Görüş yeri
Bakıdır
Paytaxtımızda növbəti beynəlxalq müəllif
mahnıları festivalı
İyulun
10-da Rəşid Behbudov adına Mahnı Teatrında VIII Beynəlxalq
Müəllif Mahnısı Festivalı işə
başlayıb.
Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə Gənclər və
İdman Nazirliyi tərəfindən təşkil edilən
festivalda həm peşəkar, həm də həvəskar
müəllif mahnıları ifaçıları - bardlar
iştirak edirlər. İştirakçılar arasında
Vadim Yeqorov (Moskva), Aleksandr və Dmitri Baryudinlər
(Bakı-Moskva), Yelena Qurfinkel (Moskva), Eldar Əsədov
(Bakı-Moskva), Robert Avadayev (Bakı-Tbilisi), Andrey Sobolev
(Stavropol), Lyudmila Oraqvelidze (Tbilisi), İrina Paroşina (Tbilisi)
və digər məşhur müəlliflər var. Onlarla
yanaşı, ölkəmizdən Cavid İmamverdiyev,
İbrahim İmaməliyev, Samir Rəcəbov, Elxan Çələbiyev,
Vitali İqolnikov, Sergey Aranoviç, Dilarə Yusufova, Oksana
Bulanova, Günay Məmmədli və başqaları tədbirə
qatılıblar. Bu
il Bakı
festivalında çoxlu
sayda gənc bard iştirak edir. Bu da onu sübut
edir ki, bu sənət yaşayır və inkişaf edir.
Tədbir çərçivəsində gerçəkləşən ilk müəllif mahnısı
konserti “Bakı - ən yeni tarix”
adlanırdı. Konsertlər
iyulun 19-dək davam edəcək. Festival çərçivəsində
yeni filmlərin premyeraları, bədii sərgilər və fotosərgilər, həmçinin
açıq yaradıcılıq
emalatxanaları təşkil
olunacaq. Tanınmış
bard, arxitektor və rəssam Aleksandr Baryudinin boya və qrafika əsərlərinin sərgisi
də festivalın maraqlı tədbirlərindəndir.
İyulun 13-də
festival çərçivəsində
Tbilisi “Müəllif mahnısı
klubu”nun konserti olacaq. Festivalın rəsmi açılışı
isə iyulun 14-də Novxanıdakı istirahət
mərkəzlərinin birində
keçiriləcək.
Builki festivalda ilk dəfə müsabiqə keçirilir.
Qaliblər arasında
konkret yer bölgüsü (I, II və
ya III) nəzərdə
tutulmasa da, iyulun 19-da - festivalın bağlanış günü
keçiriləcək qala-konsertdə
fərqlənənlərə mükafatlar və diplomlar təqdim ediləcək.
Lalə Azəri
Mədəniyyət.-
2012.- 13 iyul.- S. 5.