Turizmin regionlarda iqtisadi inkişafa təsiri
Quba və Xaçmazda
dəyirmi masa keçirilib
Mədəniyyət və
Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi Azərbaycanın
regionlarında turizm sektorunun vəziyyəti, dövlət tənzimlənməsi,
iqtisadi-sosial tələbatlarının
öyrənilməsi ilə
bağlı silsilə
tədbirlər keçirir.
Mərkəzin
Hüquqi-normativ tənzimləmə
və iqtisadiyyat şöbəsinin rayon (şəhər)
mədəniyyət və
turizm şöbələrinin
təşkilatçılığı ilə iyulun 4-də Qubada, 5-də isə Xaçmazda keçirdiyi
“Turizmin regionların iqtisadi inkişafına təsiri və prioritet istiqamətləri”
mövzusunda dəyirmi
masa da bu
qəbildən idi. Tədbirlərdə hər iki rayonun mədəniyyət
və turizm müəssisələrinin əməkdaşları,
turizm, mehmanxana fəaliyyəti ilə məşğul olan sahibkarlar və digər mütəxəssislər
iştirak edib.
Quba rayonunda təşkil
olunmuş dəyirmi masanı Elmi-Metodiki Mərkəzin direktor müavini Polad Zeynalov açaraq turizmin regionların sosial-iqtisadi inkişafına
təsiri barədə
məlumat verib. Mərkəzin şöbə müdiri
Məzahir Qarayev sosial-iqtisadi inkişafın
tarazlı dinamikasının
təmin olunmasında
respublikanın təbii
insan və coğrafi resurslarından səmərəli istifadənin
əhəmiyyətindən söz açıb.
Ölkəmizin təbii, tarixi,
mədəni sərvətləri
ilə unikal turizm ehtiyatlarına malik olması, təbii sərvətlərinə,
zəngin milli-mədəni
irsinə, adət-ənənələrinə,
qonaqpərvərliyinə görə
tanınmasından danışıb.
Qeyd olunub ki, Azərbaycan iqtisadiyyatının
qarşısında duran
mühüm vəzifələrdən
biri böyük həcmli neft gəlirlərindən səmərəli
istifadə etməklə
ölkəmizdə davamlı
inkişafı təmin
edən qeyri-neft sahələrinin rəqabət
qabiliyyətinin artırılmasına
nail olmaqdır. Son illər Azərbaycanda bu sahədə problemlərin həll edilməsi, yerli, regional və beynəlxalq infrastruktur layihələrinin
həyata keçirilməsi
ölkənin sosial-iqtisadi
inkişafında mühüm
rol oynayır.
Azərbaycan Turizm İnstitutunun
müəllimi Çingiz
Gülalıyev “Quba rayonunun davamlı inkişafında turizmin rolu - kənd, dağ, qış turizmini formalaşdıran
amillər” mövzusunda
məruzə ilə çıxış edib.
Yerlərdə həyata keçirilən
infrastruktur layihələrinin,
quruculuq işlərinin
turizmin inkişafına
müsbət təsir
etdiyini nəzər çatdırıb.
Quba Rayon İcra Hakimiyyəti başçısının təhsil,
səhiyyə və mədəniyyət məsələləri
üzrə müavini
Afət Həsənova
turizmin inkişafı
üçün rayonda
görüləcək tədbirlər,
Mədəniyyət və
Turizm Şöbəsinin
müdiri Elxan Məhərrəmov “Quba rayonunda turizmin mövcud durumu və inkişaf perspektivləri” mövzusunda
məruzə ilə çıxış ediblər.
Heydər Əliyev Mərkəzinin
direktoru Elza Orucova, Quba Tarix-Diyarşünaslıq
Muzeyinin direktoru Məryəm Hacıyeva turizmin inkişafında mədəniyyət müəssisələrinin
rolundan danışıblar.
Tədbirdə
turizm fəaliyyətinin
stimullaşdırılması, kadr çatışmazlığı
probleminin həlli, turistlərin regiona cəlb olunması və s. məsələlər
ətrafında müzakirələr
aparılıb.
* * *
Xaçmazda təşkil olunan dəyirmi masada rayon İcra Hakimiyyəti başçısının təhsil,
səhiyyə və mədəniyyət məsələləri
üzrə müavini
Yetkin Mehmanov, Mədəniyyət və
Turizm Şöbəsinin
müdiri Nazim Ağayev, Heydər Əliyev Mərkəzinin direktoru Könül Əsgərova, Xaçmaz
Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Aqil Əlisultanov çıxış ediblər.
Çıxışlarda bölgədə turizmin inkişafından, xüsusilə kənd turizminin mövcud vəziyyəti və inkişaf perspektivlərindən,
turistlərin muzeylərə
cəlb olunması barədə söz açılıb.
Dəyirmi masada mövzu
ilə bağlı müzakirələr aparılıb,
mədəniyyət və
turizm şöbələri
üçün rayonların
xüsusiyyətləri ayrı-ayrılıqda
nəzərə alınaraq,
yerli turizm potensialından səmərəli
istifadə, turizmin müxtəlif növlərinin
inkişaf etdirilməsinə
dair təkliflər paketi hazırlanıb və təqdim olunub.
Bu qəbildən
tədbirlərin digər
rayonlarda da davam etdirilməsi nəzərdə tutulur.
Mədəniyyət.-
2012.- 11 iyul.- S. 7.