyük səhnədə çıxış edən gənc ifaçıların konserti tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı.

  

   R.İsayeva

 

  Mədəniyyət.- 2012.- 15 fevral.- S. 4.