Kitabxanada böyük ədibə həsr olunmuş tədbir

 

   Binəqədi Rayon Mərkəzi Kitabxanasının 6 nömrəli filialında böyük mütəfəkkir, Azərbaycan milli dramaturgiyasının banisi, ictimai xadim Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illiyinə həsr edilmiş tədbir keçirilib. Ölkə başçısının “Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında” 2010-cu il 13 aprel tarixli sərəncamına uyğun olaraq keçirilən tədbirdə böyük mütəfəkkirin həyat və yaradıcılığı haqqında məlumat verilib, onun Azərbaycan dramaturgiyasının inkişafındakı rolu qeyd edilib. Sonda məktəblilərin ifasında ədibin əsərlərindən nümunələr səsləndirilib, M.F.Axundzadənin həyat və yaradıcılığına həsr edilmiş sərgi nümayiş olunub.

 

 

   Mədəniyyət.- 2012.- 6 iyul.- S. 5.