Canlı saz-söz Abidəmiz –

 

   hicrlə kef çəkən, dərd alıb-qəm satıb nəf eyləyən Aşiq-Aşıq Ələsgərimiz!..

  

   “Mənim adım Ələsgərdi, Dərdim dillərdə əzbərdi”, - deyə bir misra söz ilə öz avtoportretini yaratmış ustadımız, xalq akademiyasına timsal rəssamımız.

 

   Öz təbirincə “dərdi”, bizcə isə şeirləri dillərdə əzbər əsl xalq şairimiz...

  

   Bu aşiqin elə sözləri, misraları var ki, qaraqaş-qaragöz gözəllərə bənzəyir.

   Bu Aşığın bəzi bəndləri, qoşmaları dahilər fırçasından çıxmış portretləri, tabloları, peyzajları andırır.

   Bu başdan-başa anadil, xalqgil, elnəfəs şair incə mətləbləri elə ustalıqla çözüb-canlandırır, sanki analar lal balalarını qandırır. Deyir; “Adını demirəm - eldən ayıbdır, Filankəsin qızı filan oynasın”. Ərz edir; “Bir baş ki ilqara qurban getməsin, Onu bir qarpıza dəyişmək olar”. Şaqqanaqlayır; “Sənin ərin ölsün, mənim arvadım, Düşsün aramıza vay, gülə-gülə”...

   Bu möcüzə vizuallıqlardan sonra elənçi bir ilahi “kameraman” haqda belənçi bir bəndəvi fikir işlətməyəkmi ki, Aşıq Ələsgər öz dövrünün bütün gözəllik və özəlliklərinin universal foto-kinematoqrafı olub...

   Buna qədər o, həyatın çox binəsiz-müəllimsiz məktəblərindən dərs alıb. İlk məhəbbət “dərs”i isə onun ömür karvanının əbədi sarbanı olub. Və onun barəsindəki deyimlərdən biri də belə olub:

  

   Yardan olub var olan...

  

   Yüz ilə yaxın üstünə telli saz basdığı o sinənin altındakı ürək nələr çəkməyib?! Bir az uzaq el-obalarda, məclis-mərəkələrdə “Yazıq Aşıq Ələsgəri Çəkməyə dara xoş gəldin” kimi gözəlləmələr söylədiyi gözəllər elə zənn edirmişlər ki, bu “yanmış” kişinin eşqdən savay özgə bir dərd-səri yoxdu. Daha demirmişlər ki, kasıblıq dərdindən sevgi gözünün ilk ovu - Səhnəbanısı əlindən alındığından, kamı yanmış bu aşiqin tək elə yaşı 40-ı keçməyib, həm də arzu-murazının qırxı çıxıb...

   Zəmanəsinin Leyli-Məcnun dastanına çevrilmiş Səhnəbanı-Ələsgər sevgisinin hicran qanı böyük aşıq-şairin ömrünün sonunadək qurumayıb. Qırx yaşınadək evlənməyən aşıq o Səhnəbanının əmisi “Pullu Məhərrəm”in fağır qızı zorla öz gavur oğluna alması səbəbindən için-için ağlasa da, heç kəsi narahat etməyib, heç kimə heç nə deməyib - qohumu Zöhrə ilə “deyişmə”sindən savayı:

  

   Ələsgər:

   Söylə, qasid, müxtəsəri-vəssalam,

   Ərzimi canana dedin, dedi?

   Bülbültək asmana yetişib nalam,

   Səhni-gülüstana dedin, dedi?

  

   Zöhrə:

   Nakəs müxənnətin boynu vurulsun,

   Vay düşsün evinə, şivən qurulsun,

   Məhərrəmin oğlanları qırılsın,

   Qalmasın yurdunda nişana! - dedi.

  

   Haqq aşıqlarının bir-biriylə deyişməsi, haqq-hesablaşması onların ömür yollarındakı təsadüfi-zəruri bir işdirsə, dövr-dövranlarının vəsfi, zəmanələrilə əyiş-üyüşmələri bir sənət, bir peşədir. Sənətkar adı, aşıq namı xatirinə yeyimindən kəsib geyim-keciminə verən bubəxtəvər”ə köks ötürən dövrandaşları hələ çox sonralar biləcəkdilər ki, Azərbaycan dilinin, Azərbaycan poetik fikrinin, aşı-aşiq fəlsəfəsinin bu canlı akademiyası bir əlində saz, bir əlində çin, dəryaz, yaba yaşayıb. Hərəkəti ilə bərəkət becərib, ilhamıyla sənət. Atasının - ağkilsəli Alməmməd kişinin tay-tuşları deyirmişlər ki, o il ki sən evlənib övrəti-yarınla birləşdin, bədxahlar Vətənimizi ayırdılar, gözümüz Arazda dirəndi. Ondan sonra doğulan Ələsgər balamızın hesabına, inşallah, sözümüz sərhəd tanımaz...

   Bu “bəxtəvəraşiq-aşığın tərcümeyi-halındaPullu Məhərrəmkimi cəmiyyət kötüklərilə bahəm, təbiət kötüyü olub. İllərin birində dolanışıq üçün əkdiyi taxıl zəmisini sahənin ortasındakıQozqaradeyilən nəhəng bir kötüyə tapşırıb şənliklərə gedən, qayıdanda isə yağış-dolunun viran etdiyi sünbülləri görən aşıq həminqaravulçuilə belə birdeyişməeləyir:

  

   Kötük:

   Aşıq, meydanı yalqız alıbsan,

   Söz deyim - sözünə barabar olsun.

   Nahaq qandı ortalığa salıbsan,

   Elə tut, ondan xeyir kar olsun!

  

   Aşıq Ələsgər:

   Ələsgər, başına qəhətdi peşə?

   Darı əkib yeməyibsən həmişə?

   Sazı bas sinənə, təcnisdən döşə,

   Yığ urzunu, verən əllər var olsun!

  

   Hələ cavanlığındansöz kanı”, “kəlamül-aləmadlarıyla anılan bu sənətkara səxavət göstərən, verən əllər az olmayıb - Allah şeir-sənət Dədəmizə yardım edib onu xəcil qoymayan babalarımıza rəhmət, onların bugünkü nəsil-nəcabətlərini var eləsin. Amma bu nəhəng el aşığı sənətdə olduğu kimi, əmək-zəhmətdə ad çıxarıb. Ustad aşıqlardan saz-söz, halal əkin-biçinçilərdən tər-nər dərsləri alıb, yüz beş illik ömrünü sənət torpaq ətri ilə süsləndirib. Ömrünün sonlarındaXudam səni, məni yoxdan yaradıb, Sən bircə milçək yarat, ərməni!” dediyi haramzadaların təpkisilə didərgin düşən böyük sənətkar Kəlbəcərdə dəyirmançı da işləməli olub. Lakin Dədə Aşığın əkib-becərdiyi, ilhamında üyütdüyü təkrarsız sənət nümunələri dünyanın bütün torpaqlarının yetirdiyindən, bütün dəyirmanlarının üyütdüyündən daha dadlı, daha şanlı, daha əbədidir. Məsələn, dünyadadünya malıdeyilən bütün şeylər köhnəlir , azalıb-çoxalır, ucuzlaşıb-bahalaşır da, onunBahalıqmüxəmməsi isə böyük sənət qalasının təkrarsız ornamenti kimi əbədi qalasıdır:

  

   İnnən belə başımızda

   Namərdlərin töhmətidi.

   Hansı məclisə gedirsən -

   Arpa-buğda söhbətidi.

   Kartof ilə ayranaşı

   Süfrəmizin zinətidi.

   Buraya bahalıq salan

   Qeyri yerin millətidi.

   işə əl atırıqsa,

   Oluruq peşman, bahalıq!..

  

   Deyir!..

  

   Bunu bircə söz, yalqız kəlmə sanmayın - nida işarəsini da hesaba alın. Özü fikrinbaş qəhrəman”ı qiyafəsində. Yəni deməyinə hamı deyir - bütün yazı-pozuçular, natiqlər, xüsusən şairlər aşıqlar. Amma - iraq barmaqla sayılası ustadlardan - deyirlər, necə deyirlər? Məsələn, elə Dədə Ələsgərin müasiri olmuş (“Tazə həyatqəzetində qəşəngcə lağa qoyulmuş) birşair”imiz kimi deyənlər var: “Ağacda oturmuş sərçə, Sən uzunsan, ey küçə, Ey qaraqaş-qaraşüvən beçə?!”

   Dədə Ələsgər isə bütün şeirləri, hətta hər misrası, hər kəlməsi ilə zirvə deyir!

   Siz bir bu haqq aşiqininnahaqqməhkumluğuna baxın! Deyir: “Yazıq aşıq Ələsgəri Çəkməyə dara xoş gəldin!..

  

   Elə birməhkum”untacir”liyi belə olmamalıydımı ki,

   deyir:

   Ala gözlüm, səndən ayrı düşəli

   Hicranın qəmiylə kef eyləmişəm.

   Günüm ahnan-vaynan keçib dünyada -

   Dərd alıb, qəm satıb, nəf eyləmişəm!..

  

   Bu böyük fikir-zikrmühasib”inin aşağıdakıdeyir”ini istənilən rəqabətdə istənilən rəqibə şamil etmək olmazmı ki,

  

   deyir:

   Ələsgərin nəfsi binadan toxdu,

   Səxavətin yoxdu, sözlərin oxdu,

   Bizim borcumuzdan sizinki çoxdu-

   İstəyirsən gedək, gecə yatmayaq...

  

   Onun deyən üzvü - bütün ac-yalavac könülləri təamü-eşqlə barındıran dili dilənçilik kimi əskikliyi urvata mindirmirmi ki,

  

   deyir:

   Vəsfini söyləyim, qəflətdən ayıl,

   Gərdənə yaraşır qızıl həmayıl.

   Həsrətin çəkənlər olubdur sayıl -

   Yığır qapılardan pay, sarıköynək!..

  

   Bu yeri behiştliyin dörd misralıq bir bəndi bu ədəbi dünyada söz-adamlarla bez-adamların cənnət-cəhənnəmliyinə fətva, azad-məhkumluğuna ədəbi-ədalət məhkəməsi deyilmi ki, deyir:

   Ələsgər, üsyanın çıxıbdır sandan,

   Öldürsən zənburu əl çəkməz şandan.

   Hərcayıdan, müxənnəsdən, nadandan

   söz qaldı sənətkara dəyməmiş?!.

  

   ... sənətkar barədə sözlər, deyilənlər

  

   Qələmlə yox, dili iləyazanbu böyük el aşığı xalq, dil-ağız adlışifahi nəşriyyatlar”da çap edilə-edilə qısa müddət ərzində bütün Azərbaycan şairi, türk dünyası sənətkarı kimi tanındı. Haqqında dastanlar qoşuldu, müdrik deyimlər deyildi, tanıtımlar yapıldı.

   Akademik Həmid Araslı: “Aşıq Ələsgər bütöv bir xalq akademiyasıdır”.

   Professor Yaşar Qarayev: “Peyğəmbərlərin sonuncusu Məhəmməd peyğəmbər, peyğəmbər aşıqların sonuncusu isə, hələlik, Aşıq Ələsgərdir”.

   Professor Hüseyn İsmayılov: “...Sazın, Sözün sehrində sintezləşən, Tanrı dərgahına ucalan musiqinin, səsin, sözün, dünyanı estetik biçimdə dərk ifadə edən fikrin ən möhtəşəm daşıyıcısı Aşıq Ələsgərin adı önündə işlənə biləcək epitetlərin ən uğurlusu Dədədir. Əgər orta çağ Oğuzu onun adına kitab bağlasaydı, onu hökmənDədəm Ələsgərin kitabıadlandırardı: eyniləKitabi-Dədə Qorqudkimi...”

   ... bəndəniz: Aşıq Ələsgər Nizami, Füzuli, Nəsimi dənizinə bütöv bir xalq çayı kimi axıb bu dəniz okean olana qədər axacaq...

   Bunlar Dədəmiz haqda indiyə qədər deyilmişlərin, olsa-olsa, bir faizi...

   Səksən altı ildir cismən yeni heç deməyən bu ümumtürk Söz Abidəmiz haqda innən sonra nələr deyiləcək? Saysız-hesabsız sayda qədərsiz qədərdə! O intəhasız gələcəklərə gedə bilməsək , bu reallığı yüzbir faiz təxmin edə bilərik...

  

 

   Tahir Abbaslı

 

  Mədəniyyət.- 2012.- 11 iyul.- S. 13.