Astanada türk musiqisi bayramı
İyulun 5-7-də
Qazaxıstanın paytaxtındakı Sülh
və Həmrəylik Sarayında V “Astana-Arkau”
türk musiqisi
festivalı keçirilib. “Paytaxt
günü” tədbirləri çərçivəsində
gerçəkləşən festivalın təntənəli
açılış mərasimində 20-dən artıq türk xalqının nümayəndələri
iştirak edib.
“Bozqurdun 10 oğlu” tarixi-dini kompozisiya ilə açılan tədbir ilk dəfə olaraq qazax və türk dillərində aparılıb. Türk dilində aparıcılığı türk musiqisinin məşhur araşdırıcısı İrfan Gürdal (Türkiyə) edib. Festivalın fəxri qonaqları isə Qazaxıstanın mədəniyyət naziri Darxan Mınbay, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türk Dövlətləri Başçıları Şurasının baş katibinin müavini Darxan Kıdırali, “Nur Otan” Milli Demokrat Partiyasının katibi Erlan Karin olub.
Tədbirdə bir çox türk xalqlarının, o
cümlədən mədəni irsinin itmək
təhlükəsi olan azsaylı
xalqların musiqisi də təqdim olunub. Bundan başqa, musiqiçilər “Koroğlu”
ümumtürk dastanından bir parçanı birlikdə ifa
ediblər. Festival Bilgə Kağanın vəsiyyətnaməsinin
qədim türk dilində xorla
oxunması ilə başa çatıb.
Mədəniyyət.-
2012.- 13 iyul.- S. 5.