Üzeyir tərənnümçüsü

 

   Azərbaycan rəssamlar ordusu sıralarında belə bir ad var: Hüseyn Hacıyev. O, 1947-ci ildə Bakıda, ziyalı ailəsində dünyaya gəlib. Hüseyn hələ kiçik yaşlarından rəssamlığa həvəs göstərirdi.

  

   Gah evdə ailə üzvlərinin, gah da həyətdəki yaşıdlarının rəsmlərini çəkirdi. Bu rəsmlər əldən-ələ gəzir, qohumların, qonşuların böyük marağına, təəccübünə səbəb olurdu. İllər keçdikdən sonra gənc Hüseyn rəssam olmaq arzusu ilə sənədlərini Azərbaycan Dövlət İncəsənət İnstitutunun rəssamlıq fakültəsinə təqdim edir. Burada təhsil alarkən o, müəllimlərindən rəssamlıq sənətinin incəliklərini öyrənir bu sənətə olan həvəsi daha da artır. Hələ tələbə ikən onun çəkdiyi rəsmlər Bakının sərgi salonlarında nümayiş etdirilir. 1975-ci ildə İnstitutu fərqlənmə diplomu ilə bitirən Hüseyn Hacıyev respublikanın müxtəlif təşkilatlarında tərtibatçı rəssam işləyir.

   Xidməti işlərini görməklə yanaşı, rəssam həm fərdi yaradıcılıqla məşğul olmuşdur. 1983-cü ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Hüseyn Hacıyev dəfələrlə müsabiqələr laureatı olmuş, fəxri fərmanlarla təltif edilmişdir. Fırçasını rəssamlığın, demək olar ki, bütün janrlarında sınamışdır. Özünün dediyinə görə isə plakat portretlər mövzusu onun ən çox sevdiyi sahədir. Bu qəbildən olan Dədə Qorqudun, M.Ə.Sabirin, C.Məmmədquluzadənin, S.Vurğunun, Q.Qarayevin portretləri hazırda respublikamızın rəsm qalereyalarını, sərgi salonlarını bəzəməkdədir.Qovun nar”, “Balıq soğan”, “Ananas s. kimi natürmortlarına baxdıqca tamaşaçı onun, eyni zamanda natürmort ustası olmasını da təsdiqləyir.

   Rəssam 200-dən artıq kitaba bədii tərtibat vermişdir. 1984-cü ildə müqəddəsQurani Kərim”in Azərbaycan dilinə tərcüməsi Hüseyn Hacıyev Xalq rəssamı Oqtay Sadıqzadənin birgə bədii tərtibatında işıq üzü görüb. Əli VəliyevinQaşsız üzük” (1976), Mirzə Ələkbər Sabirin fars dilində nəşr edilmişHophopnamə”si (1977), Molla Vəli Vidadinin əsərləri (1977), Əhməd Bakıxanov haqqındaOnun sarı simiadlı xatirələr kitabı (1985), Qumral SadıqzadəninMənim nakam qardaşım” (2002), Fazil RəhmanzadəninLütfiyar İmanov” (2008) s. kitabların tərtibatçı rəssamı Hüseyn Hacıyevdir.

   Rəssamın gözəl musiqi duyumu da var. Royalda ifa edir, bəzi musiqi pyeslərinin, etüdlərin, sonatinaların, miniatürlərin müəllifidir. Təsadüfi deyil ki, onun tərtibat verdiyi kitabların əksəriyyəti klavir partituralardan ibarətdir. Bunlara nümunə olaraq biz, İ.S.Baxınİki üçsəsli invensiyalar” (1979), Üzeyir HacıbəylininLeyli Məcnunoperasının klaviri (bəstəkar Sərdar Fərəcovun redaktəsi ilə, 2008), Hacı XanməmmədovunSənin gözlərin” (1983), Elza İbrahimovanınMahnılar” (1980), Tofiq Bakıxanovun “Tar ilə simli kvartet üçün iki nömrəli konsert” (1988), BülbülünAzərbaycan xalq mahnıları” (1981), Səid RüstəmovunAzərbaycan xalq rəngləri” (1980), Asəf ZeynallınınUşaq süitası” (1981), Azər RzayevinMahnılar” (1980), Telman HacıyevinMahnılar” (1980), Qara QarayevinYeddi gözəl” (1988), Arif MəlikovunMəhəbbət əfsanəsibaletinin (1982) klavirini göstərə bilərik.

   Bu yazıyaÜzeyir tərənnümçüsüadı verməyimiz heç təsadüfi deyil. Belə ki, Hüseyn Hacıyev dahi Üzeyir bəy irsinin vurğunudur. O, dəfələrlə bəstəkarın əsərlərinin nəşrlərinə tərtibat vermiş, illüstrasiyalar çəkmiş, bəstəkarın obrazlarını yaratmış onun əsərlərinin personajlarının surətlərini işləmişdir. Məsələn, 1984-85-ci illərdə Üzeyir Hacıbəylinin 100 illik yubileyi ilə əlaqədar olaraq UNESCO-nun sifarişi ilə akademik nəşrə hazırlananLeyli Məcnun”, “Koroğluoperalarının partitura klavirlərinin, “SənsizSevgili cananromanslarının klavirlərinin baş rəssamı olmuş, dəfələrlə onun əlyazmalarını bərpa etmişdir. Rəssam həmçinin dahi bəstəkarın qardaşları Zülfüqar Ceyhun Hacıbəylilərin orijinal portretlərini yaratmışdır. Hazırda Üzeyir Hacıbəylinin ev-muzeyinin rəsm qalereyasının divarlarını rəssam Hüseyn HacıyevinArşın mal alan”, “Leyli Məcnun”, “O olmasın, bu olsun”, “Koroğluəsərlərinə çəkdiyi gözəl rəsmlər bəzəyir. Son zamanlarda isə rəssamÜzeyir Hacıbəyli Cəlil Məmmədquluzadəadlı yeni bir rəsm işləyərək muzeyə təqdim etmişdir. Çox maraqlıdır ki, sənətkar bu rəsmlərin əksəriyyətini təbii boyalarla işləyir. Özünün dediyinə görə, bu təbii boyaları o, müxtəlif bitkilərin şirəsindən hazırlayır.

   Hüseyn Hacıyevin əsərləri ilə təkcə Azərbaycan tamaşaçıları deyil, dünyanın bəzi ölkələrinin sənətsevərləri tanışdırlar. Buna misal olaraq biz rəssamınŞah İsmayıl Xətainin musiqi şeir məclisiadlı miniatür əsərini göstərə bilərik. Bu əsər Fransada da böyük marağa səbəb olmuşdur.

   Rəssam həm gözəl dekorçudur desək, yanılmarıq. O, Bakı MetropolitenininNeftçilərstansiyasındakı mozaik görüntülərin müəlliflərindən biridir. Rəssam şəhid döyüşçülərin barelyeflərini, qorelyeflərini yaratmışdır. Yasamal rayonunda 60 saylı məktəbin divarındakı şəhid Paşa Nəzərovun mərmərdən düzəldilmiş barelyefinin müəllifi Hüseyn Hacıyevdir. Onun çəkdiyi rəsmlər Milli Azərbaycan Tarixi Musiqi Mədəniyyəti muzeylərində, həmçinin başqa ev-muzeylərində özünəməxsus yer almışdır.

   Hüseyn Hacıyev dəfələrlə respublikamızda və xaricdə keçirilən müsabiqələrin diplomlarına layiq görülmüşdür. O, hazırda Bakı Musiqi Akademiyasında tərtibatçı rəssam vəzifəsində çalışır. Fərdi yaradıcılığını da durmadan davam etdirən sənətkara möhkəm cansağlığı və yeni-yeni uğurlar arzulayırıq.

  

 

   Gülnarə Ələsgərova,

   Üzeyir Hacıbəylinin ev-muzeyinin

   ekspozisiya şöbəsinin müdiri

 

   Mədəniyyət.- 2012.- 13 iyul.- S. 10.