60
il poeziyada...
Gədəbəydə
İlyas Tapdığın yaradıcılığına həsr
olunmuş tədbir keçirilib
İyulun
16-da Gədəbəy Rayon Mədəniyyət Sarayında
tanınmış şair, Prezident təqaüdçüsü
İlyas Tapdığın
yaradıcılığının 60 illiyinə həsr
edilmiş ədəbi-bədii tədbir keçirilib.
“Gədəbəy - Azərbaycanın
Əfsanələr Paytaxtı - 2012” çərçivəsində
rayon mədəniyyət və turizm şöbəsinin təşəbbüsü
və təşkilatçılığı ilə
gerçəkləşən tədbir rayon sakinləri tərəfindən
maraqla qarşılanıb.
Rayon mədəniyyət evinin
müdiri Etibar Məmmədovun qəzetimizə verdiyi məlumata
görə, Gədəbəy Rayon İcra Hakimiyyətinin
başçısı Ramiz Yediyarovun iştirakı ilə
baş tutan yubiley tədbirində yerli və qonaq
musiqiçilər çıxış ediblər, İlyas
Tapdığın şeirləri səsləndirilib.
Tədbirdə «Ulduz» jurnalının
baş redaktoru, yazıçı-dramaturq Elçin Hüseynbəyli,
«Şur» nəşriyyatının direktoru, şair Musa Ələkbərli,
şairlər Hacı Loğman Göyçəli, Məmməd
Dəmirçioğlu və başqaları
çıxış edərək şairin
yaradıcılıq səhifələrindən söz
açıblar. Çıxış edənlər rəngarəng
proqramlı tədbirin təşkilinə görə Gədəbəy
Rayon Mədəniyyət və Turizm Şöbəsinə təşəkkür
ediblər.
Əməkdar mədəniyyət
işçiləri Aşıq İsfəndiyar, Aşıq
Sayad, Aşıq İmamverdi, həmçinin Aşıq Qələndər,
Aşıq Dəmir, Aşıq Azər, Aşıq Vüqar,
Aşıq Anar, Aşıq Mübariz və başqaları
İlyas Tapdığın şeirlərini müxtəlif
aşıq havalarında ifa ediblər.
Fəxriyyə
Mədəniyyət.- 2012.- 18 iyul.-
S. 6.