Milli mədəniyyət tariximizin tədqiqinə dəyərli töhfə

 

   Zəngin və qədim köklərə malik Azərbaycan mədəniyyətinin milli-mənəvi aspektlərdən tədqiqi və təbliği kulturologiyamız qarşısında dayanan ümdə vəzifələrdəndir. Dünyada mədəniyyətlərin dialoqunun kəsb etdiyi aktuallığı, xalqların, müxtəlif millətlərin təmsilçilərinin mədəni dəyərlər kontekstində bir araya gələ biləcəyini nəzərə alsaq, bu işin nə qədər önəmli olduğunu görürük.

  

   Mədəniyyətin qarşısında duran əsas vəzifələrdən birionun ayrı-ayrı problemlərini, fəlsəfi-estetik prinsiplərini sistemli şəkildə tədqiq etməkdir. Azərbaycan sənətşünaslığının qarşısında duran bu ümdə vəzifənin icrası ümumilikdə mədəniyyətşünaslığın inkişafına, onun tarixi və elmi-nəzəri problemlərinin kompleks şəkildə tədqiqinə təkan verir. Bu istiqamətdə araşdırmaların nəticələri milli mədəniyyətimizin tarixilikmüasirlik kontekstində tədqiqi baxımından da önəmlidir.

   Dərin elmi araşdırmaları, fəal ziyalı, alim mövqeyi ilə tanınan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, Əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru, professor Timuçin Əfəndiyevin “Mədəniyyətdə tarixilikmüasirlik” adlı tədqiqat əsəri Azərbaycan mədəniyyəti və incəsənətinin tarixi və nəzəri problemlərinin açılması, onların kulturoloji təhlili baxımından dəyərli mənbədir.

   Kitabda (Bakı, “Təhsil”, 2011. Elmi redaktoru professor Aqşin Babayevdir) müəllif Azərbaycan mədəniyyətini, onun ayrı-ayrı sahələrini tarixi mərhələlərlə, dərin tədqiqat süzgəcindən keçirərək dolğun şəkildə şərh edir. Tədqiqat əsərinin elmi əhəmiyyətini göstərən digər bir cəhət isə onun müqayisəli təhlillərə əsaslanması, müşahidələrin faktlara söykənərək ərsəyə gəlməsidir. Azərbaycan mədəniyyətini elmi-estetik çalarları ilə təhlil edən alim sənəti yaşadaninkişaf etdirən faktorları ustalıqla göstərib. Müəllifin uzunillik elmi axtarışlarının nəticəsi olan nəşrdə oxuculara mədəniyyətimizin tarixi və inkişafı barədə yeni mənbələr, faktlar və zəngin qaynaqlar təqdim olunur, bu sahənin tədqiqatçılarına bir növ istiqamət verir. Nəfis tərtibatlı nəşrlə tanış olan oxucu küll halında Azərbaycan mədəniyyəti, onun ən müxtəlif sahələri barədə müfəssəl təsəvvürə malik olacaq.

   Tədqiqat əsərinin əhatəli və sistemli şəkildə təhlil olunduğuTeatr sənəti”, “Kino sənəti”, “Musiqi sənəti”, “Memarlıq və incəsənət”, “Kulturologiya”, “Muzeyşünaslıq” adlı bölmələrində maraqlı fikir və təhlillər, yüksək elmi-nəzəri ümumiləşmələr diqqəti cəlb edir.

   Müəllif nəşrə “Ön söz əvəzi”ndə yazır: “Mədəniyyət xalqın enerji saxlancıdır. Təsadüfi deyil ki, Azərbaycan mədəniyyətinin böyük qayğıkeşi, ulu öndərimiz Heydər Əliyev mədəniyyətin xalqın taleyindəki rolunu, sənət fədailərinin xidmətlərini, onların yaradıcılığını yüksək qiymətləndirmişdir”.

   Azərbaycanın zəngin mədəniyyət tarixinə nəzər salan alim onu antik yunan, Çin, Misir incəsənəti, hind mifologiyası ilə müqayisə etməklə maraqlı paralellər aparır. İslam dininin orta əsrlər Şərq, o cümlədən Azərbaycan mədəniyyətində bədii düşüncənin təkamülü üçün mənəvi enerjiyə çevrildiyini nəzərə çatdırır. Azərbaycan mədəniyyətinin dünəni ilə bu günü arasında körpü yaratmağa müvəffəq olan müəllif oxucuda daha aydın təsəvvür hasil olması üçün ona maraqlı faktlar toplusu təqdim edir.

   Məsələn, kitabın “Teatr sənəti” adlı birinci fəslində professional tarixi 140 ili haqlayan Azərbaycan teatrının inkişaf mərhələlərini, eləcə də teatrşünaslığın problemlərini nəzəri və metodoloji prinsiplərlə araşdırmaqla oxucuda aydın təsəvvür yaratmağa nail olur. Bu bölmədə həmçinin Azərbaycanın mədəniyyət siyasətində teatr, bu sahəyə dövlət qayğısı əksini tapıb. Ümummilli lider Heydər Əliyevin Azərbaycan teatrı ilə bağlı imzaladığı sənədləri nəzərə çatdıran müəllif dahi liderin milli teatr sənəti ilə bağlı dəyərli fikirlərinə də yer verir. Böyük öndərin “Mən həmişə teatrla bağlı olmuşam. Bu, ötəri hiss deyil, içimdən gələn bir məhəbbətdir. Teatrı çox sevirəm. Teatra məhəbbət mənim içimdə var” sözlərini sitat gətirərək onun bu sənətə olan sevgisindən, ümumilikdə incəsənətin bütün sahələrinə, teatr, kino, musiqi, rəssamlıq sənətinə, o cümlədən böyük sənətkarlara qayğı və məhəbbətindən də söz açır. “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2007-ci il 19 fevral tarixli sərəncamının respublikamızda teatrın daha da inkişaf etdirilməsi üçün geniş imkanlar açdığını qeyd edən T. Əfəndiyev milli teatrımızın dünyanın qabaqcıl sənət ocaqları sırasına çıxacağına əminliyini ifadə edir, bu fikri konkret tezislərlə əsaslandırır.

   Əsərin “Kino sənəti” bölümündə bir əsrdən artıq yaşı olan Azərbaycan kinosunun yaranması və inkişafı - səssiz və səsli kino mərhələləri, ayrı-ayrı illər üzrə sistemli təhlili çağdaş nəzəri konsepsiyalarla araşdırılır. Müəllif təsdiq edir ki, 60-cı illərdən başlayaraq Azərbaycan kinosunda milli özünüdərk və özünüifadə olduqca qüvvətləndi. Mənəvi-əxlaqi dəyərlərə qayıdış milli kinonun yönünü şablon ideologiyadan insan amilinə, onun dərin hiss və duyğularının tərənnümünə istiqamətləndirdi. Kino əvvəlki illərdə mövcud olan sxematizmdən uzaqlaşaraq, yeni fəlsəfi-estetik təmayüllə formalaşdı. Müstəqillik illərində çəkilən bir sıra ekran əsərlərinin yüksək sənətkarlığına və estetik keyfiyyətinə görə beynəlxalq kinofestivallarda təmsil olunduğunu qeyd edən müəllif qarşıdakı illərdə dünya kino bazarında Azərbaycan milli kino nümunələrinin də layiqli yer qazanacaqlarını vurğulayır.

   Milli musiqimizin maraqlı mülahizələrlə təhlil və tədqiq olunduğuMusiqi sənəti” bölməsində isə zəngin səs xəzinəmiz və onun dünya musiqisindəki özəl yerindən danışılır. Bu nümunələrin hələ eramızdan əvvəl IV-III minillikləri əhatə etdiyini əsaslandırılmış faktlarla diqqətə çatdıran professor T.Əfəndiyev Nizaminin ”Xəmsə”sində orta əsrlər Azərbaycanın, eləcə də bütün Şərqin musiqi həyatının aydın mənzərəsinin olduğunu diqqətə çatdırır. Azərbaycanın İslam dünyasına daxil olması və sonrakı tarixi mərhələlərdə musiqi sənətimizdə yeni təmayüllərin yarandığını qeyd edən alim dövrün təsiri ilə Azərbaycan mədəniyyətinin, o cümlədən musiqisinin beynəlxalq əlaqələrini genişləndirməyə doğru getdiyini bildirir. Bu zaman peşəkar musiqinin yeni forma və janrlarının, ifa üsullarının meydana gəldiyini vurğulayır. Müəllif Azərbaycan musiqisinin janrları içərisində əsas yerlərdən birini tutan muğamları milli musiqi təfəkkürünün ən aliparlaq yaradıcılıq təzahürü kimi dəyərləndirir. Muğamlarımızı dünya incəsənətinin təkrarolunmaz parlaq səhifəsi adlandıraraq “öz fəlsəfi-mənəvi dərinliyi, orijinal kompozisiyası və təkrarolunmaz intonasiya inkişafı ilə seçilən muğam Azərbaycan şifahi ənənəli professional musiqisinin irihəcmli klassik nümunəsidir” qənaətini diqqətə çatdırır.

   Tədqiqat əsərinin “Memarlıq və incəsənət” bölməsində Azərbaycan memarlığının qədim tarixə malik olmasından, Qafqaz Albaniyası dövründə bu sahənin intensiv inkişafından əhatəli bəhs edilir. O, ölkəmizin əlverişli təbii-coğrafi mövqeydə yerləşməsini, mühüm karvan yollarının üstündə olmasını Azərbaycan maddi-mədəniyyətinin erkən inkişafının əsas səbəblərindən biri kimi göstərir.

   Bu bölmədə də tarixiliklə müasirlik vəhdətdə təhlil edilir. Müəllif qeyd edir ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində min illərin yadigarı olan bir çox milli abidələrimiz məhv edilmişdir. Kitabda yeni dövr Azərbaycan memarlığı və inşaat sənətinin inkişafında ilk peşəkar ali təhsil almış azərbaycanlı memar Zivərbəy Əhmədbəyovun böyük rolundan da bəhs edilir. Həmçinin təsviri sənət, rəngkarlıq, teatr-dekor sənəti, qrafika, dizayn, moda, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət, xalçaçılıq və sənətşünaslığın ümumi problemləri elmi-nəzəri təhlillər əsasında tarixilikmüasirlik mövqeyindən geniş şərh olunur.

   Kulturologiya” bölməsində isə bu sahənin müstəqil elm kimi inkişafından, mədəniyyət və sivilizasiya ilə qarşılıqlı əlaqələrindən bəhs edilir. Fikrini maraqlı detallarla əsaslandıran alimin gəldiyi qənaət də diqqət çəkir: «Kulturologiyanın metodologiyası onun qarşılıqlı əlaqədə olduğu elmlərin metodologiyaları ilə müəyyənləşdirilir; buya digər metodun tətbiqi kulturoloji problemin istiqamətindən, ona məhz hansı aspektdən yanaşılmasından asılıdır». Alimin fikrincə, kulturologiyanın metodikası ən ümumi formada ictimai elmlərin mövcud metodologiyalarına əsaslanır.

   Bu bölmədə həmçinin kulturologiyanın müasir elm olması, cəmiyyətdə sosial fenomen anlayışı izahının, həmçinin mədəniyyətlərarası dialoqun intensivləşməsi fonunda, XX əsrin ikinci yarısından etibarən inkişaf etməyə başladığını diqqətə çatdırır. O, kulturologiya ilə mədəniyyətşünaslıq arasındakı qarşılıqlı münasibətlərə də dərin və miqyaslı nəzər salmaqla maraqlı təhlillər aparır.

   Kitabın sonuncu bölməsi “Muzeyşünaslıq” adlanır. Burada sahənin tarixi və nəzəri məsələləri dünya muzeyşünaslığı kontekstində tədqiq olunur. Alim müasir ictimai-humanitar elmlərdən olan muzeyşünaslığın muzeylərin tarixini, ictimai, maarifçi-tərbiyəvi və pedaqoji funksiyasını, muzey işinin nəzəriyyə və metodikasını öyrənən fundamental elmi fənn olduğunu qeyd edir, Azərbaycanda muzey işi tarixinin elmi müstəvidə araşdırılmasının ötən əsrin 90-cı illərindən vüsət aldığını bildirir.

   Müəllif Azərbaycanda muzey işinin inkişafını, yeni muzeylərin təşkilinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu faktlarla nəzərə çatdırır. Böyük öndərin respublikaya rəhbərlik etdiyi dövrlərdə muzeylərin sayının sürətlə artmağa başladığını, Azərbaycanda görkəmli elm və mədəniyyət xadimlərinin çoxlu sayda ev muzeylərinin yaradıldığını qeyd edir. Tədqiqat əsərində ulu öndərin öz xatirəsinə həsr olunmuş muzeylər şəbəkəsindən də əhatəli bəhs edilir.

   Azərbaycan mədəniyyəti və onun ayrı-ayrı sahələrinin tədqiqi baxımından fundamental mənbə olan «Mədəniyyətdə tarixilikmüasirlik» kitabı həm də əvəzsiz dərs vəsaiti kimiböyük əhəmiyyətə malikdir.

  

 

   Apdin Əlizadə,

   ADMİU-nun kulturologiya

   fakültəsinin dekanı

 

   Mədəniyyət.- 2012.- 29 fevral.- S. 11.