Rəssamlarımız Moskvada incəsənət festivalının mükafatlarına layiq görülüblər

 

   “Ənənələr və müasirlik” beynəlxalq festivalının yekunlarına əsasən, Məryəm Ələkbərli “Yeni baxışa görə” nominasiyasında, Rəşad Mehdiyev isə “Milli özgürlüyə görə” nominasiyasında qalib gəliblər

  

   Moskvanın “Manej” Mərkəzi Sərgi Salonunda iyulun 4-dən 10-dək keçirilmiş “Ənənələr və müasirlik” VI Beynəlxalq incəsənət festivalının qalibləri elan olunub. İyulun 11-də Moskvanın “Et Cetera” teatrında festivalın yekunlarına dairVera” mükafatının təntənəli təqdim olunma mərasimi keçirilib.  

 

   Təntənəli mərasimi festivalın təşkilatçısı, Mədəniyyət və Müasir İncəsənətin Dəstəklənməsi İctimai Fondunun prezidenti Vera Kisilyova açaraq “Ənənələr və müasirlik” festivalının başa çatdığını bildirib. O, Moskvada sənətini nümayiş etdirmiş bütün iştirakçıları təbrik edib. Qeyd edib ki, festival müasir incəsənətdə yeni adların kəşf olunması məqsədilə keçirilirbu il beynəlxalq münsiflər heyəti müxtəlif nominasiyalarda 22 qalib seçib.

   Festivala dəstək verən “World for Culture and Peace” Beynəlxalq Fondunun rəyasət heyətinin sədri Mark Leyvikov bildirib ki, mükafatlara yaxşıların yaxşısı, incəsənət sahəsində öz sözünü demiş iştirakçılar layiq görülüblər.

   Sonra mükafatlar qaliblərə təqdim edilib. Azərbaycanın istedadlı rəssamı Məryəm Ələkbərliyə “Qızılgül, qızılgül, qızılgül” işinə görə rəssamlıq bölməsi üzrə “Yeni baxışa görə” nominasiyasında bürünc heykəlcik və diplom təqdim olunub.

   İncəsənət sahəsində öz tutarlı sözünü demiş Məryəm Ələkbərli mükafata görə təşəkkürünü bildirib.

   Sərginin birinci günündən təşkilatçılar deyirdilər ki, festival çərçivəsində incəsənət səmasında yeni ulduz - gənc və istedadlı Azərbaycan rəssamı Məryəm Ələkbərli parlamağa başlayıb. Moskva Müasir İncəsənət Muzeyində rəssamın kuratoru Olqa Sviblova onun yaradıcılığını belə səciyyələndirib: “Məryəm incəsənətlə yaşayır. Özünü incəsənətdə tapan rəssam əsərlərini dünya ilə başlıca ünsiyyət vasitəsinə çevirib. Bəlkə buna görədir ki, onun rəsm mesajı belə güclü və inandırıcıdır”. Azərbaycanlı rəssamın işləri müasir sənətsevərlərdə böyük maraq doğurub. Sərginin açılışına gələnlər Məryəmin üslubunu dahi Anri Matisin üslubu ilə müqayisə ediblər.

   Festivalın digər azərbaycanlı iştirakçısı, istedadlı və özünəməxsus dəst-xətti olan rəssam Rəşad MehdiyevLeyla” işinə görə festivalın rəssamlıq bölməsi üzrə “Milli özgürlüyə görə” nominasiyasında qalib gəlib. Rəssam yaradıcılığına verilən yüksək qiymətə görə münsiflər heyətinə təşəkkürünü bildirib. Mötəbər münsiflər heyətinin fikrincə, Rəşad Mehdiyevin yaradıcılığında Azərbaycan rəngkarlığının ən yaxşı ənənələri və novatorluq birləşib. Onun üslubunda xalis ənənəvi cizgilərlə yanaşı, yeni dil, yeni plastika, yeni ifadə üslubu sezilir.

   Qaliblərə mükafatların təqdim olunması musiqili kompozisiyalarla müşayiət edilib.

   Vera” (“İnam”) bürünc heykəlciyi təsviri incəsənət sahəsində ilk mükafatdır. O, yaradıcılığa, sevgiyə və uğura inamın rəmzidir. Bu mükafat nominantlar üçün özünə inamın parlaq təcəssümü və gələcək yaradıcılıq üçün təkandır. “Vera” obrazının yaradılması üzərində Rusiyanın Əməkdar rəssamı, Rusiyadaxarici ölkələrdə keçirilmiş bir çox müsabiqələr üçün mükafatların müəllifi olmuş Viktor Mitroşin işləyib.

   Qeyd edək ki, bu il “Ənənələr və müasirlik” beynəlxalq incəsənət festivalında mükafat 6 istiqamətdə 21 nominasiyada (rəngkarlıq, qrafika, heykəltəraşlıq və s.) təqdim olunub. Mükafat uğrunda 30 ölkədən rəssamlar mübarizə aparıblar. Görkəmli incəsənət xadimlərinin daxil olduqları beynəlxalq münsiflər heyətinə SSRİ, Rusiya və Azərbaycanın Xalq rəssamı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahov rəhbərlik edib.

 

 

   Mədəniyyət.- 2012.- 13 iyul.- S. 9.