Azərbaycan turizmi Milan sərgisində maraq doğurub

 

   Xəbər verdiyimiz kimi, İtaliyanın Milan şəhərində «BİT 2012» beynəlxalq turizm sərgisi keçirilib.

 

   Tədbirdə Azərbaycan Mədəniyyət Turizm Nazirliyi tərəfindən ölkəmizin turizm potensialını nümayiş etdirmək üçün 40 kvadratmetrlik lövhə icarə edilib. Azərbaycan turizmi haqqında məlumatlar ziyarətçilərə Turizm şöbəsinin Turizmin marketinqi təbliğatı sektorunun müdiri Vüqar Şıxəmmədov Bakı Turizm İnformasiya Mərkəzinin əməkdaşı Günel Əliyeva tərəfindən təqdim edilib. Sərgidə Azərbaycan Dövlət Mahnı Rəqs Ansamblının 4 nəfər üzvü «Geo Travel», «Gilan Turizm» Millennium Tourism and Congress DMC”nin əməkdaşları da iştirak ediblər.

   Vüqar Şıxəmmədovun sözlərinə görə, dünyanın 130 ölkəsindən 2287 şirkətin iştirak etdiyi sərgidə Azərbaycanın stendinə böyük maraq olub: “Lövhəmizi ziyarət edənlər əsasən bölgələrimizlə bağlı suallar verirdilər. Bakıda keçiriləcək “Eurovision” musiqi yarışması ilə maraqlananlar da çox idi. Qeyd edim ki, yanvar ayından etibarən təmsil olunduğumuz bütün beynəlxalq sərgilərdə təqdim etdiyimiz reklam-çap məhsullarında «Eurovision» musiqi yarışması ilə bağlı məlumatlar tədbirin loqosu da öz əksini tapır. Ziyarətçiləri tədbirin harada keçirilməsi, ölkəyə qədər insanın gəlməsi, Bakı haqqında məlumatlar s. maraqlandırırdı. Biz onlara bu haqda geniş məlumatlar təqdim edirdik».

   Sərgi günlərində Dövlət Mahnı Rəqs Ansamblının üzvlərinin çıxışları da maraqla qarşılanıb. İtaliyanın «Rai» telekanalı çıxışlardan birini lentə alıb yayımlayıb. Bundan əlavə, Azərbaycan nümayəndə heyəti tərəfindən İtaliyanın mətbu orqanlarına BİT sərgisinin rəsmi qəzetinə müsahibələr verilib.

  

 

   Fəxriyyə Abdullayeva

 

   Mədəniyyət.- 2012.- 29 fevral.- S. 3.