Pantomima Teatrında yeni tamaşa - “No comment” -
“Şərhsiz”
İyulun 8-də
Dövlət Pantomima Teatrının səhnəsində
“No comment” (“Şərhsiz”) tamaşası nümayiş
olundu.
Əməkdar incəsənət xadimi, teatrın baş rejissoru Bəxtiyar Xanızadə,
rejissorlar Bəhruz Əhmədli və Əflatun Abdullayevin birgə quruluş verdikləri tamaşada konkret ideya yoxdur.
Bəhruz Əhmədlinin
sözlərinə görə,
burada hər tamaşaçıya yaxın
hisslər var: “Hər kəs özünü burada görə bilər. Çünki hadisələr reallığa
söykənir və ayrı-ayrı həyat hadisələrini əhatə
edir”.
Tamaşa şərh verilməsi
mümkün olmayan həyat reallıqlarının
səhnə təcəssümündən
ibarətdir. Kiçik hissələrdən
ibarət tamaşada insan həyatı, cəmiyyət göstərilir.
Nə etməyindən, nə cür yaşamağından
asılı olmayaraq, sonda səni həyatın sonu, ölüm gözləyir.
Tamaşanın
digər rejissoru Əflatun Abdullayev hər hadisəyə fərqli və çoxşaxəli baxışın
olduğunu dedi: “Bu bir növ yaradıcı
axtarışdır. Hər nömrənin
rejissoru öz yozumunu göstərməyə
çalışıb. Buna görə də
ümumilikdə nömrələri
“Şərhsiz” adlandırdıq”.
Boz və qara ab-hava tamaşa boyu hökm sürür. Qətl səhnələri,
atılmış klounlar,
əqli və ruhi xəstə insanlar toplusu mənasız yaşamı
qabardır. Minor musiqinin müşayiəti,
boz-qara geyimlər, qara fonlu boş
səhnə tamaşanın
təsir gücünü
artırır.
Əvvəldə göstərilən quru ağac sonda yaşıllaşır.
Bu da səhnə
əsərinə postmodernist yanaşmadan çıxaraq
humanistlik fikri gətirmiş olur.
Tamaşanın rəssamı Sənubər
Səmədova, musiqi tərtibatçıları Bəhruz
Əhmədli, Əflatun
Abdullayev, plastik həll üzrə rejissor Bəxtiyar Xanızadədir.
Rolları Əməkdar artist Nargilə
Qəribova, Elnur İsmayılzadə, Ceyhun
Dadaşov, Əli Əlizadə, Səbinə
Hacıyeva, Nurlan Rüstəmov, Solmaz Bədəlova, Səbirə
Həsənova və digərləri oynayırlar.
Reyhan
Mədəniyyət.-
2012.- 11 iyul.- S. 5.