Sənədli filmlərimiz beynəlxalq festivallarda mükafat qazanıb

 

   Top həm düşər, həm qalxarfilminin növbəti uğuru

  

   Rusiyanın Yakutsk şəhərində IV Beynəlxalq idman filmləri festivalı başa çatıb.

   Əsas müsabiqə proqramı 150 filmdən ibarət olan kinofestivalda ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Portuqaliya, Ukrayna, İran, Özbəkistan və digər ölkələrdən təqdim olunmuş müxtəlif səpgili idman filmləri bir neçə nominasiya üzrə yarışıblar.

   Azərbaycan kinosunu festivalda rejissor Arzu Urşanın 2011-ci ildə “Salnamə” studiyasında çəkdiyi “Top həm düşər, həm qalxarfilmi təmsil edib. Ekran əsəri münsiflər heyətinin yekdil qərarı ilə festivalın “Ən yaxşı sənədli film” nominasiyasında birinci yerə layiq görülüb.

   Festivalın bağlanış mərasimində mükafatı qəbul edən Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov tədbirin yüksək səviyyədə keçirilməsinə görə təşkilatçılara minnətdarlığını bildirib.

   Qeyd edək ki, Azərbaycanda futbolun yaranmasının 100 illiyinə həsr olunmuşTop həm düşər, həm qalxar” sənədli filmi bu ilin mayında İstanbulda keçirilmiş beynəlxalq idman filmləri festivalında “İdman klubu haqqında ən yaxşı sənədli film” nominasiyasında qalib olub. Film həmçinin ötən ilin sentyabrında Rusiyanın Lipetsk şəhərində keçirilən “Atlant” VIII Beynəlxalq idman filmləri festivalında, noyabrda isə İtaliyanın Milan şəhərində keçirilən beynəlxalq idman filmləri festivalında uğur qazanıb.

  

   İz...QalaFiladelfiyada diploma layiq görülüb

  

   Heydər Əliyev Fondunun dəstəyi Mədəniyyət Turizm Nazirliyinin sifarişi iləSalnaməstudiyasında lentə alınanİz...QalaAzərbaycan sənədli filmi ABŞ-ın Filadelfiya şəhərində keçirilmiş “Philadelphia Documentary & Fiction Festival” Beynəlxalq kinofestivalınınMünsiflərin xüsusi xatırlatmasınominasiyasının diplomuna layiq görülüb.

   Filmin rejissoru Şamil Əliyev bildirib ki, “İz...Qalafilmi etnoqrafik janrda çəkilib Abşeronun Qala kəndinin qədim tarixindən zəngin ənənələrindən bəhs edir.

   Filmin ssenari müəllifi Nadir Bədəlov, operatoru Elşən Həsənoğlu, rəssamı Rafis İsmayılov, bəstəkarları Elmir Mirzəyev, Rauf Əliyevdir.

 

 

   Mədəniyyət.- 2012.- 11 iyul.- S. 2.